Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-5/2023 03.07.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəyəyev İlkin Fikrət oğlunun katibliyi ilə, X1 barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: X3 ərizə ilə məhkəməyə müraciət edərək, YPX X15 Patrul Xidməti inspektoru, polis baş leytenantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati təhbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X3 ərizəsini onunla əsaslandırmışdır ki, YPX X15 Patrul Xidməti inspektoru, polis baş leytenantı X4 xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati təhbeh vermə haqqında qərarına əsasən X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 600 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə etibarnamə ilə idarə etdiyim “Kamaz 65115” markalı **-NY-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakıdan Şəki istiqamətində mişardaşı yükü ilə yüklənmiş halda hərəkət edərkən YPX əməkdaşı tərəfindən saxlanılmışdır. Həmin vaxt polis əməkdaşı şifahi olaraq yükün çəkisini bilmədən, maşını tərəziyə çıxarmadan normadan artıq yük yığıldığını bildirmiş və qanunsuz və əsassız olaraq xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib etmişdir. YPX əməkdaşı protokol tərtib edərkən o, polis əməkdaşına iradını bildirmiş, onunla razılaşmamış və protokola imzalamamışdır. Protokolun surətini istədikdə ona verilməmiş, bildirmişdir ki, telefonuna mesaj gələcəkdir. Qeyd etmək istəyir ki, protokolun surətini və qərarın surətini o, məcburiyyət qarşısında qalaraq, BDYPİ-yə gedərək oradan əldə etmişdir. Onu da qeyd etmək istəyir ki, inzibati xəta haqqında protokol tərtib edilərkən protokolla razılaşmadığına baxmayaraq inzibati xətalar haqqında işə baxarkən işə baxılmasının yeri və vaxtı barədə ona məlumat verilməmiş və iştirakı təmin edilməmişdir. Göründüyü kimi YPX əməkdaşı maşındakı yükün çəkisini bilmədən, elektron tərəziyə çıxarmadan şifahi olaraq normadan artıq yük yığıldığını bildirmiş, təqsiri sübuta yetirilmədən barəsində qanunsuz və əsassız inzibati xəta haqqında protokol tərtib etmiş, tərəfindən protokolun tərtib edilməsinə etiraz bildirilmiş və razılaşmamışdır, protokolun surəti ona inzibati xətalar qanunvericiliyinin tələbləri pozulmuş, inzibati xəta haqqında qərarın qəbul edilməsində, inzibati araşdırmada iştirakı təmin edilməmiş, həmin icraatla bağlı hər hansı bildiriş ona müvafiq prosessual hərəkətlərin tarixinə - qərar qəbul edilənə ən azı 5 gün qalmış verilməmişdir. Qanunvericiliyin tələbinə əsasən inzibati icraat zamanı tərəflərin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, hüquqi yardımdan istifadə etmək və s. hüquqları vardır ki, onun bu hüquqları da pozulmuş, təmin edilməmişdir. BDYPİ tərəfindən isə bu hallar aydınlaşdırılmamış, qanunsuz və əsassız olaraq inzibati məsuliyyətə cəlb edilərək 600 manat cərimə olunmağı barədə qərar qəbul edilmişdir. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 3(075)-5/2023 saylı qərarı ilə ərizənin təmin edilmısi, YPX X15 Patrul Xidməti tərəfindən X6 barəsində qəbul edilmiş 18 noyabr 2022-ci il tarixli TP ******* seriya nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz hesab edilərək ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 3(075)-5/2023 saylı qərarından Azərbaycan Respublikası DİN Baş X16 İdarəsinin rəis müavini, YPX Alayının komandiri Fuad Mayılov tərəfindən şikayət verildiyindən şikayət ərizəsi iş materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 3(107)-147/2023 saylı qərarı ilə inzibati xəta haqqında iş üzrə qərar qəbul etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, Şəki Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 3(075)- 5/2023 saylı qərarının ləğv edilməsi, inzibati xəta haqqında işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq X3 və YPX İnzibati Qrup Baş Yol Patrul Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. İşdə olan sənədləri araşdıraraq məhkəmə hesab edir ki, ərizəçi X5 şikayəti əsaslı deyildir. Belə ki, işdə olan 05 noyabr 2022-ci il tarixli İXP ******* seriya nömrəli inzibati xəta haqqında protokoldan və onun əsasında qəbul edilmiş 18 noyabr 2022-ci il tarixli TP ******* seriya nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 Azərbaycan Respublikasının İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə 600 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yol Patrul Xidməti Alayının 05 noyabr 2022-ci il tarixli, **********037 saylı qəbzindən görünür ki, 3 oxlu (Rusiya istehsalı) yük avtomobilinə maksimal 25000 kq yük yerləşdirilən bilər. X2 idarə etdiyi yük avtomobilində 27240 kq yük olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin məcəllənin 353.2-ci maddəsinə əsasən İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X8 yük daşıma qaydalarını pozaraq, idarə etdiyi yük avtomobili maksimal 25000 kq yük götürə bilməsinə baxmayaraq, həmin yük avtomobilinə 27240 kq yük yığılmış və beləliklə İXM-in 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində tərtib edilmiş protokol və iş materialları ilə öz təsdiqini tapmışdır. Buna görə də məhkəmə şikayətin dəlillərini əsassız hesab edir. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, X5 barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Bu səbəbdən də məhkəmə hesab edir ki, X6 YPX X15 Patrul Xidməti inspektoru, polis baş leytenantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati təhbeh vermə haqqında qərarın ləğv edilməsi barədə ərizəsi əsaslı olmadığından təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: X6 YPX X15 Patrul Xidməti inspektoru, polis baş leytenantı X7 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati təhbeh vermə haqqında qərarın ləğv edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardan surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-5/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-5/2023
03.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver