Məhkəmə qərarları › İş №3(075)-497/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-497/2023

05.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-497/2023 05.06.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC-nin barəsində Qərb Ərazi Baş Gömrük İdarəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda göstərilmişdir ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin, X1 daxil olmuş xx.xx.2023-cü il tarixli, 34/027/004323 saylı raportda qeyd edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixli, 04/09 nömrəli müqavilə əsasında xx.xx.2022-ci il tarixli **********0285 saylı gömrük bəyannaməsi üzrə ixrac edilmiş "Orta damarcığı çıxarılmayan doğranmamış fermentləşdirilmiş yarpaq tütün" yükünün dəyərinin 747.83 (yeddi yüz qırx yeddi dollar səksən üç sent) ABŞ dolları olan valyuta vəsaiti 180 gün ərzində ixracatçının bank hesabına geri köçürülməmişdir. ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC barəsində aparılan araşdırma ilə əlaqədar olaraq MMC-nin ünvanına xx.xx.2023- cü il tarixli 1600-013/0xx-xx/002767 saylı məktub göndərilərək xx.xx.2023-cü il tarixdə vǝ xx.xx.2023-cü il tarixli 1600-013/0xx-xx/002981 saylı məktub göndərilərək xx.xx.2023-cü il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsi, X2 (Təhqiqat Şöbəsi) dəvət olunmuşdur. Lakin bu günə kimi MMC-nin heç bir nümayəndəsi izahat verilməsi üçün Qərb Ərazi Baş Gömrük İdarəsi, X2 gəlməmiş və gəlməməsinin səbəbi ilə bağlı müraciət etməmişdir. Qeyd olunan faktla bağlı Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə xx.xx.2023-cü il tarixdə, 11000-03506/23 saylı inzibati xəta haqqında iş üzrə inzibati araşdırma başlanmışdır. Azərbaycan Respublikası Prezdentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"-nın 12.2-ci bəndinin tələbinə əsaəsən 180-gün müddətinə xarici valyuta vəsaitləri, malları ixrac edən ixracatçının Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Araşdırma ilə əlaqədar ixrac olunmuş və ixrac olunan malın müqabilində Azərbaycan Respublikasına qaytarılmamış yuxarıda qeyd edilən bəyannamə üzrə yükün dəyərinin 747.83 (yeddi yüz qırx yeddi dollar səksən üç sent) ABŞ dollarının Azərbaycan manatına nisbəti bəyannamənin 23-cü qrafasında bir ABŞ dollarının Azərbaycan manatına nisbətinin 1.7000 manat olduğu qeyd edilmiş və beləliklə Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində xaricdən qaytarılmayan müvəkkil bankın hesabına məcburi qaydada köçürülməli olan məbləğin 1271.31 (bir min iki yüz etmiş bir manat otuz bir qapik) AZN təşkil etdiyi müəyyən olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Qərb Ərazi Baş Gömrük İdarəsi və barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan şəxs Şəxs MMC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs MMC tərəfindən İXM-in 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirildiyindən Şəxs MMC həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 2 ünvanda qeydiyyatda olan Şəxs (VÖEN **********) MMC tərəfindən xx.xx.2022-ci il tarixli 04/09 nömrəli müqavilə əsasında xx.xx.2022-ci il tarixli **********0285 saylı gömrük bəyannaməsi üzrə 14.992.4 kq çəkidə, dəyəri 22488.6 ABŞ dolları olan “orta damarcığı çıxarılmayan doğranmamış ferməntləşdirilmiş yarpaq tütün” yükü rəsmiləşdirilərək Rusiya Federasiyasında yerləşən OOO “Vimpel” şirkətinin ünvanına ixrac edilmişdir. Şəxs MMC tərəfindən ixrac edilən bəyannamə üzrə yükün dəyəri 22488.6 ABŞ dollarının 747.83 ABŞ dolları və yaxud 1271.31 manat olan valyuta vəsaiti bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, olan Şəxs (VÖEN **********) MMC İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sənədlərlə tam sübuta yetir. Şəxs (VÖEN **********) MMC-nin əməlində inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə işin hallarını, inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, olan Şəxs (VÖEN **********) MMC-yə tətbiq ediləcək inzibati cərimə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın Azərbaycan manatına olan dəyərinin otuz faizi məbləğində müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-in 18.5, 31, 40, 48-51, 114, 115 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə , qəraraaldı: ünvan 3 ünvanda yerləşən hüquqi şəxs Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş 747.83 (beş min dörd yüz) ABŞ dolları məbləğində xarici valyutanın Azərbaycan manatına olan məzənnəsi ilə 1271.31 (min iki yüz yetmiş bir manat otuz bir qəpik) manatın 30 (otuz) faizi miqdarında – 381.40 (üç yüz səksən bir qırx qəpik) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar