Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-502/2024 08.08.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəyəyev İlkin Fikrət oğlunun katibliyi ilə, X1 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Qax rayon YPX inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati təhbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, onun barəsində yol polisi inspektoru, polis baş serjantı X4 İXP-6303205 nömrəli, 03 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib etmiş və həmin protokol əsasında TP-6526296 nömrəli, 03 iyun 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Həmin qərarə əsasən o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324.4-cü maddəsinə əsasən 50 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Halbuki, o həmin protokolda nəzərdə tutulmuş xətanı törtəməmişdir. Yol polisi inspektoru, polis baş serjantı X4 barəsində protokol tərtib etməsinə əsas kimi onun istifadəsində olan "Ford Tranzit" markalı, **-SS-*** dövlət nömrə nişanlı avtomobilin buraxılış kartı olmadan yük və qeyrimüntəzəm sərnişin daşınmasına görə tərtib etmişdir. Halbuki, onun istifadəsində olan "Ford Tranzit" markalı, **-SS-*** dövlət nömrə nişanlı avtomobilə 7 il müddətinə, yəni 2031ci ilədək ölkədaxili sifarişli daşımalara icazə verilməsi ilə bağlı buraxılış vərəqəsi alınmışdır. Göründüyü kimi heç bir qanuni əsas olmadan və hər hansı bir xəta törətməsədə barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu isə onunu hüquqlarının pozulması ilə nəticələnir. Halbuki, onun inzibati xəta törətmədiyini o sübut etməyə borclu deyildir, əksinə, onun inzibati xəta törətdiyini protokol tərtib edən vəzifəli şəxs sübut etməlidir. Göstərilən əsaslarla hesab edir ki, onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmadığı üçün barəsində tərtib edilmiş TP-6526296 nömrəli, 03 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş qərar ləğv edilməli və həmin cərimə məbləği onun üzərindən götürülməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq X2 və Qax rayon Yol Patrul Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakları olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. İşdə olan sənədləri araşdıraraq məhkəmə hesab edir ki, X1 şikayəti əsaslı deyildir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli, TP ******* seriya nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikasının İXM-nin 329.1, 329.3 və 324-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində İXM 324.4-cü maddəsilə 50 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. 324.4-cü maddəsinə əsasən Buraxılış kartı olmadan yük və qeyri-müntəzəm sərnişin daşınmasına görə əlli manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X5 şikayət ərizəsində istifadəsində olan “Ford Tranzit” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 20 may 2024-cü il tarixdə ölkədaxili sifarişli daşımalara icazə verilməsilə bağlı buraxılış vərəqəsi almısını bildirmişdir. Lakin şikayətçi ərizəsinə göstərilən icazənin verilməsinə dair sənədi əlavə etməmiş, eyni zamanda məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyindən, ərizəsində göstərdiyi xüsusatlar üzrə sərnişin daşınması ilə bağlı buraxlış vərəqəsinin alınmasını müəyyən etmək mümkün olmamışdır. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, X3 barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, X3 Qax rayon YPX inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati təhbeh vermə haqqında qərarın ləğv edilməsi barədə ərizəsi əsaslı olmadığından təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: X3 Qax rayon Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati təhbeh vermə haqqında qərarın ləğv edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardan surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-502/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-502/2024
08.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver