Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-509/2025 15.09.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Barəsində protokol tərtib olunan şəxs Şəxs Əliağa oğlunun, Səlahiyyətli orqanın nümayəndəsi X6 iştirakı ilə, Şəxs Əliağa oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X5 tərəfindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X1 baş əmək müfəttişi X9 tərəfindən tərtib edilmiş, Şəxs Əliağa oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 23 iyul 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilir ki, "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin hava xətləri üzrə elektrik montyoru Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə iş zamanı aldığı xəsarət sağlamlığa az ağır zərər vurmaya aid edilmişdir. Həmçinin Təhqiqatçının yanında Şəxs Əliağa oğlunun cavabdehliyi müəyyən edilmiş, nəticədə Şəxs Əliağa oğlu tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt müəssisə tərəfindən təqdim olunan sənədlər, izahatlar və Şəki rayon Prokurorluğundan daxil olan rəy ilə təsdiq edilir. Məhkəmə iclasında iştirak edən barəsində protokol tərtib olunan şəxs Şəxs Əliağa oğlu izahatında bildirmişdir ki, o, təlimata uyğun hərəkət etmişdir. O, Məmmədov Məzahir, Makarov Bəxtiyar və Mustafayev Rəfail birlikdə xəttə baxış keçirməyə getmişlər. Xəttə olan naqilin dayaqdan çıxaraq yerdən təxminən 70 sm sallaq vəziyyətdə olduğunu müəyyən etmişdir. O, xəttə baxış keçirən zaman arxadan səs gəldiyini eşitmişdir. Arxaya baxdıqda Mustafayev Rəfailin yerə yıxıldığını və gərginlik olan kabeli əli ilə tutduğunu görmüşdür. Mustafayev Rəfailin vəziyyəti yaxşıdır. Hazırda əlini işlədir. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqanın nümayəndəsi X9 protokolun əsaslı olduğunu bildirdi və təmin edilməsini xahiş etdi. Məhkəmə protokolu və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs Əliağa oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati tənbeh edilməlidir. İş materiallarında olan: - xx.xx.2025-ci il tarixli 13-13/3-3-106/2025 saylı göstərişdən görünür ki, Şəki elektrik şəbəkə üzrə hissəsinin b) bəndinin 10-cu yarımbəndinə əsasən Şəxs Əliağa oğlu 10/6/0.4 kV-luq elektrik qurğularında, hava və kabel xətlərində iş yerini hazırlamağa, işə buraxılış verməyə və operativ əməliyyat aparmağa səlahiyyətlidir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X10 X17 146 nömrəli xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, X2 məhkəmə-tibb ekspertizası zaanı aşkar olunmuş xəsarətlər: - hər iki əllərin və sol əl barmaqlarının İİİ dərəcəli yanıqları elektrik cərəyanının qısa qapanması zamanı əmələ gələn alov təsirindən əmələ gələ bilərdilər. Yetirilmə müddətləriqərarda göstərilən xx.xx.2025 tarixinə uyğundurlar və ağırlıq dərəcələrinə görə sağlamlığı uzun müddətə müvəqqəti pozduğundan sağlamlığa Az Ağır zərər vurmaya aiddirlər. - "xxxx" ASC-nin X8 Təchizatı və Satışı İdarəsinin HX üzrə elektrik montyoru X3 xx.xx.2025-ci il tarixdə saat 11:00-12:00 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin Tədqiqat aktının 6-cı əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxslər haqqında komissiyanın rəyində qeyd edilmişdir ki, bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.1 və 4.2-ci bəndlərinə əsasən "xxxx" ASC-nin X8 Təchizatı və Satışı İdarəsinin Şəki elektrik Şəbəkəsinin ustası Şəxs Əliağa oğlunun cavabdehliyi müəyyən edilsin. Bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.2 və 4.3-cü bəndlərinə əsasən "xxxx" ASC-nin X8 Təchizatı və Satışı İdarəsinin Şəki elektrik Şəbəkəsinin HX üzrə elektrik montyoru X4 ehtiyatsızlığı müəyyən edilsin. X4 xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə istehsalatla əlaqəlidir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na uyğun olaraq İZ formalı aktla rəsmiləşdirilsin və "xxxx" ASC-nin rəhbərliyi tərəfindən uçota alınsın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən Bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs Əliağa oğlu tərəfindən törədilmiş inzibati xətada məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Şəxs Əliağa oğlu tərəfindən törədilmiş inzibati xətanın xarakterini və işin yuxarıda qeyd edilən faktiki hallarını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 25, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Əliağa oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-509/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-509/2025
15.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver