Məhkəmə qərarları › İş №3(075)-505/2020

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-505/2020

21.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-505/2020 21.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Şəki rayon Zunud bələdiyyəsinin sədri Şəxs iştirakı ilə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsindən daxil olmuş Şəki rayon Zunud bələdiyyəsinin sədri Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsi ilə tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, 32 saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəki Rayon Məhkəməsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsindən daxil olmuş Şəki rayon Zunud bələdiyyəsinin sədri Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsi ilə tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, 32 saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəki rayon Zunud bələdiyyəsinin sədri Şəxs tərəfindən Zunud bələdiyyəsinin xx xxxx 2020-ci il tarixli 12 nömrəli iclaslarında qəbul edilmiş aktın (qərarın) surəti bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana – Şəki Regional Ədliyyə İdarəsinə təqdim edilməmişdir. Bu əmələ görə Azərbaycan Respublikası Maliyyə X1 tərəfindən Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi ehtimalına görə xx xxxxxx 2020-ci il tarixli, 32 saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəki rayon Zunud bələdiyyəsinin sədri Şəxs izahat verərək göstərdi ki, bələdiyyənin xx xxxx 2020-ci il tarixli 12 nömrəli protokoll Şəki Regional Ədliyyə İdarəsinə müəyyən olunan müddətdən gec göndərilmişdir. Bir daha belə hallar yol verilməyəcək. Məhkəmə, tərtib edilmiş inzibati xəta haqqında protokolu nəzərdən keçirib və onlara hüquqi qiymət verərək hesab edir ki, Şəki rayon Zunud bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və bu səbəbdən də cəmiyyətə həmin maddədə nəzərdə tutulmuş cərimə inzibati tənbeh növü tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsi tərəfindən Şəki rayon Zunud bələdiyyəsinin sədri Şəxs iclaslarında qəbul edilmiş aktların (qərarların) surəti 5 iş günü ərzində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana – Şəki Regional Ədliyyə İdarəsinə təqdim etməlidir. Lakin cəmiyyət tərəfindən ilə dair illik hesabat bu günədək Palataya təqdim edilməmişdir və bu əmələ görə Azərbaycan Respublikası Maliyyə X1 tərəfindən Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi ehtimalına gəlinmişdir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsində deyilir ki, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə-vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Şəki rayon Zunud bələdiyyəsinin sədri Şəxs tərəfindən Zunud bələdiyyəsinin xx xxxx 2020-ci il tarixli 12 nömrəli iclaslarında qəbul edilmiş aktın (qərarın) surəti 5 iş günü ərzində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana – Şəki Regional Ədliyyə İdarəsinə təqdim edilməlidir. Lakin bələdiyyə sədri tərəfindən xx xxxx 2020-ci il tarixli 12 nömrəli iclaslarında qəbul edilmiş aktın (qərarın) surəti 5 iş günü ərzində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana təqdim edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və digər diqqətəlayiq halları nəzərə alaraq, Şəki rayon Zunud bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikasının İXM-nin 549.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 400 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə də, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini tələblərini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəki rayon Zunud bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikasının İXM-nin 549.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 400 manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar