Məhkəmə qərarları › İş №3(075)-50/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-50/2023

17.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-50/2023 17.01.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki rayon məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi, Şəki Regional Vəkil Bürosunun vəkili X5 iştirakları ilə xx xxx 1973-cü il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-2985/2014 nömrəli, 11 noyabr 2014-cü il tarixli icra sənədinə əsasən borclular Şəxs X9 və X4 müştərək qaydada 3022,28 ABŞ dolları borc 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə verilməlidir. Məhkəmə qərarının icrası ilə əlaqədar borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, həmin icra sənədi üzrə ödəməli olduğu borcunun ödənişindən qərəzli olaraq yayınmışdır. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-2985/2014 nömrəli, 11 noyabr 2014-cü il tarixli icra sənədinə əsasən borclular Şəxs X9 və X4 müştərək qaydada 3022,28 ABŞ dolları borc 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə verilməlidir. Sözügedən icra sənədi şöbənin icraatına daxil olmuş və müvafiq bildiriş göndərilməklə icra sənədinin könüllü şəkildə icra edilməsi üçün Şəxs və digər borclulara 10 gün vaxt verilmişdir. Lakin, onlar icra sənədinin icrasını könüllü müddət ərzində təmin etməmişlər. Bundan sonra borcluların əmlak vəziyyətini öyrənmək, bank və kredit təşkilatlarında pul vəsaitinin, qızıl-zinət əşyalarının olub-olmamasını, sosial sığorta ödəyicisi olub-olmaması, adına avtonəqliyyat vasitəsinin qeydiyyata alınıb-alınmamasını müəyyən etməkdən ötrü müvafiq sorğular verilmişdir. Nəticədə borclulara məxsus olan yə tələbin yönəldilməsinə yol verilən əmlak və gəlirlərin, banklarda, kredit təşkilatlarında pul vəsaiti və qızıl-zinət əşyalarının olmadığı və adına avtonəqliyyat vasitəsinin qeydiyyata alınmadığı aşkar edilmişdir. Borclu Şəxs bu günədək borcundan hər hansı bir məbləğdə ödəniş etməmiş və 17 yanvar 2023-cü il tarixdə verdiyi izahatında maddi vəziyyətinin ağır olduğuna görə borcunu ödəyə bilmədiyini göstərmişdir. Onun həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş Şəki Rayon Məhkəməsinin 2(075)-2985/2014 nömrəli, 11 noyabr 2014-cü il tarixli icra sənədinə əsasən borclular Şəxs X9 və X4 müştərək qaydada 3022,28 ABŞ dolları borc 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə verilməlidir. Maddi imkanı yaxşı olmadığından, həmçinin, pandemiya dövrünə düşdüyünə görə borcunu ödəyə bilməmişdir. Borcunun ödənişinə 2 aydan sonra başlayacağına söz verir. Əməlindən peşmandır. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi, Şəki Regional Vəkil Bürosunun vəkili X2 Akif Fehruz oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün və icra məmurunun izahatları və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi əməldən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Həmçinin, Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şərh edilənlərlərlə yanaşı, Şəxs icra məmurunun qanuni tələblərinə əməl etməkdən qəsdən boyun qaçırmasını, sonuncunun çağırışlara gəlmədiyindən barəsində axtarış qərarı qəbul edilməsini, polis əməkdaşları tərəfindən axtarış işi əsasında icra şöbəsinə məcburi qaydada gətirilməsini, məhkəmə qərarının qəbul edilərək icraya yönəldilməsindən 8 ilə yaxın müddətin keçməsinə baxmayaraq borcundan heç bir ödəniş etməməsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun Şəki ŞRPŞ-nin müvəqqəti saxlama yerinə qəbul edildiyi saatdan hesab edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elşən Vəliyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004, Tel: 244-70-13, Faks: (024) 244-30-70 www.shakicourt.gov.az Elektron ünvan Cavab verərkən bizim nömrəyə istinad edin: İş № 3 (075)-50/2023 17 yanvar 2023-cü il Şəki ŞRPŞ-nin rəisi, polis polkovniki cənab Azər Muradova Hörmətli Azər müəllim ! İnzibati xəta edən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Şəki Rayon Məhkəməsinin 3 (075)-50/2023 nömrəli, 17 yanvar 2023-cü il tarixli qərarı icra edilməsi üçün Sizə göndərilir. Qoşma: 1) Qərar-02 vərəqə, 03 səhifə, 2) Şəxsiyyət vəsiqəsi Hörmətlə, Hakim: Elşən Vəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar