Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-494/2024 15.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi İnzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş şəxs X8 oğlunun iştirakı ilə, X1 barəsində Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* inzibati xəta haqqında protokoldan ve həmin protokol əsasında qəbul ediimiş xx.xx.2024-cu il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X4 onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki Şəhər-Rayon Polis Şöbəsi X10 Bölməsi tərəfindən qəbul edilmiş İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli İXP ******* inzibati xəta haqqında protokoldan ve həmin protokol əsasında qəbul ediimiş xx.xx.2024-cu il tarixli, TP ******* saylı qərarından şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində saat 17:13də Abdulla Şaiq küçəsi 4 ünvanında "KİA "Sportage" markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı yol patrul xidmətinə məxsus avtomobildə xidmət aparan YPX əməkdaşı sonradan İXP ******* saylı inzibati xəta haqqında protokoldan adını müəyyən etdiyi polis baş leytenantı X5 qəfildən idarə etdiyi öz mülkiyyətində olan "VAZ 21144" markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısını kəsərək ona aydın olmayan şəkildə "saxla əmri" verdi. Bu zaman həmin əməkdaşın idarə etdiyi xidməti avtomobilin sayrışan işıqları və səs siqnalları aktiv deyildi. "Saxla" əmri verdikdən sonra həmin YPX əməkdaşı ona yaxınlaşaraq özünü təqdim etməli olduğu halda təqdim etmədi və xidməti vəsiqəsini göstərmədi. ilk əvvəl təhlükəsizlik kəmərindən istifadə etmədiyiNi bildirdi. O, isə təhlükəsizlik kəmərindən istifadə etdiyiNi bildirdikdən sonra o "ola bilsin ki, səhv görmüşəm" dedi. Bundan sonra avtomobiliNə baxış keçirdi. AvtomobiliNin arxa şüşəsini şüşə silgəclərinin və şüşəyuyanlarının olmadığını bildirərək barəsində Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən 50 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunacağını bildirdi. O, şikayət edəcəyini bildirdikdən sonra videokameranı və sinəsindəki mikrafonu aktiv hala gətirdi. Həmin maddə ilə ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edərək protokol tərtib etdi. O, isə bu protokolun qanunsuz olduğunu bildirib və protokolu imzlamamışdır. Bundan sonra avtomobilini cərimə meydançasına aparmışdır. Protokolla və qərarla razılaşmadığı üçün məhkəməyə şikayət etmək məcbuiriyyətində qalmışdır. Odur ki, qeyd edilən protokolun və qərarın ləğv edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X4 şikayət ərizəsində göstərilənlərə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirdi ki, Şəki Şəhər-Rayon Polis Şöbəsi X10 Bölməsinin əməkdaşına qanunvericilikdə avtomobildə qabaq şüşə silgəclərinin olmamasına görə inzibati tənbeh nəzərdə tutulduğunu bildirsə də, heç bir əsas olmadan onun barəsində protokol tərtib etmişdir. Göstərilənləri nəzərə alaraq, ərizəsinin təmin edilməsini məhkəmədən xahilş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında qərarından şikayət verilmiş Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə inzibati xəta haqqında qərarından şikayət verilmiş Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olmaqla məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 Azərbaycan Respublikasının İXM-nin 342.5-ci maddəsinin tələblərini pozmuşdur. xx.xx.2024-cu il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikasının İXM-nin 342.5-ci maddəsinin ilə təqsirli bilinərək 80 (səksən) manat məbləğində inzibati cərimə edilmişdir. Fotoşəkillərdən görünür ki, "VAZ 21144" minik markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları olmaqla arxa şüşədə şüşə silgəcləri və şüşəyuyanları mövcud deyildir. Məhkəmə İş materiallarını tədqiq edərək, onlara birlikdə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1.3-cü naddəinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 342.5-ci maddəsinə əsasən Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən edildi ki, iş materiallarına əlavə edilmiş Şəki rayonu YPX inspektoru, polis baş serjantı X5 xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokolda və həmin protokol əsasında Polis kapitanı X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cu il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarında X4 Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd edilsə də, X4 inzibati xəta haqqında protokolda qeyd edilmiş inzibati xətanı törətmədiyini göstərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 tərəfindən həmin xətanın mövcudluğu inkar edilmiş, həmin xətanın törədilmədiyi bildirilmişdir. Şəki rayonu YPX inspektoru, X3 xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokola istinad etməklə X2 Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsi ilə təqsirli bilərək, 50 manat məbləğində inzibati cərimə edilməsinə dair qərar qəbul etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi inkar edildiyindən, eyni zamanda məhkəməyə təqdim edilmiş fotoşəkillərdən qeyd edilən avtomobilin qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları mövcud olduğundan, protokolda qeyd edilən inzibati xətanın törədilməsinin digər bir sübutla əsaslandırılması protokolu tərtib etmiş vəzifəli şəxsin üzərinə düşür. Lakin, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəmə tərəfindən lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməməklə, qəbul edilmiş qərarın hansı inzibati xəta əsasında qəbul edilməsi ilə bağlı məhkəməyə heç bir sübutu da təqdim etməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada təbeh edilməsinə dair Şəki səhər-rayon polis şöbəsinin X10 Bölməsi tərəfindən qəbul olunmuş xx.xx.2024-cu il tarixli, TP ******* nömrəli qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, X4 şikayətində əlavə olaraq səlahiyyətli orqan tərəfindən onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun da ləğv edilməsini xahiş etmişdir. Şikayətin həmin dəlilini əsassız hesab edərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində yalnız inzibati xəta haqqında iş üzrə qərarlardan və ya qərardadlardan şikayət verilməsi nəzərdə tutulmuş, inzibati xəta haqqında protokoldan şikayət verilməsi isə nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə hesab edir ki, şikayət həmin hissədə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada təbeh edilməsinə dair Şəki Şəhər-Rayon Polis Şöbəsinin X10 Bölməsi tərəfindən qəbul olunmuş xx.xx.2024-cu il tarixli, TP ******* nömrəli qərar ləğv edilsin. X2 əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-494/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-494/2024
15.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver