Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-503/2021 29.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil, Zərərçəkmiş şəxs X1 iştirakları ilə, 28 avqust 1978-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, asma xəstəliyindən əziyyət çəkən, ünvan 1 ünvanda yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta barədə Protokolda göstərilir ki, Şəki Rayon Məhkəməsinin 2(075)- 393/2021-010 nömrəli, 25.05.2021-ci il tarixli icra sənədi üzrə borclu Şəxs hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 150 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-393/2021-010 nömrəli, 25.05.2021-ci il tarixli icra sənədi üzrə borclu Şəxs hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 150 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə tələbin məcburi icrası ilə bağlı borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədi ilə müxtəlif dövlət orqanlar na və banklara sorğular verilmiş, sorğulara alınan cavablarda borclunun adına hər hansı əmlak və ya qızıl-zinət əşyası aşkar edilməmişdir. İndiyədək borclu 150 manat və 165 manat olmaqla iki dəfə ödəniş etmişdir. Hazırda borclu Şəxs ödənilməmiş aliment məbləği 885 manat təşkil edir. Sözügedən aliment borcunun borclu tərəfindən icra edilmədiyi üçün borcluya rəsmi və şifahi xəbərdarlıq yazılmış, buna baxmayaraq icra sənədi üzrə tələbin icrası təmin edilməmişdir. İcra sənədi üzrə borclu Şəxs 29.09.2021-ci il tarixində Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə gəlmişdir. Yaranmış aliment borcunun bu günə kimi hansı səbəbdən ödəmədiyi sual edilmişdir. Borclu maddi vəziyyətinin ağır olduğunu, hər ay 170 manat ödəyə biləcəyini bildirmişdir. Bununlada keçən müddət ərzində icra sənədi üzrə tələbin icrası borcu Şəxs tərəfindən tam olaraq icra edilməmişdir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-393/2021-010 nömrəli, 25.05.2021-ci il tarixli icra sənədi üzrə ondan hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 150 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. O, alimenti hissə-hissə ödəyir. Belə ki, indiyədək alimentdən 3 dəfə ödəniş etmişdir. Göstərmişdir ki, heç bir yerdə işləmir. Asma xəstəsidir və nəfəs daralması olur, lakin əlillik dərəcəsi ala bilməmişdir. Ailəsinin və özünün maddi vəziyyəti olduqca aşağıdır. Lakin icra sənədinin icrasından yayınmaq niyəti yoxdur. Bu gün də 200 manat ödəmək istəyir və o 200 manatı icra məmuruna təqdim etmişdir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahat verərək göstərdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-393/2021-010 nömrəli, 25.05.2021-ci il tarixli icra sənədi üzrə borclu Şəxs hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 150 manat sabit pul məbləğində aliment tutularaq onun xeyrinə ödənilməlidir. Göstərmişdir ki, borclu alimenti tam şəkildə ödəmir. Onun özünün də maddi vəziyyəti olduqca aşağıdır. Azyaşlı uşağı asma xəstəsidir və uşağı ilə birlikdə kirayədə yaşayırlar. Həmçinin göstərmişdir ki, borclu da asma xəstəsidir. Onun əsas istəyi borclunun alimenti vaxtında ödəməsidir. O, borclunun həbs olunmasını və ya cərmə edilməsini istəmir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmənin səlahiyyətinə buraxır. Məhkəmə işdə olan materiallara baxaraq hesab edir ki, inzibati xəta üzrə iş onu vermiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmənin icraatına Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş iş materiallarında olan Şəxs barəsində 29 sentyabr 2021-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilir ki, o Şəki Rayon Məhkəməsinin 2(075)-393/2021 saylı, 25.05.2021-ci il tarixli icra sənədinin icrası üzrə icra məmurunun qanuni tələblərinə əməl etməkdən qərəzli şəkildə boyun qaçıraraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materialında olan Şəki Rayon Məhkəməsinin 2(075)-393/2021-010 nömrəli, 25.05.2021-ci il tarixli icra sənədi üzrə borclu Şəxs hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 150 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, inzibati xəta üzrə iş onu vermiş orqana geri qaytarılmalıdır. Belə ki, iş materialına Şəxs adına banklarda və digər kredit təşkilatlarında pul vəsaiti və qızıl-zinyət əşyalarının olub-olmaması barədə “Azərbaycan Beynəlxalq Bankı”nın Şəki filialına, , "xxxx" ASC-nin Şəki filialına, "xxxx" QSC-nin Şəki filialına, "xxxx" ASC-nin Şəki filialına, X7 Mərkəzinə sorğu verilsə də, digər banklar olan "xxxx" KB ASC-nin, "xxxx" ASCnin Şəki filialına, "xxxx" ASC-nin Şəki filialına, “Ləğv Prosesində olan "xxxx" ASC-nin və "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, digər bank və BOKT-na sorğu verilməmiş, bu barədə müvafiq cavablar alınaraq iş materialına əlavə edilməmişdir. Göründüyü kimi, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən baxılması üçün Şəki rayon Məhkəməsinə təqdim edilmiş materiallar natamamdır və işə baxılarkən onların tamamlanması qeyri-mümkündür. Məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında iş İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi rəhbər tutularaq onu verən orqana geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında iş Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Hakim Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-503/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-503/2021
29.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver