Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-495/2023 07.06.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Şəki regional idarəsinin kiçik inspektoru X1 iştirakı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 12 may 2023-cü il tarixdə saat 09:50 radələrində Şəki şəhəri S.Mümtaz küçəsində “Ford Transit” markalı **- CC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edərkən qanunla nəzərdə tutulmuş sənədləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Şəki regional idarəsinin əməkdaşlarına təqdim etməmiş, tabesizlik göstərmişdir. Ona görə də, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Şəki regional idarəsi tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə 12 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Şəki regional idarəsinin kiçik inspektoru X2 məhkəm iclasında izahat verərək bildirdi ki, Şəxs “Ford Transit” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edərkən qanunla nəzərdə tutulmuş sənədləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Şəki regional idarəsinin əməkdaşlarına təqdim etməməklə tabesizlik göstərmişdir. Şəxs artıq cəriməni də ödəmişdir. Protokolu müdafiə edir. İş materiallarına əlavə edilmiş Şəxs 12 may 2023-cü il tarixdə saat 09:50 radələrində Şəki şəhəri S.Mümtaz küçəsində “Ford Transit” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edərkən qanunla nəzərdə tutulmuş sənədləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Şəki regional idarəsinin əməkdaşlarına təqdim etməmiş, tabesizlik göstərmişdir. İş materiallarına əlavə edilmiş 12 may 2023-cü il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs 12 may 2023-cü il tarixdə saat 09:50 radələrində Şəki şəhəri S.Mümtaz küçəsində “Ford Transit” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edərkən qanunla nəzərdə tutulmuş sənədləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Şəki regional idarəsinin əməkdaşlarına təqdim etməmiş, tabesizlik göstərmişdir. Ona görə də, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Şəki regional idarəsi tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə 12 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nın tətbiq edilməsi Qaydalarının 1.2-ci bəndinə əsasən bu Qaydalar mülkiyyətində və ya istifadəsində olan avtomobil nəqliyyatı vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) həyata keçirən şəxslərə şamil olunur. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinə (Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımanı və taksi minik avtomobilləri ilə sərnişindaşımanı həyata keçirən vergi ödəyiciləri istisna olmaqla) “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən verilir. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımanı və taksi minik avtomobilləri ilə sərnişindaşımanı həyata keçirən vergi ödəyicilərinə münasibətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyindən, digər hallarda isə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almalıdırlar. Göründüyü kimi yuxarıda qeyd edilən Qaydaların tələbləri baxımından Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Şəki regional idarəsinin əməkdaşları tərəfindən Şəxs idarə etdiyi “Ford Transit” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin “Fərqlənmə nişanı”nın olub-olmamasını yoxlamaq üçün saxladıqda o, tabesizlik göstərərək lazımi sənədləri səlahiyyətli şəxslərə təqdim etməmiş, yoxlamanın aparılmasına mane olmuşdur. Bununla da Şəxs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibаti Xətаlаr Məcəlləsinin 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə əlli manat məbləğində cərimə edilir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində inzibati cərimə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-495/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-495/2023
07.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver