Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-497/2021 23.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx xxx 1993-cü il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Yevlax şəhərində qeydiyyatda olan və yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə protokolda göstərilmişdir ki, Şəxs 14 sentyabr 2021-ci il tarixdə X3 kəndində fermada nalayiq ifadələrlə təhqir etmiş və beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin sahə rəisi, polis leytenantı X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs 14 sentyabr 2021-ci il tarixdə X3 kəndində fermada nalayiq ifadələrlə təhqir etmiş və beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki, 2019-cu ilin oktyabr ayından 2021-ci ilin sentyabr ayına qədər Baba Xəlilova məxsus Şəki rayonu, Çayqaraqoyunlu kəndində yerləşən fermasında çoban kimi işləmişdir. 2021-ci ilin may ayının sonlarında Baba Xəlilova işdən çıxıb Yevlax rayonuna köçəcəyini deyən zaman Baba Xəlilov işdən çıxmamağı, 1 illik maaşını qabaqcadan verəcəyini və qalıb işləməyini bildirmişdir. Bu mzana o, Baba Xəlilovla razılaşmış, Baba Xəlilovun ona verdiyi 5000 manat pula özünə Vaz 2106 markalı avtomobil almış, 2021-ci ilin iyul ayının ortalarında qardaşı oğlunun sünnət toyundan iştirak etmək üçün Yevlax şəhərinə getmişdir. 1-2 gündən sonra Baba Xəlilova zəng edib işləmək istəmədiyini, ondan aldığı 5000 manat borcu isə ən tez zamanda tapıb qaytaracağını demişdir. Lakin pulu tapa bilməməmiş, Baba Xəlilovun ona yenidən gəlib onun fermasında işləməyini təklif edən zaman onunla razılaşıb yenidən fermaya qayıtmışdır. 2021-ci ilin sentyabr ayının əvvəllərində Baba Xəlilov fermaya yeni bir çoban gətirmiş, həmin Davud adlı çoban 1 həftə işlədikdən sonra fermadan çıxıb getmək istədiyini ona demişdir. O isə Davud adlı şəxsə işsiz, qalmasın deyə Zaqatala rayonunda ferma müdirinin nömrəsini vermişdir. Bundan xəbər tutan Baba Xəlilov, Davudu onun göndərdiyini başa düşüb onunla mübahisə etməyə başlamışdır. O, 14 sentyabr 2021-ci il tarixdə Baba Xəlilova işdən çıxıb getmək istədyini bildirən zaman onunla mübahisə etməyə başlamış və ona badalaq verərək yerə yıxmışdır. Buna görə də aralarında narazılıq və mübahisə baş vermişdir. Polisə gedəcəyini bildirən zaman Baba Xəlilovun onun yaxasından tutub getməməyini demişdir. Daha sonra Baba Xəlilovun yanından uzaqlaşıb Yevlax şəhərinə getmiş, Baba Xəlilova qarşı nalayiq ifadələr işlətməmiş və ona hər hansı bir hədə qorxu gəlməmişdir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İşdə olan şahid qismində dindirilmiş X2 Şəki ŞRPŞ-də araşdırma zamanı verdiyi ifadəsindən görünür ki, Baba Xəlilovu həmkəndlisi kimi uzun illərdir ki, tanyır. Baba Xəlilovun fermasında çoban işləyən Təbriz Yusifovu da dəfələrlə Baba Xəlilovun yanında görmüşdür. 14 sentyabr 2021-ci il tarixdə toyuqlanıma dən almaq üçün Turan qəsəbəsinə getmişdir. O, təxminən günorta radələrində Turan qəsəbəsinə çatıb dən alacağı tanışı Namizədi gözləyən zaman Baba Xəlilovla Təbriz Yusifovun küçədə dayanıb mübahisə etməsini görmüşüdür. Mübahisə zamanı Təbriz Yusifovun əl-qol hərəkətləri ilə ucadan nalayiq ifadələr işlətməsinin, Baba Xəlilovun isə onu sakitləşdirib normal söhbət etmək istəməsinin şahidi olmuşdur. Həmin zaman Təbriz Yusifovun nalayiq ifadələr işlətməsini eşidib, onlara yaxınlaşıb, kənd içi olduğunu, işlətdiyi ifadələrə diqqət etməsini bildirmək istəyən zaman X9 Yusifovdan aralanıb getmişdir. Bu səbəbdən artıq o, Təbriz Yusifova yaxınlaşmayıb, tanışı Namizədlə görüşmək üçün ordan uzaqlaşmışdır. İşdə olan şahid qismində dindirilmiş X1 ifadəsindən görünür ki, o da Şəki ŞRPŞ-də X2 ifadəsinə oxşar ifadə vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İşdə olan 22 sentyabr 2021-ci il tarixli inizbati qaydada tutba haqqında protokoldan görünür ki, Şəxs 22 sentyabr 2021-ci il tarixdə saat 18:30-da tutulmuşdur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı və Şəki ŞRPŞ-dən daxil olmuş materialla tam təsdiq edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə- əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib 100 (yüz) manat inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-497/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-497/2021
23.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver