Məhkəmə qərarları › İş №3(075)-499/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-499/2024

08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-499/2024 08.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, «6 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsi» X4 Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyənetdi: Şəki ŞRPŞ-dən daxil olmuş İXP seriyalı ******* nömrəli 18 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, «6 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsi» X6 xx.xx.2024-cü il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsilə inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatı bugünədək təqdim etməmişdir. Bununla da hüquqi şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokol tərtib etmiş səlahiyyəti orqan və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs «6 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsi» X8 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə səlahiyyəti orqanın nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilməklə məhkəmə baxışında tədqiq edilmiş: Şəki şəhəri DYPB tərəfindən «6 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsi» X5 sorğu məktubu ünvanlamış və həmin məktubda xx.xx.2024-cü il tarixdə saat 12:07-də «6 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsi» X4 mülkiyyətində olan “Qaz A63R42-70” avtobus markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, həmin nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə 5 gün müddətində rəsmi məlumat verilməsi, əks halda hüquqi şəxsin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunacağı qeyd olunmuşdur. Poçt xəbərnaməsinin surətindən görünür ki, həmin xəbərnamədə sorğunun xx.xx.2024-cü il tarixdə “E.Paşayev” soyadlı şəxsə imza etdirilməklə təqdim edilmişdir. «6 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsi» X4 xx.xx.2024-cü il tarixli, SRPF 05/113 nömrəli məktubundan görünür ki, «6 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsi» X6 tərəfindən DYPİ-nin Şəki Rayon şöbəsinə məktub göndərilərək «6 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsi» X4 balansında olan “Qaz A63R42-70” avtobus markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixindən xx.xx.2024-ci il tarixinədək X3 idarə etməsi bildirilmişdir. 01-30 aprel 2024-cü il tarixli yol vərəqəsindən görünür ki, «6 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsi» X5 məxsus **-AC-*** dövlət nömrə nişanlı, “Qaz A63R42-70” avtobus markalı, avtomobilin idarə edilməsi üçün X1 verilmişdir. 15.04 2024-cü il tarixli poçt qəbizndən görünür ki, «6 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsi» X6 tərəfindən DYPİ-nin Şəki rayon şöbəsinə ünvanlanmış məktub xx.xx.2024cü il tarixdə qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. 123.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. 123.3-cü maddəsinə əsasən bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Göründüyü kimi qanunvericiliyin mənasına görə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətin yaranması üçün inzibati xəta törətmiş fiziki şəxs barəsində nəqliyyat vasitəsinin mülkiyyətçisi olan hüquqi şəxsə səlahiyyətli orqan tərəfindən sorğu verilməli, həmin sorğu hüquqi şəxsin müvafiq vəzifəli şəxsinə təqdim olunmalı və bundan sonra hüquqi şəxs tərəfindən 5 gün müddətində sorğuya cavab verilməlidir. Hazırkı iş üzrə Şəki şəhəri DYPB-nin sorğu məktubu «6 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsi» X5 ünvanlansa da, həmin sorğunun faktiki olaraq hüquqi şəxsə göndərilməsini və hüquqi şəxsin vəzifəli şəxsi tərəfindən qəbul olunmasını təsdiq edən mötəbər sənəd əlavə olunmamışdır. Belə ki, poçt xəbərnaməsində sorğunun xx.xx.2024-cü il tarixdə “E.Paşayev” adlı şəxsə imza etdirilməklə təqdim edilməsi qeyd olunmuşdur. Bundan başqa yuxarıda göstərilən qanunvericiliyin normasından da göründüyü kimi hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən inzibati xəta törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə səlahiyyətli orqan tərəfindən bu barədə dərhal sorğu göndərilir. İş materiallarından görünür ki, «6 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsi» X5 məxsus **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol vərəqəsi ilə idarə edilməsi üçün X2 verilmişdir. Eyni zamanda iş materialları ilə görünür ki, «6 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsi» X6 tərəfindən Şəki DYPİ-nə məktub ünvanlanaraq «6 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsi» X5 məxsus **-AC-*** dövlət nömrə nişanlı, «Qaz A63R42-70” avtobus markalı avtomobilin idarə edilməsi üçün X1 verilməsi bildirilmişdir. İş materiallarında olan poçt qəbzindən də göründüyü kimi «6 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsi» X6 tərəfindən Şəki DYPİ-nə ünvanlanmış məktub xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə, məhkəmə iclasında «6 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsi» X5 sorğunun göndərilməsi və müvafiq vəzifəli şəxsi tərəfindən qəbul olunması sübut olunmamaqla, eyni zamanda «6 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsi» X6 tərəfindən sürücü barəsində olan məlumatlar mərkəzi informasiya sistemində yerləşdirilməsi, Şəki DYPİ-nə bununla bağlı məlumat verilməsi müəyyən edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, «6 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsi» X4 əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: «6 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsi» X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar