Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-50/2021 18.01.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki rayon məhkəməsinin hakimi Mehdiyev Elçin Məhəmməd oğlunun sədrliyi, Ağabalayev Səxavət Məmməd oğlunun katibliyi, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi, Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxx 1988-cı il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Zaqatala Rayon Məhkəməsi tərəfindən verilmiş 2 (033)-862/2019 nömrəli, 05 avqust 2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs 03 iyul 2019-cu il tarixdən hesablanmaqla 05 sentyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 136 manat aliment tutularaq tələbkar X1 verilməlidir. Məhkəmə qərarının icrası ilə əlaqədar borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, həmin icra sənədi üzrə ödəməli olduğu borcunun ödənişindən qərəzli olaraq yayınmışdır. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Zaqatala Rayon Məhkəməsi tərəfindən verilmiş 2 (033)-862/2019 nömrəli, 05 avqust 2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs 03 iyul 2019-cu il tarixdən hesablanmaqla 05 sentyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 136 manat aliment tutularaq tələbkar X1 verilməlidir. Sözügedən icra sənədi şöbənin icraatına daxil olmuş və müvafiq bildiriş göndərilməklə icra sənədinin könüllü şəkildə icra edilməsi üçün Şəxs 10 gün vaxt verilmişdir. Lakin, o, icra sənədinin icrasını könüllü müddət ərzində tam şəkildə təmin etməmişdir. Bundan sonra borclunun əmlak vəziyyətini öyrənmək, bank və kredit təşkilatlarında pul vəsaitinin, qızıl-zinət əşyalarının olubolmamasını, sosial sığorta ödəyicisi olub-olmaması, adına avtonəqliyyat vasitəsinin qeydiyyata alınıb-alınmamasını müəyyən etməkdən ötrü müvafiq sorğular verilmişdir. Nəticədə borcluya məxsus olan yə tələbin yönəldilməsinə yol verilən əmlak və gəlirlərin, banklarda, kredit təşkilatlarında pul vəsaiti və qızıl-zinət əşyalarının olmadığı və adına avtonəqliyyat vasitəsinin qeydiyyata alınmadığı aşkar edilmişdir. Borclu çağırışlarından yayındığı üçün o, axtarış yolu ilə tutulmuş və 18 yanvar 2021-ci il tarixdən, saat 10:30 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 12:00-da məhkəməyə gətirilmişdir. Hazırda borclunun 2184 manat borcu vardır. Borclu 18 yanvar 2021-ci il tarixdə verdiyi izahatında işləmədiyinə görə borcunu ödəyə bilmədiyini göstərmişdir. Onun həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Zaqatala Rayon Məhkəməsi tərəfindən verilmiş 2 (033)-862/2019 nömrəli, 05 avqust 2019-cu il tarixli icra sənədinə əsasən ondan 03 iyul 2019-cu il tarixdən hesablanmaqla 05 sentyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 136 manat aliment tutularaq tələbkar X1 verilməlidir. Maddi imkanı yaxşı olmadığından aliment borcunu tam şəkildə ödəyə bilməmişdir. Hazırda ödənilməmiş 1784 manat borcu vardır. O, fərdi əməklə məşğul olsa da, qazanc yüksək deyildir. Qalan borcunu hər ay hissə-hissə ödəyəcəyinə söz verir. Əməlindən peşmandır. 18 yanvar 2021-ci il tarixdən, saat 10:30 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 12:00-da məhkəməyə gətirilmişdir. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün və icra məmurunun izahatları və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi əməldən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Həmçinin, Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şərh edilənlərlərlə yanaşı, Şəxs icra məmurunun qanuni tələblərinə əməl etməkdən qəsdən boyun qaçırmasını, məhkəmə qərarının qəbul edilərək icraya yönəldilməsindən kifayət qədər müddətin keçməsinə baxmayaraq borcunu ödəməməsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edirəm. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 18 yanvar 2021-ci il tarixdən, saat 10:30 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 12:00-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 18 yanvar 2021-ci il tarixdən, saat 10:30-da məhdudlaşdırıldığından Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, 18 yanvar 2021-ci il tarixdən, saat 10:30dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, 18 yanvar 2021-ci il tarixdən, saat 10:30-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004, Tel: 244-70-13, Faks: (024) 244-30-70 www.shakicourt.gov.az Elektron ünvan Cavab verərkən bizim nömrəyə istinad edin: İş № 3 (075)-51/2021 18 yanvar 2021-ci il Şəki ŞRPŞ-nin rəisi, polis polkovniki cənab Azər Muradova Hörmətli Azər müəllim ! İnzibati xəta edən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Şəki Rayon Məhkəməsinin 3 (075)-51/2021 nömrəli, 18 yanvar 2021-ci il tarixli qərarı icra edilməsi üçün Sizə göndərilir. Qoşma: 1) Qərar-02 vərəqə, 03 səhifə, 2) Portaldan çıxarış Hörmətlə, Hakim: Elçin Mehdiyev .
Məhkəmə qərarları › İş №3(075)-50/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-50/2021
18.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver