Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-505/2024 28.06.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Bəkirov Yusif Şücaət oğlunun katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X1 iştirakı ilə, 11 fevral 1972-ci il tarixdə Şəki rayonu, Baş Zəyzid kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx olan, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Şəki rayonu, Baş Zəyzid kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: 28 iyun 2024-cü il tarixli İnzibati xəta barədə protokolda göstərilmişdir ki, Şəxs 28 iyun 2024-cü il tarixdə, Şəki rayonu, Baş Zəyzid kəndində ictimai qaydaları pozaraq polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X4 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, xx.xx.2024cü il tarixdə Şəki ŞRPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili, polis mayoru X3, əməliyyat müvəkkili, polis leytenantı Elnur Sadıqov və PPXB-nin polis nəfəri, polis kiçik serjantı Azər Qazıyev birlikdə xidmətdə olduqları zaman saat təxminən 15:00 radələrində Şəki rayonu, Baş Zəyzid kəndində bir nəfər şəxsin ucadan ünvansız nalayiq ifadələr işlətməsini görmüşlər. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsi nizamintizama dəvət edərək ictimai qaydalara əməl etməsini bildirmişlər. Lakin həmin şəxs “gedin işinizlə məşğul olun, sizi işdən çıxartdıraram, sizin paqonlarınızı sökdürərəm” şəklində cavablar verərək tabesizlik göstərmişdir. Həmin şəxs daha da aqressiv şəkildə səs-küy salaraq tabesizlik göstərməyə davam etmişdir. Həmin şəxsi polis şöbəsinə dəvət etdikdə etiraz etmiş, öz hərəkətərini davam etdirmiş, sonradan isə polis göbəsinə gətirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, Şəki rayonu, Baş Zəyzid kəndində küçədə olduğu zaman əsəbi olduğu üçün ucadan nalayiq ifadələr işlətmişdir. Nalayiq ifadələr işlətməsinin səbəbi isə güzəranının yaxşı olmaması və bir övladının xəstə olması olmuşdur. Bu zaman polis əməkdaşları ona yaxınlaşmış və ictimai qaydaya riayət etməyə dəvət etmişlər. Lakin o, hirsli olduğu üçün polis əməkdaşlarının tələblərinə məhəl qoymamış, “sizi işdən çıxartdıraram, poqonlarınızı sökdürərəm” şəklində ifadələr işlətmişdir. Sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etmiş, o, əvvəl buna etiraz etsə də sonradan razılaşaraq onlarla birlikdə polis şöbəsinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şəki ŞRPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili, polis mayoru X3 ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 15:00 radələrində polis yoldaşları olan Elnur Sadıqov və Azər Qazıyevlə birlikdə Şəki rayonu, Baş Zəyzid kəndində xidmətdə olduqları zaman bir nəfər şəxsin ucadan nalayiq ifadələr işlətməsini görmüşlər. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsi nizam-intizama dəvət edərək ictimai qaydalara əməl etməsini bildirmişlər. Onlar həmin şəxsi polis şöbəsinə dəvət etdikdə qanuni tələblərinə qəsdən tabesizlik göstərmiş, daha da aqressiv şəkildə səs-küy salaraq nalayiq ifadələr işlətməyə, onları hədələməyə davam etmişdir. Onlar həmin şəxsi polis şöbəsinə dəvət etmiş, əvvəl etiraz etsə də sonradan razılaşaraq onlarla birlikdə polis şöbəsinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şəki ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı X5 ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 15:00 radələrində polis yoldaşları olan Mirzə Məmmədov və Azər Qazıyevlə birlikdə Şəki rayonu, Baş Zəyzid kəndində xidmətdə olduqları zaman bir nəfər şəxsin ucadan nalayiq ifadələr işlətməsini görmüşlər. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsi nizam-intizama dəvət edərək ictimai qaydalara əməl etməsini bildirmişlər. Onlar həmin şəxsi polis şöbəsinə dəvət etdikdə qanuni tələblərinə qəsdən tabesizlik göstərmiş, daha da aqressiv şəkildə səs-küy salaraq nalayiq ifadələr işlətməyə, onları hədələməyə davam etmişdir. Onlar həmin şəxsi polis şöbəsinə dəvət etmiş, əvvəl etiraz etsə də sonradan razılaşaraq onlarla birlikdə polis şöbəsinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı X6 ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 15:00 radələrində polis yoldaşları olan Mirzə Məmmədov və Elnur Sadıqovla birlikdə Şəki rayonu, Baş Zəyzid kəndində xidmətdə olduqları zaman bir nəfər şəxsin ucadan nalayiq ifadələr işlətməsini görmüşlər. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsi nizam-intizama dəvət edərək ictimai qaydalara əməl etməsini bildirmişlər. Onlar həmin şəxsi polis şöbəsinə dəvət etdikdə qanuni tələblərinə qəsdən tabesizlik göstərmiş, daha da aqressiv şəkildə səs-küy salaraq nalayiq ifadələr işlətməyə, onları hədələməyə davam etmişdir. Onlar həmin şəxsi polis şöbəsinə dəvət etmiş, əvvəl etiraz etsə də sonradan razılaşaraq onlarla birlikdə polis şöbəsinə getmişdir. İş materiallarında olan “İnzibati qaydada tutulma haqqında” 28 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 15:15-də tutulmuşdur. İş materiallarında olan “Şəxsi axtarış və fiziki şəxslərdə olan şeyləri yoxlama haqqında” 28 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs üzərinə baxış keçirilən zaman üzərində heç bir şey aşkar edilməmişdir. Məhkəmə proses iştirakçılarını və şahidləri dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, şahidlərin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları ilə təsdiq edildi. Məhkəmə hesab edir ki, Şəxs ictimai yerdə nalayiq ifadələr işlətməklə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, söyüş söymüş, ictimai qaydanı pozmuşdur. Polis əməkdaşlarının iradlarına əməl etməmişdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, Şəxs törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, o, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və daha ciddi xəta kimi həmin Məcəllənin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində ona inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi qanuni, əsaslı və ədalətlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 28 iyun 2024-cü il saat 15:15-dən hesablansın. Qərardan, təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-505/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-505/2024
28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver