Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-503/2023 31.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X8 oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Rəcəb oğlunun və onun müdafiəçisi X2 iştirakı ilə, xx xxxx 1991-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN:xxxxxxx olan, əlilliyi olmayan, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X4 tərəfindən tərtib edilmiş 30 may 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 30 may 2023-cü il tarixdə, saat 14:30 radələrində Şəki şəhəri, S.Rəhman küçəsində polis əməkdaşlarını təhqir edərək polisin qanuni tələbinə qəsdən tabe olmamış və beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X4 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəxs 30 may 2023-cü il tarixdə, saat 14:30 radələrində Şəki şəhəri, S.Rəhman küçəsində polis əməkdaşlarını təhqir edərək polisin qanuni tələbinə qəsdən tabe olmadığından polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmişdir. Bundan sonra Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protkol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Şəki şəhər “Təzə Bazar” adlanan ərazidə qəssab kimi işləyir. O bazarda qoyun əti satır. Onun yaxınlığında Kamal adlı satıcı da var. O, isə mal əti satmaqla məşğuldur. xx.xx.2023-cü il tarixdə o, Kamaldan nisiyə ət almışdır. xx.xx.2023-cü il tarixdə günorta yeməyini yeyən zaman spirtli içkidə qəbul etmişdir. Yeməyini yeyib qurtardıqdan sonra bazara qayıtmışdır. Bu zaman nisiyə aldığı ətin pulunu vermək üçün Kamala yaxınlaşmışdır. Həmin vaxt Kamal ilə söhbət edən zaman Turan adlı polis əməkdaşı oradan keçərək ona nə etdiyini soruşmuş və uca səslə danışdığını söyləmişdir. O isə cavabında “necə danışmalıyam, danışmağımı sənənmi soruşmalıyam” deyə ifadə işlətmişdir. Bu zaman Turan onu yanına çağırmış, lakin onun yanına getməmişdir. Turan onu tutmaq üçün əl atmaq istəyəndə o həmin vaxt ona “əlivi çək” deyərək mane olmuşdur. Həmin vaxt əsəbləşərək, vitrindən bıçağı götürmüş və özünə xəsarət yetirəmə başlamışdır. Özündə olmadığından əlindən bıçağı alan şəxsi bilməmişdir. Bıçağı əlindən alan kimi vitrindən baltanı götürmüş və yenə də özünə xəsarət yetirməyə başlamışdır. Bir müddət sonra isə onu polis şöbəsinə gətirmişlər. Barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X5 məhkəmə iclasında şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, "Təzə Bazar" adlanan ərazidə özünə məxsus vitrini var. Həmin yerdə ət satmaq ilə məşğul olur. Ağamalı onun tanışıdır. Aralarındakı münasibət normaldır. Heç bir düşmənçilik və ədavət yoxdur. Ağamalı da həmin bazarda ət alqı-satqısı ilə məşğul olur. O, mal əti, Ağamalı isə qoyun əti satır. xx.xx.2023-cü il tarixdə Ağamalı 20 manat dəyərində mal əti almışdır. Həmin gün Ağamalı mal ətinin pulunu verməmişdi və nisiyə yazdırmışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 15 radələrində Ağamalının bazar ərazisində yüksəkdən söyüş söydüyünü eşitmişdir. Bundan sonra o, Ağamalını yanına çağırmış və insanlar içində söyüş söyməməli olduğunu eyni zamanda özünü yaxşı aparmalı olduğunu deyərək ona iradını bildirmiş və onu tənbeh etmişdir. Həmin vaxtı ərazinin sahə rəisi onların yanına yaxınlaşmış və Ağamalını yanına çağırmışdır. Hadisə zamanı Ağamalı spirtli içki qəbul etmişdir. Bu zaman Ağamalı Turan adlı polis əməkdaşı ilə mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Ağamalı vitrindən bıçaq götürmüş və özünə xəsarət yetirməyə başlamışdır. O, dərhal onlara yaxınlaşaraq Ağamalının əlindən bıçağı almış və vitrinin altına qoymuşdur. Həmin vaxt Ağamalı baltanı götürərək özünə xəsarət yetirəməyə davam etmişdir. O, yenə baltanı da onun əlindən almış və qan axmasın deyə qolunu yumuşdur. Bundan sonra isə hadisə yekunlaşmış və onlar polis şöbəsinə gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respubikası Daxili İşlər Nazirliyi Şəki ŞRPŞ-nin Post-patrul xidməti bölüyü polis nəfəri, polis baş serjantı X6 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 14 radələrində Şəki şəhəri, “Təzə Bazar" adlanan ərazidə xidmətdə olarkən iki nəfər şəxsin mübahisə etdiyini eşitmişdir. O və sahə rəisi Məzahir Alıyev həmin səsin gəldiyi tərəfə getmiş və orada Kamal və Ağamalı adlı şəxsin mübahisə etdiyini görmüşlər. Mübahisə zamanı Kamal ona uca səslə “sən mənnən nə istəyirsən, çıx get burdan” demişdir. Dərhal onlara yaxınlaşaraq Ağamalını sakitləşdirib nizam-intizama dəvət etsələr də, Ağamalı onlara heç bir məhəl qoymamışdır. Aqressiv hərəkətlər ilə onlarla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Ağamalı ona və polis zabiti Məzahir Alıyevə qarşı “siz kimisiz deyib” nalayiq ifadələr işlədərək vitrinin üzərindən bıçağı götürmüşdür. Ağamalı bıçağı onun tərəfə tutan zaman Məzahir Alıyev ona “Sən nə edirsən” deyib ona qışqırmışdır. Bu zaman Ağamalı həmin bıçaq ilə özünə xəsarət yetirərək, “Özümə xəsarət yetirməklə sizi işə salacam” demişdir. Bundan sonra onun əlindən bıçağı alsalar da, o baltanı götürərək balta ilə özünə xəsarət yetirməyə başlamışdır. Həmin vaxt Ağamalının spirtli içki qəbul etməsi də şübhə doğurmuşdur. Onlar onu nizam-intizama dəvət etmələrinə baxmayaraq o, onların sözlərinə məhəl qoymayıb öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Ona görə də onu polis şöbəsində dəvət etmişlər. Lakin bu zamanda o, onlara tabesizlik göstərmiş, səs-küy salmışdır. Bir qədər sonra onu polis şöbəsinə gətirə bilmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respubikası Daxili İşlər Nazirliyi Şəki ŞRPŞ-nin İctimai təhlükəsizlik bölməsi polis sahə rəisi, polis polkovnikleytenantı X7 digər şahid Şəki ŞRPŞ-nin Post-patrul xidməti bölüyü polis nəfəri, polis baş serjantı X6 ilə eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 23:10-da tutulmuşdur. İş materiallarında olan “Şəxsi axtarış və fiziki şəxslərdə olan şeylərin yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs üzərinə baxış keçirilən zaman heçnə götürülməyib. İş materiallarında olan Jupiter x markalı alkotestirin 30 may 2023-cü il tarixli analizindən görünür ki, Şəxs sərxoşluq aşkar edilmişdir. İş materiallarında olan 29 may 2023-cü il tarixli, 01 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamasına görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və şahidlərin izahatları ilə təsdiq edildi. Məhkəmə hesab edir ki, Şəxs sərxoş halda nalayiq ifadələr işlətməklə Şəki şəhər- Rayon polis əməkaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, nalayiq söyüşlər söyməklə səs-küy salmış, ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 33.1.7 maddəsinin inzibati xətanın sərxoş halda törətməsi məsuliyyətini ağırlaşdıran haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, əmlak vəziyyətini, digər halları nəzərə alaraq, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 29 may 2023-cü il tarixdən, saat 23:10-dan hesab edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-503/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-503/2023
31.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver