Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-498/2021 24.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, ünvan 1 ünvanında yaşayan Hacıyev Pərviz Maarif oğlunun şikayət ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: Hacıyev Pərviz Maarif oğlu şikayət ərizəsi məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş xətanın üstündən götürülməsinə köməklik edilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan materiallara baxaraq hesab edirəm ki, şikayət onu vermiş şəxsə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Hacıyev Pərviz Maarif oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş xətanın üstündən götürülməsinə köməklik edilməsini xahiş etsə də, o, ləğv edilməsini tələb etdiyi protokolun və qərarın surətlərini şikayətinə əlavə etməmişdir. Həmçinin, Hacıyev Pərviz Maarif oğlunun mübahisələndirdiyi protokol və ya qərar üzrə yekun olaraq hansı orqan tərəfindən hansı qərarın qəbul edildiyi də müəyyən edilmir. Şərh edilənlərə əsasən hesab edirəm ki, Hacıyev Pərviz Maarif oğlunun şikayəti geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİM: Hacıyev Pərviz Maarif oğlunun haqqında Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş xətanın ləğv edilməsi barədə şikayəti geri qaytarılsın. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-498/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-498/2021
24.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver