Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-495/2020 15.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçi X1, Şəki ŞRPŞ-nin DYPB inzibati təcrübə üzrə baş inspektoru X4 iştirakı ilə, Ərizəçi X1 ŞRPŞ-nin DYPB-nin polis kapitanı X7 tərəfindən barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli AP-nin 327.2-ci maddəsi ilə DYPB-nin ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş MN ******* nömrəli inzibati xəta haqqınd qərarın ləğv edilməsi və qərarların icraatına xitam verilməsi barədə şikayət ərzəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi X2 ərizə ilə məhkəməyə müraciət edərək, ŞRPŞ-nin DYPB-nin polis kapitanı X7 tərəfindən barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli AP ******* nömrəli protokolun və həmin protokol əsasında qəbul edilmiş MN ******* nömrəli qərarın icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəçi X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, o, xx xxxx 2020-ci il tarixdə səhər saatlarında idarə etdiyi “VAZ 21043” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Yenilik” ticarət mərkəzindən üzü “X9” istiqamətində hərəkət etmiş və “X9”in qarşısından dərhal sola “Çələbi Xan” restoranına tərəf üzü “Doqquz mərtəbə” adlanan istiqamətinə yəni, M.F.Axundov prospekti istiqamətində hərəkət etmişdir. Həmin istiqamətdə hərəkətin qadağan edilməsini bilməmişdir. Buna görə onun barəsində “giriş qadağandır” işarəsinin tələblərini pozduğuna görə İXM-nin 327.2-ci maddəsi ilə inzibati protokol tərtib edilərək 60 manat cərimə edilmişdir. Onun həmin ərazidə girişin qadağan olub-olmaması barədə məlumatı yoxdur. İnzibati protokoldan şikayət verməsinin də səbəbi bu halın məhkəmə tərəfindən araşdırılması olmuşdur. Hazırda video görüntüyə baxdıqda inzibati xəta etdiyini başa düşmüşdür. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Şəki ŞRPŞ-nin DYPB inzibati təcrübə üzrə baş inspektoru X7 məhkəmə iclasında izahat verərək göstərdi ki, X2 xx xxxx 2020-ci il tarixdə, səhər saatlarında idarə etdiyi “VAZ 21043” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə “X9”in qabağından üzü M.F.Axundov prospekti istiqamətində hərəkət etməklə “giriş qadağandır” işarəsinin tələblərini pozduğuna görə barəsində İXM-nin 327.2-ci maddəsi ilə inzibati protokol tərtib edilərək 60 manat cərimə edilmişdir. “VAZ 21043” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün etmiş olduğu inzibati xəta kamera vasitəsilə lentə alınmışdır. Hesab edir ki, inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar əsaslıdır. Şikayətin təmin edilməməsini məhkəmədən xahiş edir. İşdə olan sənədləri araşdıraraq məhkəmə hesab edir ki, ərizəçi X1 şikayəti əsaslı deyildir. Belə ki, işdə olan ŞRPŞ-nin DYPB inzibati təcrübə üzrə baş inspektoru X7 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokoldan və həmin protokol əsasında qəbul edilmiş MN ******* inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 İXM-nin 327.2-ci maddəsinin tələblərini pozduğuna 60 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş sözügedən hadisənin lentə alınmış diskindən görünür ki, X2 xx xxxx 2020-ci il tarixdə idarə etdiyi etdiyi “VAZ 21043” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə “X9”in qarşısından “Giriş qadağandır” yol nişanının tələbini pozaraq həmin yerdən üzü “Çələbi Xan” restoranına dönmüş, yəni M.F.Axundov prospekti istiqamətində hərəkət etmişdir.Həmin görüntünü özündə əks etdirən “CD” disk məhkəmə iclas zalında nümayiş etdirilmişdir. Baxış zamanı “VAZ 21043” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin “X9”in qarşısından “Giriş qadağandır” yol nişanının tələbini pozaraq “Doqquz mərtəbə” adlanan istiqamətinə hərəkətdə olmasını şikayətçi X2 özü də görmüş və həmin avtomobilin ona məxsus olmasını bildirmişdir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati iş üzrə X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X1 İXM-nin 327.2-ci maddəsinin tələblərini pozması iş materiallarına əlavə edilmiş sənədlərlə tam təsdiq edilmişdir. Bundan başqa iş materiallarından və DVD diskdən məlum olur ki, X2 protokolu imzalamış, bununla da inzibati xəta törətmişdir. Həmçinin X2 məhkəmə iclasında inzibati xəta törətməsini etiraf etmişdir. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ŞRPŞ-nin DYPB inzibati təcrübə üzrə baş inspektoru X7 tərəfindən X2 barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş MN ******* inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, X1 ŞRPŞ-nin DYPB-nin polis kapitanı X7 tərəfindən barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli AP ******* nömrəli protokolun və həmin protokol əsasında qəbul edilmiş MN ******* nömrəli qərarın icraatına xitam verilməsi barədə ərizəsi əsaslı olmadığından təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X1 ŞRPŞ-nin DYPB-nin polis kapitanı X7 tərəfindən barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli AP ******* nömrəli protokolun və həmin protokol əsasında qəbul edilmiş MN ******* nömrəli qərarın icraatına xitam verilməsi barədə ərizəsi təmin edilməsin. Qərardan surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-495/2020
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-495/2020
15.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver