Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-501/2023 30.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi, Şəki şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə 27 avqust 1995-ci il tarixdə Şəki rayonu, Qoxmuq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şəki rayonu, Qoxmuq kəndində pasport qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şəxs 30 may 2023-cü il tarixdə, saat 03:20 radələrində idarə etdiyi “AUDİ 6” markalı, **-LV-*** dövlət nömrə nişanlı avtomobillə Şəki rayonu, Qoxmuq kəndi ərazisində işıqforun qadağanedici qırmızı işığında hərəkətini davam etdirdiyinə görə yol polisi əməkdaşları tərəfindən saxlanılmış və onun avtomobili sərxoş vəziyyətdə idarə etməsi şübhə doğurduğundan tibbi müayinəyə dəvət edildəkdə ucadan səs-haray salmış, həmin vaxt polis əməkdaşları onu sakitləşdirməyə cəhd göstərsələr də o, öz hərəkətlərini davam etdirərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaqdan imtina etmişdir. Məhkəmə iclası zamanı protokol tərtib etmiş Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X11 izahatında göstərdi ki, Şəxs 30 may 2023-cü il tarixdə, saat 03:20 radələrində idarə etdiyi “AUDİ 6” markalı, **-LV-*** dövlət nömrə nişanlı avtomobillə Şəki rayonu, Qoxmuq kəndi ərazisində işıqforun qadağanedici qırmızı işığında hərəkətini davam etdirdiyinə görə yol polisi əməkdaşları tərəfindən saxlanılmış və onun avtomobili sərxoş vəziyyətdə idarə etməsi şübhə doğurduğundan tibbi müayinəyə dəvət edildəkdə ucadan səs-haray salmış, həmin vaxt polis əməkdaşları onu sakitləşdirməyə cəhd göstərsələr də o, öz hərəkətlərini davam etdirərək yol polisi əməkdaşlarının qanuni tələblərinə tabe olmaqdan imtina etmişdir. Buna baxmayaraq, Şəxs sərxoşluğunun müəyyən edilməsi ilə bağlı tibbi müayinəyə aparılsa da, o, müayinə müəssisəsində yenə də öz hətəkətlərini davam etdirərək ucadan səs-haray salmış və polisin qanuni tələblərinə riayət etməkdən boyun qaçırmağa çalışmışdır. Tibbi müayinə zamanı Şəxs sərxoş vəziyyətdə olduğu müəyyən edilmişdir. Qeyd edilən hərəkətləri ilə bağlı Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki, onun özünə məxsus olan “AUDİ 6” markalı, **-LV-*** dövlət nömrə nişanlı avtomobili vardır. O, 29 may 2023-cü il tarixdə, axşam saatlarında Şəki rayonu, Qoxmuq kəndində yerləşən “Kəhrəba” kafesində dostları ilə birlikdə spirtli içki qəbul etmişdir. Bundan bir neçə saat sonra həmin kafedən çıxıb öz avtomobilini idarə edərək evinə yola düşmüşdür. Yolda gedərkən Şəki rayonu, Qoxmuq kəndi ərazisində YPX əməkdaşları ona saxlama işarəsi vermişlər və o, avtomobili kənara çəkib saxlamışdır. Ondan spirtli içki iyi gəldiyi üçün polis əməkdaşları onu tibbi müayinəyə dəvət etmiş, polis əməkdaşlarına tibbi müayinəyə getmək istəmədiyini bildirmiş, lakin polis əməkdaşları onunla razılaşmamışdır. Ona görə də polis əməkdaşları ilə aralarında mübahisə yaranmışdır. Sərxoş olduğundan orda baş verənlər tam yadında deyil. Lakin özündən asılı olmayaraq əsəbiləşərək ucadan danışmış və muayinəyə getməyə etiraz etmişdir. Bundan sonra onu tibbi müayinəyə aparmışlar. Tibbi müayinə zamanı sərxoş olduğu müəyyən edilmişdir. Daha sonra o, spirtli içki qəbul etdiyini etiraf etmişdir. Etdiyi hərəkətdən peşmandır. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin yol patrul xidməti baş inspektoru, polis serjantı X9 izahatında göstərdi ki, o, 30 may 2023-cü il tarixdə digər yol polisi əməkdaşı Bəhman Tanrıverdiyevlə xidmətdə olarkən, saat 03:20 radələrində Şəki rayonu, Qoxmuq kəndi ərazisində hərəkətdə olan “AUDİ 6” markalı, **-LV-*** dövlət nömrə nişanlı avtomobilin işıqforun qadağanedici qırmızı işığında hərəkətini davam etdirdiyini görüb həmin avtomobilə saxlama işarəsi vermişlər. “AUDİ 6” markalı, **-LV-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü də avtomobili kənara çəkib saxlamışdır. Bundan sonra adını sonradan bildiriləri sürücü Şəxs yaxınlaşaraq ona özlərini təqdim edərək, işıqforun qadağanedici qırmızı işığında hərəkətini davam etdirdiyini bildirmişlər və Şəxs sürücülük vəsiqəsini və avtomobilin sənədlərini tələb etmişlər. Həmin vaxt Şəxs kəskin spirtli içki iyi gəldiyi üçün Şəxs spirtli içki qəbul edibetmədiyini soruşmuşlar. Şəxs da olarla kobud rəftar etməyə başlamışdır. Buna görə də Şəxs avtomobilini müvəqqəti saxlanc yerinə, özünü isə tibbi müayinəyə dəvət etmişlər. Bu zaman Şəxs ucadan nalayiq sözlər işlətməyə başlamış, onlar isə onu sakitləşdirməyə çalışsalar da, Şəxs aqressiv şəkildə öz hərəkətlərini davam etdirmişdir. Həmçinin. Şəxs avtomobilin duracağa aparılmasına etiraz edirdi. Buna görə də həmin yerə kömək üçün polçt patrul xidməti əməkdaşlarını dəvət etmişlər. Bundan sonra çətinliklədə olsa, Şəxs tibbi müayinə edilməsi üçün Narkoloji Dispanserə aparılmışdır. Aparılmış tibbi müayinə zamanı Şəxs spirtli içki qəbul etdiyi müəyyən edilmişdir. Şəxs tibbi müayinə müəssisəsində yenə də öz hətəkətlərini davam etdirərək ucadan səs-haray salmış və polisin qanuni tələblərinə riayət etməkdən boyun qaçırmağa çalışmışdır. Tibbi müayinə zamanı Şəxs sərxoş vəziyyətdə olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin yol patrul xidməti baş inspektoru, polis serjantı X1 şəhər-rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı X5 da mahiyyət etibarı ilə şahid X9 ilə oxşar məzmunlu izahat verdilər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, Şəxs onun dostudur. Elmin ona zəng edərək həmin hadisə barədə ona məlumat vermiş və o, da həmin hadisə yerinə gəlmişdir. Hadisə yerinə gəldikdə dostu Şəxs polis əməkdaşları tərəfindən saxlanıldığını görmüşdür. Həmin vaxt Şəxs içkili vəziyyətdə idi. Polis əməkdaşları Şəxs sərxoşluğunu müəyyən etmək istəyirdilər və buna Şəxs razı idi. Lakin, polis əməkdaşları Elmiri tutduqlarına görə Elmir əsəbiləşmişdi və sərxoşluğun müayinə edilməsi testinə üfləməyə etiraz edir. Lakin, Şəxs avtomobilin duracağa aparılmasına etiraz edib-etmədiyin bilmir. Sonradan həmin yerə post patrul əməkdaşları gəlmişlər və Şəxs tibbi müayinəyə aparmışlar. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi, Şəki şəhər Vəkil Bürosunun vəkili Vəkil izahatında Şəxs hərəkətlərində inzibati xəta tərkibinin olmadığını bildirdi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş X12 tərəfindən 30 may 2023-cü il tarixdə verilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolun rəy hissəsində Şəxs orta dərəcəli sərxoş olduğu göstərilmişdir. Beləliklə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün, şahidlərin izahatları və iş materialları ilə tam təsdiq edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməsə də, məhkəmə araşdırması zamanı onun törətdiyi əməldən peşman olması və həmin əməli alkoqol sərxoşluğu vəziyyətində törətməsi müəyyən edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs həmin əməli törətməsindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi, onun həmin əməli alkoqol sərxoşluğu vəziyyətində törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini və əmlak vəziyyətini nəzərə alaraq, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edirəm Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım : Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 manat məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Pərviz Hacıyev.
Məhkəmə qərarları › İş №3(075)-501/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-501/2023
30.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver