Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-509/2023 24.06.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin qanuni nümayəndəsi Nümayəndə iştirakı ilə Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-yə məxsus olan və ünvan 1 ünvanda yerləşən klinikada Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 11 may 2023-cü il tarixdə keçirilmiş planlı yoxlama nəticəsində lisenziyanın şərtlərinə riayət olunmamsı, özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb mütəxəssislərinin sertifikasiyaya cəlb edilməməsi, lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi aşkar olunmuşdur. Ona görə də, Səhiyyə Nazirliyi Analitik X1 Nəzarət Şöbəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə 11 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin qanuni nümayəndəsi Nümayəndə bildirmişdir ki, klinikada planlı yoxlama keçirilmiş və qeyd edilən pozuntular aşkar edilmişdir. Aşkar edilmiş pozuntuları qəbul edir və qısa müddətdə həmin pozuntular aradan qaldırılacaq. Ona görə də, yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq inzibati protokol tərtib etmiş Səhiyyə Nazirliyi Analitik X1 Nəzarət Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə inzibati protokol tərtib etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı yoxlamanın keçirilməsi haqqında 26 aprel 2023-cü il tarixli, 473 nömrəli qərarından görünür ki, Şəxs MMC-yə məxsus ünvan 1 ünvanda yerləşən klinikanın fəaliyyətinin yoxlanılması məqsədi ilə 08 may 2023 - 12 may 2023-cü il tarixlərdə müəssisədə planlı yoxlamanın aparılması qərara alınmışdır. Həmin qərarın surətini Nümayəndə 11 may 2023-cü il tarixdə almışdır. İş materiallarına əlavə edilmiş 11 may 2023-cü il tarixli 318 nömrəli planlı yoxlama aktından görünür ki, Şəxs MMC-yə məxsus ünvan 1 ünvanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş planlı yoxlama nəticəsində lisenziyanın şərtlərinə riayət olunmaması, özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb mütəxəssislərinin sertifikasiyaya cəlb edilməməsi, lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş 11 may 2023-cü il tarixli MN ******* nömrəli protokoldan görünür ki, , Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərədə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı yoxlamanın keçirilməsi haqqında 26 aprel 2023-cü il tarixli, 473 nömrəli qərarına əsasən Şəxs MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən klinikanın fəaliyyətinin yoxlanılması məqsədi ilə 11 may 2023 tarixdə planlı yoxlamanın aparılmış və klinikada lisenziyanın şərtlərinə riayət olunmamsı, özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb mütəxəssislərinin sertifikasiyaya cəlb edilməməsi, lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi aşkar olunmuşdur. Aşkar olunmuş həmin pozuntular barədə 11 may 2023-cü il tarixli 318 nömrəli planlı yoxlama aktı tərtib olunmuşdur. Ona görə də, Səhiyyə Nazirliyi Analitik X1 Nəzarət Şöbəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə 11 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir. Həmin Qanunun “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa 1 nömrəli əlavəyə əsasən özəl tibb fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növlərinə aiddir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 10.2.1-ci maddəsinə əsasən plan üzrə (növbəti) yoxlamalar yüksək risk qrupuna aid edilən sahibkara münasibətdə ildə bir dəfədən çox olmayaraq aparılır. Həmin Qanunun 17.3-cü maddəsinə əsasən yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Göründüyü kimi yuxarıda qeyd edilən Qanunun tələbləri baxımından Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən Şəxs MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən klinikada yoxlama aparılmış və yuxarıda qeyd edilən bir sıra pozuntular aşkar edilmişdir. Bununla da Şəxs MMC, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanın törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibаti Xətаlаr Məcəlləsinin 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Göründüyü kimi Şəxs MMC-nin təqsirli bilindiyi hər iki maddənin sanksiyasında eyni məbləğdə cərimə cəzası nəzərdə tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibаti Xətаlаr Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 215.1-ci maddəsi ilə 6000 manat məbləğdə inzibati cərimə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 215.1-ci maddəsi ilə 6000 manat məbləğdə inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-509/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-509/2023
24.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver