Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-499/2020 01.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X1 iştirakı ilə, xx xxxxxx 1993-cü ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Şəki şəhəri, F.X.Xoyski küçəsi, 1/1ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta haqqında protokola əsasən Şəxs xx xxxxxx 2020-ci il tarixdə, Şəki şəhəri, F.X.Xoyski küçəsində ictimai qaydanı pozaraq, polisə müqavimət göstərərək, tabesizlik göstərmişdir. Şəki ŞRPŞ-nın İTB-nin sahə rəisi, polis leytenantı X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, Şəki şəhəri, F.X.Xoyski küçəsində ictimai yerdə ucadan səs-küy salaraq ictimai qaydanı pozmuş, ərazidə olan polis əməkdaşları onu ictimai qaydalara riayət etməsini xatırlatmaqla iradını bildirmişlər. Lakin o, öz qanunazidd əməlini davam etdirmiş və polis əməkdaşının qanuni tələbinə tabesizlik göstərmişdir. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edərək məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki, o, AXCP-nin üzvüdür. Özünə aid “Facebook” səhifəsində Azərbaycan Respublikası Prezidentinin fəaliyyəti ilə bağlı tənqidi paylaşımlar etmişdir. Bir qədər sonra polis əməkdaşları onu yaşadığı Şəki şəhəri, F.X.Xoyski küçəsində yerləşən evdən polis şöbəsinə gətirmişlər. Hesab edir ki, onun polis əməkdaşları tərəfindən saxlanılması siyasi fəaliyyəti ilə bağlıdır. O, ictimai qaydanı pozacaq hər hansı nalayiq ifadə işlətməmişdir. Müvafiq qərar qəbul edilməsini məhkəmənin səlahiyyətinə buraxır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə, Şəki şəhəri, F.X.Xoyski küçəsində polis əməkdaşı X4 ilə xidmətdə olarkən ictimai yerdə bir nəfər şəxsin ucadan səs-küy salaraq ictimai qaydanı pozmasını aşkar etmişlər. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər, həmin şəxsə törətdiyi qayda pozuntusunu izah etmişlər və onu qaydalara riayət etməyə dəvət etmişlər. Lakin, həmin şəxs onların tələblərinə tabe olmayaraq, kobudcasına öz hərəkətlərinə davam etmişdir. Yenidən ona ictimai yerdə mövcüd qanunvericiliyə uyğun davranış qaydalarını izah etmişlər. Lakin həmin şəxs onları dinləmək belə istəməmiş və qərəzli olaraq öz hərəkətlərini davam etdirmişdir. Bundan sonra həmin şəxsi polis şöbəsinə dəvət etmişlər. Lakin o, polis şöbəsinə getməkdən qəti imtina etmiş və onlarla kobud davranmışdır. Buna baxmayaraq onu Polis şöbəsinə aparmağa müvəffəq olmuşlar. Polis şöbəsində həmin şəxsin Şəxs olması müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 da digər şahid X2 ilə eyni məzmunlu ifadə vermişdir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törətməsi şahidlərin izahatları və Şəki ŞRPŞ-dən daxil olmuş materialla tam təsdiq edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə, Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın təhlükəlilik dərəcəsini, törətdiyi inzibati xətadan peşman olmasını və üzrxaqlıq etməsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-499/2020
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-499/2020
01.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver