Məhkəmə qərarları › İş №3(075)-508/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-508/2024

30.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-508/2024 30.08.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx xxxx 1986-cı il tarixdə Zaqatala rayonu, Əli Bayramlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, orta təhsilli, evli, işləməyən, Zaqatala rayonu, Dağlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPX Alayından daxil olmuş inzibati xətaya dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Tərtib olunmuş xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə X3 məxsus “VAZ 2170” markalı, **- BF-*** dövlət qeydiyat nişanlı minik avtomobilə maddi zərər vurulması halına (hallarına) yol vermişdir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş V Tağım YPX inspektoru, polis serjantı X7 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə nəzarət etdikləri kənd cammatına məxsus olan qoyun sürüsünü asfalt örtüklü yolun bir tərəfindən digər tərəfinə keçirən zaman Şəki rayonu istiqamətindən Yevlax rayonu istiqamətinə hərəkətdə olan “VAZ 2170” markalı, **-BF-*** dövlət qeydiyat nişanlı minik avtomobil 8 baş xırda buynuzlu heyvanı, qoyunu vuraraq tələf etmişdir. Qəza baş verən zaman hava açıq olmuşdur. Hadisə təxminən saat 08:00 radələrində baş vermişdir. Daha sonra hadisə baş verən yerə polis əməkdaşları gəlmiş, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qoyun sürüsünü asvalt örtüklü yoldan keçirən zaman onlar 3 nəfər şəxs olmuşdular. Bildirmişdir ki, magistral yolda həkətdə olan “VAZ 2170” markalı, **-BF-*** dövlət qeydiyat nişanlı minik avtomobil yüksək sürətlə getmişdir. Qəza nəticəsində onun hadisə yerində 8 baş qoyunu tələf olmuş, bir neçə baş qoyun isə axşam və sonrakı gün tələf olmuş, ona xeyli miqdarda maddi ziyan dəymişdir. Hadisə yerindən aralıda olan yeraltı keçid heyvanların keçirilməsi üçün əlverişsizdir. Daha aralıda olan yeraltı keçid isə başqa fermanın örüş ərazisi olduğundan oradan keçirə bilmirlər. Hadisə zamanı bir nəfər yolun yuxarı hissəsində, təxminən 5-10 metr aralıda əlində plaş dayanmışdı ki, yuxarıdan gələn maşınları xəbərdar etsin. Hesab edir ki, inzibati xəta haqqında protokol əsassızdır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 06:20 radələrində idarə etdiyi, özünə məxsus olan “VAZ 2170” markalı, **-BF- *** dövlət qeydiyyat nişanlı minik avtomobillə yaşadığı Balakən rayonundan Gəncə şəhərinə gedərkən X6 yolunun 37-ci kilometrliyində hərəkətdə olan zaman yolun sol hissəsindən hərəkət hissəsinə qoyun sürüsü çıxmışdır. İki nəfər çoban qoyun sürüsünü yolun sol hissəsindən sağ hissəsinə keçirmək istəmişdilər. Qoyun sürüsü onun qəflətən qarşısına çıxmış, hava yağışlı olduğu üçün avtomobilə tormozlama etsə də, avtomobili saxlamaq mümkün olmamış, qoyunlardan 6 başını vurmuşdur. Vurduğu heyvanlardan 4 başı tələf olmuş, 2 başı isə yaralanmışdır. Həmin yolda sürət həddi 90 km/saata icazə vardır. O, avtomobili 70 - 80 km/saat sürətlə idarə etmişdir. Qoyun sürüsü qarşısına qəfil çıxmış, hava yağışlı olmuşdur, məsafə çox qısa olduğundan avtomobili saxlaya bilməmişdir. Hadisə magistral yolda, hərəkət zolağında baş vermişdir. Qəza zamanı xəsarət alan şəxs olmamışdır. Ancaq onun avtomobilinə maddi ziyan dəymişdir. Bundan sonra hadisə yeri polis əməkdaşı gəlmiş, müayinə etmişdir. Onun sərxoşluq vəziyyəti yoxlanılmışdır. O, hadisə zamanı tam ayıq şəkildə olmuşdur. Yolda hərəkətdə olarkən hər hansı qayda pozuntusuna yol verməmişdir. Yeraltı keçid hadisə yerindən 100 metr aralıdadır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 08:00 radələrində nəzarət etdikləri kənd camaatına məxsus olan qoyun sürüsünü magistral asvalt örtüklü yoldan keçirən zaman Yevlax rayonu istiqamətində hərəkətdə olan “VAZ 2170” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobil tərəfindən 8 baş qoyun vurulmuşdur. Avtomobillə vurulan qoyunlar tələf olmuşdur. Bildirmişdir ki, hadisə onlar heyvanları örüşdən qaytaran zaman baş vermişdir. Onlar həmin vaxt üç nəfər olmuşdular. Dostu onun arxasında olmuşdur. O, 10 metr aralıda olmuşdur. Qardaşı da asvalt örtüklü yoldan heyvanları keçirmişdir. Onun əlində plaş olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 digər şahid X8 ilə eyni məzmunlu ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 08:00 radələrində nəzarət etdikləri kənd camaatına məxsus olan qoyun sürüsünü magistral asvalt örtüklü yoldan keçirən zaman Yevlax rayonu istiqamətində hərəkətdə olan “VAZ 2170” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobil tərəfindən 8 baş qoyun vurulmuşdur. Avtomobillə vurulan qoyunlar tələf olmuşdur. Bildirmişdir ki, hadisə baş verəndə onlar 3 nəfər olmuşlar. O, bir az aralıda digər qoyunlara nəzarət etmişdir. Hadisə səhər saat 08:00 radələrində baş vermişdir. Onun əlində plaş olmuşdur. O, həmin anda yuxarı tərəfdə olan sürüyə nəzarət etmişdir. İş materiallarına əlavə edilmiş: V Tağım YPX inspektoru, polis serjantı X10 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP-6359476 saylı inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə İXM-nin 338.7-ci maddəsinin tələblərini pozaraq X3 məxsus “VAZ 2170” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə maddi ziyan vurduğuna görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. 26 iyun 2024-cü il tarixli 154 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, X2 alkoqol sərxoşluğu vəziyyəti olmamışdır. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, “VAZ 2170” markalı **-BF-*** dövlət qeydiyat nişanlı minik avtomobilə 900 manat maddi ziyan dəymişdir. xx.xx.2024-cü il tarixli yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, “Vaz 2170” markalı **-BF-*** dövlət qeydiyat nişanlı minik avtomobil asvalt örtüklü magistral yolun üzərində qoyun sürüsünü vurmuşdur. Foto şəkillərdən görünür ki, baş vermiş qəza hadisəsi nəticəsində qoyunlar tələf olmuş, “VAZ 2170” markalı **-BF-*** dövlət qeydiyat nişanlı minik avtomobilin qabaq hissəsi əzilmişdir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün, zərəçəkmiş şəxsin izahatları, şahidlərin ifadələri həmçinin Şəki ŞRPŞ-dən daxil olmuş materialla təsdiq olunmuşdur. Eyni zamanda məhkəmə tərəfindən inzibati xəta haqqında protokol tərtib edən şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin iştirakları ilə hadisə yerinə baxış keçirilmiş, baxış zamanı videogörüntü və foto şəkillər çəkilmişdir. Hadisə yerinə baxış zamanı müəyyən olunmuşdur ki, qəza baş verən ərazi döngəli magistral yol olduğu üçün həmin yolda hərəkətdə olan nəqliyyat vasitəsinin sürücülərinin hadisə baş verən ərazidə olan maneələri uzaqdan görməsi məhduddur. Eyni zamanda həmin əraziyə yaxın, təxminən 50 metr məsafədə magistral yolun bir tərəfindən digər tərəfinə keçmək üçün nəzərdə tutulmuş yeraltı keçid vardır. Magistral yolda sürücülər üçün hər hansı “mal-qara keçidi” nişanı, yəni mal-qaranın yoldan keçirildiyi yol sahəsinə yaxınlaşma barədə xəbərdarlıq nişanı mövcud deyildir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə nəzarət etdiyi qoyun sürüsünü Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinin və İXM-nin 338.7-ci maddəsinin tələblərinə zidd olaraq asfalt örtüklü yola buraxmış, zərərçəkmiş şəxs X4 idarə etdiyi “VAZ 2170” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə qoyunları vuraraq qəza baş vermişdir. Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinə əsasən, bu Məcəllənin 338.4, 338.4-1 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 338.5. At arabalarını (kirşəni) idarə edən və malqara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: 338.5.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə görə - qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Yol hərəkəti haqqında Qanunun 47-ci maddəsinin 6-cı bəndinin 3cü hissəsinə əsasən at arabası nəqliyyatının (kirşəsinin) sürücüsünə, yük və minik heyvanlarını sürənlərə, mal-qaranı ötürənlər üçün mal-qaranı asfalt və sementbeton örtüklü yollarla ötürmək qadağandır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilmədi. Göründüyü kimi, Şəxs xx.xx.2024-cü il tarixdə təxmini saat 08:00 radələrində, xırda buynuzlu qoyunları asfalt örtüklü magistral yolun kənarında yolun digər tərəfinə keçirərkən, həmin heyvanlardan 8 başı X3 məxsus avtomobilə çırpılmış və nəticədə X3 maddi zərər dəymişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi vardır. Bu səbəbdən də məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinib, 100 (yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar