Məhkəmə qərarları › İş №3(075)-513/2020

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-513/2020

10.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-513/2020 10.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X1 iştirakı ilə, xx xxxxxx 2003-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Mingəçevir şəhəri, Yaşar Muradov küçəsi, 12 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş, xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə, saat 15:50-də Şəki ŞRPŞ-də polisi iş fəaliyyətini pozaraq, səs-küy salaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati protokol tərtib edilmişdir. Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, VAZ-21013 markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü xx.xx.2020-ci il tarixdə gecə təxminən saat 01:30 radələrində avtomobilin maqnitofonunu gur səsələ oxutmaqla məişət səs-küyünə qarşı mübarizə tələblərini, eləcə də, əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, polis əməkdaşlarının saxlama işarəsinə məhəl qoymayaraq ərazidən uzaqlaşıb gedən nəqliyyat vasitəsinin sürücüsünü müəyyən edilməsi üçün müvafiq yoxlama işləri aparılmış və müəyyən olunmuşdur ki, həmin sürücü Mingəçevir sakini X3r. Nəqliyyyat vasitəsinin sürücüsü və həmin gün onun yanında sərnişin qismində olan X6 və Şəxs ilə izahat işləri aparılması üçün Şəki ŞRPŞ-nə gətirilmiş, Şəki ŞRPŞ-nin inzibati binasına daxıl olaraq xidməti iş otağına qalxarkən həmin şəxslər polis şöbəsinin inzibati binasının içərisində ucadan səs-küy salmağa başlamışlar, həmin şəxsləri polisin iş fəaliyyətini pozmamağa, nizam-intizama, ictimai qaydalara riayət etməyə, qanunlara hörmətlə yanaşmağa dəvət etsələr də, həmin şəxslər onların qanuni tələblərinzə qəsdən tabe olmayaraq daha da aqressiv şəklidə öz hərəkətlərini davam etdirərək polis əməkdaşlarına qarşı kobudluq etməyə başlamışlar. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edərək məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki, o, 17 yaşı var, Mingəçevir şəhərində yaşayır. xx xxxxxxxx 2020-ci il tarixdə Mingəçevir şəhərində yerləşən evlərinin qarşısında oturarkən, dostu Asiman onun yanına gələrək, yeni avtomobil aldığını və Şəki şəhərinə çay içməyə getmələrini demişdir. O da Asimanla razılaşmış və avtomobilin arxa oturacağına oturmuşdur. Ön turacaqda Vaqif oturmuş, avtomobili isə Asiman idarə etmiş və onlar birlikdə Şəki şəhərinə gəlmişlər. Şəki şəhərini tanımamışdır. Şəki şəhəri ərazisində tanımadığı bir dairəyə yaxınlaşdıqdea PPX əməkdaşı fit vasitəsi ilə Asimana avtomobili saxla işarəsi vermiş, lakin Asiman avtomobilin hərəkətini dayandırmamışdır. O, Asimana avtomobilin hərəkətini dayandırmasını bildirsə də, Asiman isə sürücülük vəsiqəsi olmadığından dayanmamış və avtomobilini sürüb oradan uzaqlaşmışdır. Bundan sonra onlar Mingəçevir şəhərinə qayıtmışlar. Səhəri günü isə Mingəçevir ŞPŞ tərəfindən polis şöbəsində dəvət edilmişlər və polis şöbəsinə getmişlər. Orada polis əməkdaşları onları dindirmiş, daha sonra isə polis əməkdaşları onları Şəki ŞRPŞ-nə dəvət etmiş, etiraz etməyərək Şəki ŞRPŞ-nə gəlmişlər. Şəki ŞRPŞ-nin inzibati binasının önündə gözlədilmiş və bir neçə saatdan sonra onları Şəki ŞRPŞ-nin içərisinə dəvət etmişlər. Bu zaman polis əməkdaşlarına bir neçə saat gözlədildiklərini, həmçinin bundan əvvəl də Şəki polis əməkdaşları tərəfindən Mingəçevir ŞPŞ-də dindirildiklərini bildirmiş və yenidən dindirilmələrinə etiraz etmişdir. Lakin daha sonra Şəki ŞRPŞ-nin inzibati binasına daxil olmuşlar və orada izahat vermişlər. Bundan sonra polis əməkdaşları onların xuliqanlıq etmələri barədə inzibati protokol tərtib etmişlər. Halbuki, o, hər hansı xuliqanlıq hərəkətlərinə yol verməmiş, həmçinin polis əməkdaşlarına tabesizlik etməmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, son günlər Şəki şəhərində iki oğurluq hadisəsi olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 01:30 radələrində, Şəki şəhəri ərazisində “VAZ 21011” markalı **-KT-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsünün avtomobilin maqnitofonuna yüksək səs verməklə cəmiyyətə açıqca hörrnətsilzlık ifadə edən yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozub və polisin saxla əmrinə məhəl qoymayaraq ərazidən uzaqlaşıb gedən avtomobilin sürücüsünün şəxsiyyətinin müəyyən olunmasına PPXB-ün raportuna əsasən müəyyən edilmişdir ki, həmin sürücü Mingəçevir sakini X3r. O, Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Elmir Əliyevlə birlikdə həmin şəxsləri müəyyən edilməsi üçün Mingəçevir şəhərinə getmiş və Mingəçevir ŞPŞ-nin əməkdaşlarının köməkliyi ilə həmin sürücü və sərnişinlər müəyyən olunaraq Mingəçevir ŞPŞ-nə dəvət olunmuşlar.Mingəçevir ŞPŞ-də onları ilkin olaraq sorğu sual etmiş, lakin sonra göstərişə əsasən hər üç şəxsi -X5, X12 oglu və Şəxs Şəki ŞRPŞ-nə dəvət etmişlər. Hər üç şəxs heç bir etiraz etmədən Şəkiyə gəlmişlər. Lakin onlar Şəki ŞRPŞ-nin inzibatı binasına daxıl olduqdan sonra onlarla proflaktık söhbətlər aparılan zaman əsasən X5 və X12 oglu, qismən isə Şəxs özlərinə haqq qazandırmağa çalışmağa cəhd göstərməklə əsəbi halda ucadan səs-kuy salaraq polisin iş fəaliyyətini pozmağa başlamışlar. Şəxs bir o qədər də kobudluq etməsə də, digərləri polisin iş rejimini pozacaq hərəkətlər etməkdə davam etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş digər şahid X9 da X4 ilə eyni məzmunlu ifadə vermişdir. İnzibati xəta haqqında protokolu nəzərdən keçirərək, iş materiallarını araşdıraraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyərək iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq dedikdə yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-cı maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Şəxs özü tərəfindən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi inkar edilmişdir. Bütün qeyd edilənlər Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsini istisna edir. İşdə olan raportdan görünür ki, VAZ-21013 markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü xx.xx.2020-ci il tarixdə gecə təxminən saat 01:30 radələrində avtomobilin maqnitofonunu gur səsələ oxutmaqla məişət səs-küyünə qarşı mübarizə tələblərini, eləcə də, əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, polis əməkdaşlarının saxlama işarəsinə məhəl qoymayaraq ərazidən uzaqlaşıb gedən nəqliyyat vasitəsinin sürücüsünü müəyyən edilməsi üçün müvafiq yoxlama işləri aparılmış və müəyyən olunmuşdur ki, həmin sürücü Mingəçevir sakini X3r. Həmçinin Şəki ŞRPŞ-nin CAB-nin əməkdaşlarının sonrakı araşdırması zamanı digər şəxslərin X12 oglu və Şəxs olması müəyyənləşdirilmişdir. Belə ki, Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri həmin şəxslərin müəyyən edilməsi üçün Mingəçevir şəhərinə getmiş və Mingəçevir ŞPŞ-nin əməkdaşlarının köməkliyi ilə həmin sürücü və sərnişinlər müəyyən olunaraq Mingəçevir ŞPŞ-nə dəvət olunmuş, onlar orada ilkin olaraq sorğu sual edilmiş, lakin sonra göstərişə əsasən hər üç şəxsi -X5, X12 oglu və Şəxs Şəki ŞRPŞ-nə dəvət edilmişlər. Hər üç şəxs heç bir etiraz etmədən Şəkiyə gəlmişlər. Şahidlər məhkəmə iclasında bildirmişlər ki, hər üç şəxs Şəki ŞRPŞ-nin inzibatı binasına daxıl olduqdan sonra onlarla proflaktık söhbətlər aparılan zaman əsasən X5 və X12 oglu, qismən isə Şəxs özlərinə haqq qazandırmağa çalışmağa cəhd göstərməklə əsəbi halda ucadan səs-kuy salaraq polisin iş fəaliyyətini pozmağa başlamışlar. Məhkəmə “hər üç şəxsin Şəki ŞRPŞ-nin inzibatı binasına daxıl olduqdan sonra onlarla proflaktık söhbətlər aparılan zaman onların özlərinə haqq qazandırmağa çalışmağa cəhd göstərməklə əsəbi halda ucadan səs-kuy salaraq polisin iş fəaliyyətini pozmağa başlamalarını” xırda xuliqanlıq və polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama kimi qiymətləndirmir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, hər üç şəxs məlum hadisədən sonra müəyyən olunaraq Mingəçevir ŞPŞ-nə dəvət olunmuş, onlar orada Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən ilkin olaraq sorğu sual edilmiş, sonra hər üç şəxsi Şəki ŞRPŞ-nə dəvət edilmiş və hər üç şəxs heç bir etiraz etmədən Şəkiyə gəlmişlər. Göründüyü kimi Şəxs özü etiraz etmədən və könüllü Şşəki ŞRPŞ-yə gəlmişlər. Buna görə də onun Şəki ŞRPŞ-nin inzibati binasında protokolda qeyd olunan inzibati xətanı törətməsi inandırıcı görsənmir. Bundan başqa Şəxs Şəki ŞRPŞ-nin inzibatı binasına özünə haqq qazandırmağa çalışmağa cəhd göstərməsi və həmin vaxt fikirlərini həyacanlı şəkildə ifadə etməsi xırda xuliqanlıq və polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama kimi qiymətləndirilə bilməz. Bütün qeyd edilənlər Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsini istisna edir. Bütün şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində polis leytenantı X1 tərtib etdiyi xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrinə əsasən Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X1 tərtib etdiyi xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar