Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-515/2023 05.06.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Şəki rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1, tələbkar X3, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx xxxxxx 1979-cu il tarixində Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(075)-98/2021 saylı icra sənədinə əsasən borclu Şəxs 02 avqust 2005-ci il təvəllüdlü X4 və 19 avqust 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 130 manat olmaqla, cəmi 260 manat aliment alınaraq X6 verilməlidir. Borclu Şəxs qeyd edilən icra sənədi üzrə borcunu ödmədiyi üçün Şəki rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Məhkəmə iclasında iştirak edən Şəki rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 bildirmişdir ki, Şəki Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(075)- 98/2021 saylı icra sənədinə əsasən borclu Şəxs 02 avqust 2005-ci il təvəllüdlü X4 və 19 avqust 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 130 manat olmaqla, cəmi 260 manat aliment alınaraq X6 ödənilməlidir. İcra sənədinin məcburi icrası ilə əlaqədar borclu Şəxs icra məmurunun çagrışlarına gəlmədiyi üçün onun barəsində borclunun axtarılması haqqında qərar qəbul edilərək 09 fevral 2022-ci il tarixdə icra olunması üçün Şəki şəhər-rayon Polis Şöbəsinə göndərilmişdir. 05 iyun 2023-cü il tarixdə borclu Şəxs, polis əməkdaşları tərəfindən Şəki rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Ondan həmin tarixdə izahat alınmışdır. Borcludan yaranmış 6820 manat aliment borcunun bu günə kimi hansı səbəbdən ödəmədiyi sual edilmiş, borclu izahatında maddi vəziyyətinin aşağı olduğunu, həmçinin yaranmış aliment borcunu tam şəkildə ödəmək iqtidarında olmadığını bildirmişdir. Bununla da ötən müddət ərzində icra sənədi üzrə tələbin icrası borclu Şəxs tərəfindən tam olaraq icra edilməmişdir. Ona görə də, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu bildirmişdir ki, işləsədə qazancı yüksək olmadığından və maddi imkanı aşağı olduğundan qeyd edilən borc məbləğini ödəyə bilməmişdir. Uşaqlarını ona göstərmirlər. Borc məbləğini az-az ödəyə bilər. Anasının yas mərasimidi. Nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, borclu qəsdən deyil, maddi imkanı aşağı olduğundan qeyd edilən borc məbləğini ödəyə bilməmişdir. Ona görə də, barəsində toplanmış material üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X7 bildirmişdir ki, hazırkı dövrdə borclunun 6820 manat ödənilməmiş aliment borcu vardır. Qeyd edilən borc məbləğinin ödənilməsini, əks təqdirdə isə Şəxs oğlunun barəsində inzibati qaydada məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(075)-98/2021 saylı icra vərəqəsindən görünür ki, Şəxs 02 avqust 2005-ci il təvəllüdlü X4 və 19 avqust 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 130 manat olmaqla, cəmi 260 manat aliment alınaraq X6 ödənilməlidir. İş materiallarına əlavə edilmiş Şəki rayon İcra və Probasiya Şöbəsinin 13 iyul 2021-ci il tarixli icraata başlamaq haqqında qərarından və borcluya ünvanlanmış həmin tarixli bildirişdən görünür ki, Şəki Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(075)-98/2021 saylı icra sənədinin könüllü icrası üçün borcluya 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş 05 iyun 2023 il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş X7 tərəfindən Şəki rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış ərizənin surətindən görünür ki, Şəxs oğlu icra sənədini icra etməmiş və nəticədə onun 6820 manat ödənilməmiş aliment borcu qalmaqdadır. Ona görə də, Şəxs oğlu barəsində inzibati tənbeh təqdirinin görülməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, Şəxs oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci mаddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi təsdiq оlunur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəki Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(075)-98/2021 saylı icra sənədi üzrə borcluya xeyli vaxt verilməsinə baxmayaraq o, qeyd edilən icra sənədini icra etməkdən qəsdən boyun qaçırmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, Şəxs, icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin maddəyə görə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Göründüyü kimi, borclu məhkəmənin icra sənədini icra etmək barədə icra məmurunun qanuni tələbini yerinə yetirməməkdə davam edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 528.1-ci məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs qanunsuz və əsassız olaraq məhkəmənin icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməklə inzibati xəta törətmişdir. Onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmaqla, onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Ona görə də, Şəxs törətdiyi həmin inzibati xətaya görə tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır (İXM-in 21-ci maddəsi). Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən belə qənaətə gəlir ki, o, qeyd edilən icra sənədinin icrasından qəsdən yayınmışdır. Ona görə də məhkəmə, təqsirləndirildiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə tənbeh tədbirini tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Beləliklə Şəxs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə bilinərək 10 (on) gün müddətə inzibati həbs edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmasının əvvəli 05 iyun 2023-cü il tarixdə, saat 10:00-dan hesab edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-515/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-515/2023
05.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver