Məhkəmə qərarları › İş №3(075)-515/2020

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-515/2020

10.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-515/2020 10.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nuriyev Rahib Pənah oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 2001-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 mənzil 89 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşdə olan Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə, saat 16:00-da Şəki ŞRPŞ-nin inzibati binasında ucadan səs-küy salaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati protokol tərtib edilmişdir. Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə, saat 16:00-da Şəki ŞRPŞ-nin inzibati binasında ucadan səs-küy salaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir və Şəxs islah olunması məqsədilə barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki, o, Mingəçevir şəhərində yaşayır. VAZ-21013 markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. xx xxxxxxxx 2020-ci il tarixdə dostları Asiman və Rəvanla birlikdə Şəki şəhərinə çay içməyə gəlmişlər. Avtomobili o idarə etmiş, Vaqif ön, Rəvan isə arxa oturacaqda oturmuşdur. Şəki şəhərində əvvəllər olmadığından ərazini tanımamışdır. Şəki şəhəri ərazisində tanımadığı bir dairəyə yaxınlaşdıqda PPX əməkdaşı fit vasitəsi ilə avtomobilə saxla işarəsi vermiş, lakin o, sürücülük vəsiqəsi olmadığından avtomobilin hərəkətini dayandırmamış, sürüb oradan uzaqlaşmış, Mingəçevir şəhərinə qayıtmışlar. Səhəri gün Mingəçevir ŞPŞ tərəfindən polis şöbəsinə dəvət edilmiş və polis şöbəsinə getmişlər. Orada polis əməkdaşları onları dindirmiş, daha sonra isə Şəki ŞRPŞnə dəvət etmişlər. Onlar etiraz etməyərək Şəki ŞRPŞ-nə gəlmişlər. Şəki ŞRPŞ-nin inzibati binasının önündə gözlədilmiş və bir neçə saatdan sonra onları Şəki ŞRPŞ-nin içərisinə dəvət etmişlər. Bu zaman Rəvan Sadıqov polis əməkdaşlarına bir neçə saat gözlədildiklərini, həmçinin bundan əvvəl də Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən Mingəçevir ŞPŞ-də dindirildiklərini və yenidən dindirilmələrinə zərurət olmadığını bildirmişdir. Daha sonra Şəki ŞRPŞ-nin inzibati binasına daxil olmuş və orada izahat vermişlər. Bundan sonra polis əməkdaşları onların barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Halbuki, o, hər hansı xuliqanlıq hərəkətlərinə yol verməmiş, həmçinin polis əməkdaşlarına tabesizlik etməmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin CAB-nin rəisi, polis kapitanı X5 ifadəsində göstərdi ki, son günlər Şəki şəhərində iki oğurluq hadisəsi olmuşdur. Odur ki, həmin şəxslərin aşkar edilməsi üçün əməliyyatda olmuşlar. xx xxxxxxxx 2020-ci il tarixdə, saat 01:30 radələrində Şəki şəhəri ərazisində “VAZ 21011” markalı **- KT-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsünün avtomobilin maqnitofonuna yüksək səs verməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verdiyi, yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozduğunu və polisin “saxla” əmrinə məhəl qoymayaraq ərazidən uzaqlaşıb gedən avtomobilin sürücüsünün şəxsiyyətinin müəyyən olunmasına dair PPXB-nin raportu icraatına daxil olmuşdur. O, Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Elmir Əliyevlə birlikdə həmin şəxslərin müəyyən edilməsi üçün Mingəçevir şəhərinə getmiş və Mingəçevir ŞPŞ-nin əməkdaşlarının köməkliyi ilə həmin sürücü və sərnişinlər müəyyən olunaraq Mingəçevir ŞPŞ-nə dəvət olunmuşlar. Mingəçevir ŞPŞ-də onları ilkin olaraq sorğu-sual etmiş, lakin sonra göstərişə əsasən hər üç şəxsi – Şəxs, X8 və X7 Şəki ŞRPŞ-nə dəvət etmişlər. Hər üç şəxs heç bir etiraz etmədən Şəkiyə gəlmişlər. Lakin onlar Şəki ŞRPŞ-nin inzibati binasına daxil olduqdan sonra onlarla proflaktik söhbətlər aparılan zaman əsasən X9 və X8, qismən isə Şəxs özlərinə haqq qazandırmağa çalışmağa cəhd göstərməklə əsəbi halda ucadan səs-küy salaraq polisin iş fəaliyyətini pozmağa başlamışlar. Şəxs kobudluq etməsə də, izahatlarının artıq bir dəfə alındığını, yenidən izahat alınmasına zərurət olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş digər şahid ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili X13 da X5 ilə eyni məzmunlu ifadə vermişdir. İnzibati xəta haqqında protokolu nəzərdən keçirərək, iş materiallarını araşdıraraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyərək iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq dedikdə yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Şəxs özü tərəfindən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi inkar edilmişdir. Bütün qeyd edilənlər Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsini istisna edir. İşdə olan raportdan görünür ki, VAZ-21013 markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü xx.xx.2020-ci il tarixdə, gecə təxminən saat 01:30 radələrində avtomobilin maqnitofonunu gur səslə oxutmaqla məişət səs-küyünə qarşı mübarizə tələblərini, eləcə də, əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, polis əməkdaşlarının saxlama işarəsinə məhəl qoymayaraq ərazidən uzaqlaşıb gedən nəqliyyat vasitəsinin sürücüsünün müəyyən edilməsi üçün müvafiq yoxlama işləri aparılmış və müəyyən olunmuşdur ki, həmin sürücü Mingəçevir sakini Şəxsdur. Həmçinin Şəki ŞRPŞ-nin CAB-nin əməkdaşlarının sonrakı araşdırması zamanı digər şəxslərin X8 və X9 olması müəyyənləşdirilmişdir. Belə ki, Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri həmin şəxslərin müəyyən edilməsi üçün Mingəçevir şəhərinə getmiş və Mingəçevir ŞPŞ-nin əməkdaşlarının köməkliyi ilə həmin sürücü və sərnişinlər müəyyən olunaraq Mingəçevir ŞPŞ-nə dəvət olunmuş, orada ilkin olaraq sorğu-sual edilmiş, lakin sonra göstərişə əsasən hər üç şəxsi – Şəxs, X8 və X3 ŞRPŞ-nə dəvət edilmişlər. Hər üç şəxs heç bir etiraz etmədən Şəkiyə gəlmişlər. Şahidlər məhkəmə iclasında bildirmişlər ki, hər üç şəxs Şəki ŞRPŞ-nin inzibati binasına daxil olduqdan sonra onlarla proflaktik söhbətlər aparılan zaman əsasən X9 və X8, qismən isə Şəxs özlərinə haqq qazandırmağa çalışmağa cəhd göstərməklə əsəbi halda ucadan səs-küy salaraq polisin iş fəaliyyətini pozmağa başlamışlar. Məhkəmə “hər üç şəxsin Şəki ŞRPŞ-nin inzibati binasına daxil olduqdan sonra onlarla proflaktik söhbətlər aparılan zaman onların özlərinə haqq qazandırmağa çalışmağa cəhd göstərməklə əsəbi halda ucadan səs-küy salaraq polisin iş fəaliyyətini pozmağa başlamalarını” xırda xuliqanlıq və polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama kimi qiymətləndirmir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, hər üç şəxs məlum hadisədən sonra müəyyən olunaraq Mingəçevir ŞPŞ-nə dəvət olunmuş, onlar orada Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən ilkin olaraq sorğu-sual edilmiş, sonra hər üç şəxs Şəki ŞRPŞ-nə dəvət edilmiş və hər üç şəxs heç bir etiraz etmədən Şəkiyə gəlmişlər. Göründüyü kimi Şəxs özü etiraz etmədən və könüllü Şəki ŞRPŞ-yə gəlmişlər. Buna görə də onun Şəki ŞRPŞ-nin inzibati binasında protokolda qeyd olunan inzibati xətanı törətməsi inandırıcı görsənmir. Bundan başqa Şəxs Şəki ŞRPŞ-nin inzibati binasına özünə haqq qazandırmağa çalışmağa cəhd göstərməsi və həmin vaxt fikirlərini həyacanlı şəkildə ifadə etməsi xırda xuliqanlıq və polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama kimi qiymətləndirilə bilməz. Bütün qeyd edilənlər Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsini istisna edir. Bütün şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində polis leytenantı X2 tərtib etdiyi xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrinə əsasən Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X6 tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolla başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar