Məhkəmə qərarları › İş №3(075)-502/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-502/2022

17.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-502/2022 17.08.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X6 tərəfindən tərtib olunmuş onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilməsi ilə bağlı verilmiş 02 fevral 2022-ci il tarixli, MN-1162586 nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş 02 fevral 2022-ci il tarixli, MN-0842149 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işə xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyənetdi: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X6 tərəfindən tərtib olunmuş onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilməsi ilə bağlı verilmiş 02 fevral 2022-ci il tarixli, MN- 1162586 nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş 02 fevral 2022-ci il tarixli, MN-0842149 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işə xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı X2 izahatında göstərmişdir ki, o, Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi “daşqaya” adlanan ərazidə kafe işlədir. Göstərmişdir ki, nəyə görə cərimə olmasının səbəblərini bilmir. Belə ki, protokol tərtib olunduğu vaxtda kafesinə vaksinsiz şəxs daxil olmamışdır. Özü həmişə karantin qaydalarına əməl etmiş, bütün yoxlamalardan keçmişdir. Lakin onun barəsində xx.xx.2022-ci il tarixdə əsassız protokol tərtib edilərək cərimələnmişdir. Buna görə də həmin qərardan şikayət etməli olmuşdur. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq Şəki ŞRPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş Şəki ŞRPŞ-nin 02 fevral 2022-ci il tarixli, MN-1162586 nömrəli inzibati xəta haqqında protokolun və həmin ptorokol əsasında qəbul edilmiş 02 fevral 2022-ci il tarixli, MN- 0842149 nömrəli inzibati tənbeh vermə haqqında qərarının təsdiq edilmiş surətindən görünür ki, vətəndaş X4 xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən kafeyə vaksinsiz müştəri qəbul edərə epidemiya əleyhinə karantin qaydalarını pozmuşdur. Buna görə də, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş X3 Şəki ŞRPŞ-də verdiyi izahatının təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində M.Ə.Rəsulzadə prospektində yerləşən yerləşən işlətdiyi kafeyə vaksinsiz adam buraxdığını etiraf etmişdir. Belə ki, o, həmin izahatında bildirmişdir ki, 02 fevral 2022-ci il tarixdə, təxminən saat 18:20 radələrində tanışı bir nəfər onun işlətdiyi kafeyə gələrək çay içmək istəmişdir. Həmin şəxsə onun vaksinin olub-olmadığını soruşmuşdur. Həmin şəxs ona vaksin iynəsini vurdurduğunu bildirmişdir. Buna görə də həmin müştərini kafesində əyləşdirmişdir. Bundan sonra polis əməkdaşları onun kafesinə yaxınlaşaraq kafeyə vaksinsiz adamın daxil olduğunu bildirmiş və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bir daha belə hallara yol verməyəcəyinə söz vermişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş Şəki ŞRPŞ-nin PPXB-nün tağım komandiri X5 yazılı izahatından məlum olur ki, X3 xx.xx.2022ci il tarixdə saat 18:30 radələrində Daş qaya ərazisində işlətdiyi kafeyə vaksinsiz adam buraxmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantintəşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2021-ci il tarixli Qərarının 1-ci bəndinə əsasən Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 sentyabr saat 06:00-dək uzadılmışdır. Göründüyü kimi X2 hazırki şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini bildirsə də, məhkəmə iclasındakı izahatında onun İXM-nin 211.1-ci maddəsinə əsasən karantin rejimini pozması aydın olur. Belə ki, o, məhkəmə iclasında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən işlətdiyi kafeyə vaksinsiz müştəri buraxmışdır. Eyni hal onun xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən işlətdiyi kafeyə vaksinsiz müştəri buraxdığını etiraf etməsi barədə vermiş olduğu izahatla da təsdiq edilir. Göstərilən əsaslarla məhkəmə X1 Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X6 tərəfindən tərtib olunmuş onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilməsi ilə bağlı verilmiş 02 fevral 2022-ci il tarixli, MN-1162586 nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş 02 fevral 2022-ci il tarixli, MN-0842149 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işə xitam verilməsi tələbi ilə razılaşmır və buna görə də hesab edir ki, onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: X1 Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X6 tərəfindən tərtib olunmuş onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilməsi ilə bağlı verilmiş 02 fevral 2022-ci il tarixli, MN-1162586 nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş 02 fevral 2022-ci il tarixli, MN-0842149 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işə xitam verilməsinə dair şikayət ərizəsi təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar