Məhkəmə qərarları › İş №3(075)-501/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-501/2024

24.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-501/2024 24.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki DYPB-nin Şəki rayonu YNH inspektoru polis kapitanı X2 tərəfindən tərtib olunmuş 18 iyun 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X7 nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verməmiş və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X7nın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilmiş Şəki ŞRPŞ və Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X7 məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X4 nümayəndəsi X1 izahat verərək bildirdi ki, Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş məktubu xəstəxananın qaraj müdiri olan Musayev tərəfindən qəbul edilmişdir. Bundan sonra polis şöbəsinə müraciət edilmiş, şöbənin əməkdaşı tərəfindən narahatçılıq olmadığı Musayevə bildirilmişdir. Hazırda həmin avtomobil 16 may 2024-cü il tarixdən “Şəki Rayon Mərkəzi Xəstəxanası” X4 balansından çıxarılaraq Təcili tibbi yardımın hesabına verilmişdir. Protokolun təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarından görünür ki, ŞRPŞ-nin DYPB tərəfindən Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X8 “Şəki Rayon Mərkəzi Xəstəxanası” X5 sorğu məktubu ünvanlamış və həmin məktubda xx.xx.2024-cü il tarixdə saat 18:48-də Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X8 “Şəki Rayon Mərkəzi Xəstəxanası” X4 mülkiyyətində olan “UAZ” xüsusi təyinatlı markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, həmin nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə 5 gün müddətində rəsmi məlumat verilməsi, əks halda hüquqi şəxsin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunacağı qeyd olunmuşdur. İş materiallarından görünür ki, ŞRPŞ-nin DYPB tərəfindən göndərilmiş sorğu xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X8 “Şəki Rayon Mərkəzi Xəstəxanası” X4 ünvanında poçt xəbərnaməsinə rəsmi imza edilməklə “Musayev” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsinin 123.1-123.3-cü maddələrinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. Səlahiyyətli orqan (vəzifəli şəxs) belə məlumatı aldığı vaxtdan 3 gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan inzibati tənbeh vermə haqqında qərar tərtib edir. İnzibati tənbeh vermə haqqında qərar həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, hüquqi şəxs Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X8 “Şəki Rayon Mərkəzi Xəstəxanası” X7 tərəfindən İXM-in 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilir. “Şəki Rayon Mərkəzi Xəstəxanası”» X4 etibarnamə üzrə nümayəndəsi Şəki şəhər-rayon Polis Şöbəsinə qeyd edilən avtomobilin sürücüsü ilə bağlı məlumatların təqdim edilməsinə dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Ona görə də hüquqi şəxs Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X8 “Şəki Rayon Mərkəzi Xəstəxanası” X4 barəsində İXM-in 347-ci mаddəsinin sаnksiyаsı həddində inzibаti tənbеh еdilməlidir. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in 347-ci maddəsinin sanksiyasında inzibati tənbeh kimi konkret məbləğ müəyyən edilərək inzibati cərimə nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X8 “Şəki Rayon Mərkəzi Xəstəxanası” X7 Аzərbaycan Respublikası İnzibаti Хətаlаr Məcəlləsinin 347-ci mаddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar