Məhkəmə qərarları › İş №3(075)-497/2020

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-497/2020

30.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-497/2020 30.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi ilə, Şikayətçi X4 Mingəçevir ŞPŞ-nin xx xxxxxx 2020-ci il tarixli, MN-0611218 nömrəli inzibati xəta haqqında protokolun və həmin ptorokol əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN-0689102 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Şikayətçi X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mingəçevir ŞPŞ-nin xx xxxxxx 2020-ci il tarixli, MN- 0611218 nömrəli inzibati xəta haqqında protokolun və həmin ptorokol əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN-0689102 nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi, barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211ci maddəsinin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş və qərar qəbul etmiş Azərbaycan Respublikası DİN Mingəçevir ŞPŞ-nə məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası DİN Mingəçevir ŞPŞ nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə şikayətçinin və Azərbaycan Respublikası DİN Mingəçevir ŞPŞ-nin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki iki məhkəmə iclası zamanı şikayətçi X7 izahatında göstərmişdir ki, atası Cəmilov Aydın ağır dərəcəli xətədir. O, atasını Şəki şəhər xəsətəxanasına aparmış və xəstəxanadakı həkim atasının X2 getməli olmasını bildirmiş və onlara buna dair arayış vermişdir. O, xx xxxxxx 2020-ci il tarixdə qonşusu ilə birlikdə atasını Gəncə şəhərinə aparmaq üçün qonşusuna məxsus avtomobillə yola düşmüşlər. Atasının xəstəxanaya getməsi barədə arayışı olduğundan o, karantin rejiminin tətbiq edildiyi vaxtda qanuna müvafiq icazə almamışdır. Onlar Mingəçevir şəhərindən keçərək sözügedən X2 getmişlər. Xəstəxanadan qayıdan zaman isə Mingəçevir şəhərində postda polis əməkdaşları onları saxlamışdır. Qonşusu şəhid ailə üzvü olduğundan protokol tərtib edilməmiş, o isə atası barədə verlmiş arayışı polis əməkdaşına göstərərək atasının xəstə olduğunu, bu səbəblə də X2 getdiklərini xəstəxanaya gedən zaman Mingəçevir postundan onları polis əməkdaşlarının buraxdığını bildirsə də, polis əməkdaşı onun qanuna müvafiq qaydada icazə olmadığına görə İXM-nin 211-ci maddısi ilə barəsində protokol tərtib etmişdir. Ərizəsinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, o, X4 qonşusudur. xx xxxxxx 2020-ci il tarixdə X4 atası Cəmilov Aydını X2 aparmaq üçün yola düşmüşlər. Mingəçevir postundan keçib Gəncə şəhərinə daxil olmuşlar və sözügedən xəstəxanaya getmişlər. Həmin yolu qayıdarkən Mingəçevir postunda polis əməkdaşları onları saxlamışdır. O, şəhid ailə üzvü olduğundan barəsində protokol tərtib edilməmiş, lakin Marifin qanuna müvafiq qaydada icazəsi olmadığından onun barəsində polis əməkdaşı tərəfindən protokol tərtib edilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş Mingəçevir ŞPŞ-nin polis sahə rəisi, polis baş leytenantı X5 tərtib etdiyi xx xxxxxx 2020-ci il tarixli, MN-0611218 nömrəli inzibati xəta haqqında protokolun və həmin ptorokol əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN-0689102 nömrəli inzibati tənbeh vermə haqqında qərarının təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə, X4 qurulmuş karantin stasionar postunu sənədsiz keçməsi aşkar olunmuş. Buna görə də, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş X4 xx xxxxxx 2020-ci il tarixli izahatının təsdiq edilmiş surətlərindən görünür ki, o, müdafiyəçiyə ehtiyacının olmadığını, özünün öz hüquqlarını edə biləcəyini bildirmişdir. İşdə olan X1 xx xxxxxx 2020-ci il tarixli müayinə nəticəsindən görünür ki, X3 “Onurqanın MRT” aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında xx xxxxx 2020-ci il tarixli qərarına əsasən Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunmuşdur. Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi ilə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti x xxxxx 2020-ci il saat 00:00-dan xx xxxxx 2020-ci il saat 00:00-dək ölkə ərazisində hərəkət məhdudiyyətləri ilə bağlı qayda tətbiq etmişdir. Həmin Qərarın 1.5-ci maddəsinə əsasən bu Qərarın 1.4-cü bəndinə göstərilən şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). Həmin Qərarın 1.7-ci maddəsinə əsasən Elektron Hökumət informasiya sistemindən gələn cavab SMS məlumatında icazənin qüvvədə olduğu müddət göstərilir. Şəxs yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər. Həmin Qərarın 1.11-ci maddəsinə əsasən bu Qərarda nəzərdə tutulmuş qaydada şəxslərin hərəkəti zamanı şəxsiyyəti təsdiq edən sənədlərin üzərlərində olması məcburidir. Həmin Qərarın 1.13-ci maddəsinə əsasən hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulması halları xüsusi karantin rejiminin pozulması kimi qiymətləndirilməklə, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaqlar. Eyni zamanda, “icaze.e-gov.az” portalı vasitəsilə icazənin alınması üçün yanlış məlumatın daxil edilməsi və yaşayış yerini tərk etmək üçün SMS sistemi vasitəsilə icazə alınması prosedurundan sui-istifadə halları daim araşdırılacaq, belə hallara yol verən hüquqi və fiziki şəxslər barəsində ciddi məsuliyyət tədbirləri görüləcəkdir. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən Dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin və kütləvi qeyriyoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər. Yoluxucu xəstəliklərin immunoprofilaktikası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. Yoluxucu, parazitar, kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda Azərbaycan Respublikasının hökuməti, baş dövlət sanitariya həkimləri özlərinin səlahiyyətləri daxilində müvafiq ərazilərdə və ya obyektlərdə müəyyən olunmuş qaydada xüsusi əmək, təhsil, hərəkət, daşıma şəraiti və rejimləri tətbiq edir, lazım gəldikdə isə belə xəstəliklərin əmələ gəlməsinin, yayılmasının qarşısını almağa və onları ləğv etməyə yönəldilən zərərsizləşdirmə, dezinfeksiya, dezinseksiya, deratizasiya və dezaktivasiya işləri görürlər. Yoluxucu və parazitar xəstəlik mənbələrində karantintəşkilat, profilaktika tədbirlərinin görülməsi, yoluxucu xəstəliklərə tutulmuş şəxslərin xəstəxanalara yerləşdirilməsi qaydasını və müddətlərini müvafiq icra hakimiyyəti orqanları müəyyən edir. Göründüyü kimi şikayətçi X7 hazırki şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini bildirsə də, məhkəmə iclasındakı izahatında onun İXM-nin 211-ci maddəsinə əsasən karantin rejimini pozması aydın olur. Belə ki, o, məhkəmə iclasında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə yaşadığı evi tərk edərək, X2 getmişdir. Bu zaman onun küçəyə çıxması ilə əlaqədar hər hansı icazəsi olmamışdır. Beləliklə X7 xx xxxxxx 2020-ci il tarixdə, qanunla müəyyən edilmiş qaydada icazəsi olmadan yaşadığı ünvanı tərk etməklə, hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarını, yəni xüsusi karantin rejimi qaydalarının tələblərini pozduğu müəyyən edildi. Göstərilən əsaslarla məhkəmə X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mingəçevir ŞPŞ-nin xx xxxxxx 2020-ci il tarixli, MN-0611218 nömrəli inzibati xəta haqqında protokolun və həmin ptorokol əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN-0689102 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin icraatına xitam verilməsi barədə tələbi ilə razılaşmır və buna görə də hesab edir ki, onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şikayətçi X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mingəçevir ŞPŞ-nin xx xxxxxx 2020-ci il tarixli, MN-0611218 nömrəli inzibati xəta haqqında protokolun və həmin ptorokol əsasında qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN-0689102 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin icraatına xitam verilməsinə dair şikayət ərizəsi təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar