Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-499/2023 26.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və X1 Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsindən daxil olmuş olunmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı materialı araşdırıb, m ü ə y y ə n e t d i: 26 may 2023-cü il tarixdə Şəki Rayon Məhkəməsinə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və X1 Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Şəxs barəsində tərtib edilmiş MN ******* nömrəli, 25 may 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəki rayon, Baş Göynük kəndi ərazisində 25 may 2023-cü il tarixdə saat 17:50 radələrində Şəxs idarə etdiyi “QAZ 6611” yük markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat qanunsuz yük daşıma fəaliyyəti yerinə yetirməsi aşkar edilmişdir. Bu zaman əməkdaşların xidməti vəzifəsini yerinə yetirməsinə mane olaraq qanunvericilikdə nəzərdə tutulan tələb olunan sənədləri təqdim etməmişdir, bununla da o, İXM-in 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən və material natamam olduğundan, protokol və ona əlavə edilmiş sənədlər səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanın subyekti qismində yalnız sərnişin və yük daşımalarını həyata keçirən fiziki şəxs çıxış edə bilər. Lakin məhkəmə qeyd edir ki, protokolu tərtib etmiş səlahiyyətli orqan tərəfindən qanunla nəzərdə tutulmuş sənədlər tələb edilmiş, lakin sürücünün tabesizlik göstərdiyi qeyd edilərək, bu məsələyə görə sürücü olaraq Şəxs inzibati məsuliyyətə cəlb edilmişdir. Lakin, qeyd edilən avtomobilin həqiqətən Şəxs məxsus olmasını və ya həmin vaxt onun tərəfindən idarə olunmasını təsdiq edən sənəd (nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, etibarnamə və s.) protokola əlavə edilməmişdir. Protokola inzibati xəta hadisəsinin olmasını təsdiq edən sübut kimi qeyd edilən avtomobilin arxa hissədən çəkilmiş bir ədəd fotoşəkli əlavə edilmişdir ki, həmin fotoşəkildən avtomobilin sadəcə dövlət qeydiyyat nişanı müəyyən edilir, lakin həmin avtomobilin içərisində sürücü olmasını müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 100 və 109.1.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və X1 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi daxil olmuş MN ******* nömrəli, 25 may 2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-499/2023
Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-499/2023
26.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver