Məhkəmə qərarları › İş №3(075)-504/2020

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-504/2020

07.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-504/2020 07.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Tələbkar X1 iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Şəki rayonu, Kəhrizoba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əlilliyi olmayan Şəki rayonu, Cəfərabad kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə Protokolda göstərilir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-325/2020 saylı, 11 02 2020-ci il tarixli icra sənədi üzrə borclu Şəxs xx xxxx 2013-cü il təvəllüdlü X4, xx xxxx 2014-cu təvəllüdlü X5 və xx xxxxxx 2015-cı ıl təvəllüdlü Mürsəlov Ömər Elşən oğlunun yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 90 (doxsan) manat olmaqla, cəmi 270 manal məbləğində aliment tutularaq tələbkar X2 ödənilməlidir Həmçinin borclu Şəxs 30 manat məbləğində dövlət rusumu xərci tutularaq dövlət hesabına ödənilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X8 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-325/2020 saylı, 11 02 2020-ci il tarixli icra sənədi üzrə borclu Şəxs xx xxxx 2013-cü il təvəllüdlü X4, xx xxxx 2014-cu təvəllüdlü X5 və xx xxxxxx 2015-cı ıl təvəllüdlü Mürsəlov Ömər Elşən oğlunun yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 90 (doxsan) manat olmaqla, cəmi 270 manal məbləğində aliment tutularaq tələbkar X2 ödənilməlidir. Həmçinin borclu Şəxs 30 manat məbləğində dövlət rusumu xərci tutularaq dövlət hesabına ödənilməlidir. Alimentin tutulmasının əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. İcra sənədi xx.xx.2020-ci il tarixində Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. İcra sənədinin icrası ilə əlaqədar borcluya 10 gün könüllü icra müddəti verilmiş, göstərilən müddət ərizdə borclu tərəfindən borcun ödənilməsi təmin edilməmiş və Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə gəlməmişdir. Həmçinin könüllü müddət ərzində icra sənədi üzrə tələb borclu tərəfindən icra edilmədiyi üçün borcluya dəfələrlə rəsmi və şifahi xəbərdarlıqlar edilmiş və xəbərdarlığa baxmayaraq icra sənədi üzrə tələbin icrası təmin edilməmişdir. İcra sənədi üzrə tələbin məcburi icrası ilə bağlı borclunun əmlak vəziyyətinin müəyyən edilməsi ilə müxtəlif dövlət orqanlarına və banklara sorğular verilmiş sorğulara alınan cavablarda borclunun adına hər hansı əmlak və ya qızıl-zinət əşyası aşkar edilməmişdir. Borclu Şəxs icra sənədində qeyd edilən ünvanda yaşamadığı müəyyən edilmiş və xx xxx 2020 cı ıl tarixdə barəsində axtarış elan edilərək qərar icrası üçün Şəki ŞRPŞ-nə göndərilmişdir Şəki ŞRPŞ-nin xx.xx.2020-ci il tarixli məktubuna əsasən borclu Şəxs barəsində xx.xx.2020-ci il tarixdə 820448 saylı axtarış işi açılmışdır. Borclu Şəxs xx.xx.2020-ci il tarixdə polis əməkdaşları tərəfindən Şəki Rayonu üzrə İcra və Probasıya Şöbəsinə gətirilmişdir. Həmin tarixdə borclu Şəxs izahat alınmışdır. Borclu xx.xx.2020-ci il tatixdə verdiyi izahatında imkanı olmadığına görə ödəniş edə bilmədiyini bildirmişdir. Həmçinin borcludan hər hansı ödəniş edə biləcəyi soruşulmuş, boclu isə hər hansı ödəniş edə bilməyəcəyini bildirmişdir. Bununla da keçən 08 ay müddət ərzində icra sənədi üzrə tələbin icrası borclu Şəxs tərəfindən qərəzli olaraq icra edilməmişdir. Hazırda borclu Şəxs 2160 manat alıment borcu vardır. Əlavə olaraq bildirdi ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdən, saat 15:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 17:30-da məhkəməyə gətirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 325/2020 saylı, 11 02 2020-ci il tarixli icra sənədi üzrə ondan xx xxxx 2013-cü il təvəllüdlü X4, xx xxxx 2014-cu təvəllüdlü X5 və xx xxxxxx 2015-cı ıl təvəllüdlü Mürsəlov Ömər Elşən oğlunun yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 90 (doxsan) manat olmaqla, cəmi 270 manal məbləğində aliment tutularaq tələbkar X2 ödənilməlidir. Alimentin tutulmasının əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. İcra sənədindən xəbəri vardır. Lakin maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Hal-hazırda tələbkar və uşaqları onun anası ilə birlikdə yaşayırlar. O özü isə Bakı şəhərində kirayədə yaşayır və fəhləlik edir. O, ümumi olaraq 250 manat pulu tələbkara verilməsi üçün anasına göndərmişdir. Həmçinin pandemiya ilə əlaqədar olaraq iş olmadığı üçün borc məbləğini bir dəfəyə ödəyə bilmir. Əlavə olaraq bildirdi ki, xx xxxxxxxx 2020-ci il tarixdən, saat 15:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 17:30-da məhkəməyə aparılmışdır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında tələbkar X6 izahat verərək göstərdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-325/2020 saylı, 11 02 2020-ci il tarixli icra sənədi üzrə borclu Şəxs xx xxxx 2013-cü il təvəllüdlü X4, xx xxxx 2014-cu təvəllüdlü X5 və xx xxxxxx 2015-cı ıl təvəllüdlü Mürsəlov Ömər Elşən oğlunun yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 90 (doxsan) manat olmaqla, cəmi 270 manal məbləğində aliment tutularaq ona ödənilməlidir. Alimentin tutulmasının əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Lakin borclu, məhkəmə qətnaməsi çıxarıldıqdan sonra evə gəlməmişdir. Bildiyinə görə borclu Bakı şəhərində yaşayır. Aliment borcunu ödəmir və uşaqları ilə maraqlanmır. Bu zamanadək bir dəfə inəklərinə görə ot alınması üçün anasına 200 manat pul məbləğində pul göndərmişdir. Bildirdi ki, borclu hal-hazırda başqa bir şəxslə nikah münasibətindədir və onun əlavə bir uşağı da var. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, tələbkarın, icra məmurunun izahatları və digər sənədlərlə təsdiq olundu. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs olunmalıdır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdən, saat 15:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 17:30-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı xx xxxxxxxx 2020ci il tarixdən, saat 15:00-da məhdudlaşdırıldığından Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, xx xxxxxxxx 2020-ci il tarixdən, saat 15:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, xx xxxxxxxx 2020-ci il tarixdən, saat 15:00-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar