Məhkəmə qərarları › İş №3(075)-511/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-511/2025

15.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-511/2025 15.09.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hаkim Musayev Kamran İbrahim оğlunun sədrliyi, X1 kаtibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2, Səlahiyyətli orqanın nümayəndəsi X3 iştirakı ilə, X2, barəsində tərtib edilmiş 22 iyul 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətiə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayonu. Yol patrul xidməti tərəfindən ona yazılmış xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarını ləğv edərək barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində saat 15:00 radələrində Şəki rayon X10 əməkdaşı ona məxsus olan **-MH-*** dövlət nömrə nişanlı “Zil 30” markalı avtosestrna maşınını saxlayaraq Namiq İsmayılov və onun yanındakı polis əməkdaşı ona onun maşınında dəmir krlo olmalı deyil və arxa yeşik hissəsinin sökülməli olduğunu və bunun konstruksiya dəyişikliyi olduğunu bildirmişdir. Sonra həmin polis əməkdaşları onun maşınını dayanacağa aparıblar və bir sutka orada saxlayaraq ona 150 manat cərimə yazıblar. Nə o, nə də yoldaşı heç yerdə işləmirlər. Həmin maşın 1985-ci ildə sovet dövründə buraxılıb və həmin dövrdə dəmir krlo ilə istehsal olunub, heç bir plasmas nə də ki, kauçuk materialından istifadə olunmayıb. X7 əməkdaşları isə ona deyir ki, krlo dəmir olmalı deyil. Axı bunu o qoymamışdır. Zil zavodu özü bu maşınları belə istehsal etmişdir. Arxa yeşikdə isə yük maşını olduğu üçün qaldırıcı damkrat təkər açarları və diyirlənməyə qarşı dayaqları (pastafka) yerləşdirmişdir. Bunlar yük avtomobilinin istismarı zamanı vacib lazım olan ləvazimatlardandır. O, bu məsələ ilə bağlı Araz FM-də yayımlanan “Düzgün hərəkət” verlişində nəqliyyat üzrə ekspert Ərşad Hüseynovla canlı yayında əlaqə yaradaraq məsələni ona izah etmişdir. O isə ona bildirmişdir ki, həmin avtomobilin buraxılış dövründə plastma və kauçuk materiallardan istifadə olunmayıb və onun isə tam ixtiyarı var ki, həmin cərimə ilə bağlı məhkəməyə müraciət etsin. Məhkəmə iclasında iştirak edən X4 şikayəti müdafiə edərək bildirdi ki, qərar əsassızdır. Əlavə quraşdırmanı o maşının üstündə almışdır. Texniki baxışdan keçmişdir. Qərarın ləğv olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqanın nümayəndəsi şikayətə etiraz edərək bildirmişdir ki, protokol əsassızdır. Əlavə dəmir qutular quraşdırılıb. Ona görə protokol yazıblar. Çox güman ki, dəmir qutular texniki baxışdan keçdikdən sonra quraşdırılıb. Qərarın qüvvədə qalmasını xahiş etdi. İşdə olan 22 iyul 2025-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğdə inzibati cərimə edilmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Baş X9 İdarəsi tərəfindən göndərilmiş məlumatlarda şikayətçiyə məxsus ZİL 130 markalı avtosterna, ** MH *** dövlət qeydiyat nişanlı nəqliyyat vasitəsinin 3 il müddətinə texniki baxışdan keçməsinə dair məlumatlar göndərilmişdir. Məhkəmə şikayəti nəzərdən keçirib, proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, X2 şikayəti qismən təmin edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə-yüz əlli manat məbləğində cərimə edilir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, İXM-nin 342.2.2-ci maddəsi ilə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün nəqliyyat vasitəsinin sürücüləri tərəfindən nəqliyyat vasitəsinin texniki vəziyyətinə dair tələblər pozulmalıdır. Məhkəmənin sorğusuna əsasən əldə edilmiş məlumatlardan görünür ki, şikayətçinin idarə etdiyi yük avtomobili son üç il ərzində texniki baxışdan keçmiş və ona heç bir irad bildirilməmişdir. Səlahiyyəli orqanın nümayəndəsi isə dəmir qutuların texniki baxışdan keçdikdən sonra quraşdırıldığını bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, səlahiyyətli orqan tərəfindən qərar qəbul edilərkən həmin dəmir qutuların sonradan quraşdırılıb quraşdırılmaması, quraşdırıldığı təqdirdə konstruksiya dəyişikliyi hesab edilib-edilməməsi, quraşdırıldığı təqdirdə texniki baxışdan keçməsi halları araşdırılmalı, bundan sonra müvafiq qərar qəbul edilməlidir. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən hallar işin hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə olduğundan, son nəticədə qanuni və əsaslı olmayan qərarın qəbul edilməsinə gətirib çıxara bilər. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən çıxarılan qərarlar siyahısında İXM-nin 134.1.4-cü maddəsinə əsasən həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati işə baxılarkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadan, İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması müəyyən edildiyindən, qərar ləğv edilməli, İXM-nin tələblərinə əməl edilməsi, inzibati xəta törətmiş fiziki, vəzifəli və ya hüquqi şəxsin müəyyən edilməsi, nəticəsindən asılı olaraq inzibati xəta haqqında işə baxıb qərar qəbul edilməsi və ya aidiyyəti üzrə göndərilməsi üçün iş səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə qəbul edilmiş 22 iyul 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Şəki şəhərrayon Polis şöbəsinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar