Məhkəmə qərarları › İş №3(075)-515/2024

Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-515/2024

08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-515/2024 08.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xəta materiallarına baxaraq, məhkəmə m ü ə y y ə n e t d i m: Şəki ŞRPŞ-dən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 14 iyun 2024-cü il tarixli İXP ******* saylı protokol baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta hərəkətsizliklə törədildiyindən fiziki şəxsin yaşayış yeri inzibati xətanın törədildiyi yer hesab olunur. İş materiallarında olan portaldan çıxarışın surətindən görünür ki, Şəxs qeydiyyatda olduğu və yaşadığı ünvan Tovuz rayonu, Əyyublu kəndidir. Buna görə də məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, protokol və ona əlavə edilmiş materiallar baxılması üçün aidiyyəti üzrə Tovuz Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 110, 112, 114-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xəta haqqında material baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Elşən Vəliyev AZƏRBAYCAN RESPUBLİKASİ GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ _______________________________________________________________________ __________ AZ 2023, Gəncə ş., Vəli Xuluflu küçəsi, 11 Tel: (99422) ***-**-** / Faks: ***-**-** № 3(043)-267/2021 29 mart 2021-ci il Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin sədri cənab Rasim Kazımova Hörmətli Rasim müəllim! Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 3(043)- 267/2021 saylı qərardadına əsasən inzibati xəta haqqında iş baxılması üçün aidiyyəti üzrə Sizə göndərilir. Qoşma: 3(043)-267/2021 saylı iş “ ” vərəq Hörmətlə, Sədr vəzifəsini müvəqqəti Tural Qocayev icra edən hakim: AZƏRBAYCAN RESPUBLİKASİ GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ _______________________________________________________________________ __________ AZ 2023, Gəncə ş., Vəli Xuluflu küçəsi, 11 Tel: (99422) ***-**-** / Faks: ***-**-** № 3(043)-267/2021 29 mart 2021-ci il Şəxs Ünvan: Gəncə şəhəri, Mehrablı küç., ev 62 Gəncə şəhər BPİ X3 Şöbəsinə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 3(043)- 267/2021 saylı qərardadı məlumat üçün Sizə göndərilir. Qoşma: “ ” vərəq Hakim: Tural Qocayev 3(043)-267/2021 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL 16 mart 2021-ci il Gəncə şəhəri Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi X1 Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin X3 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Hakim Tural Qocayev 3(043)- 267/2021 İnzibati xəta haqqında işin baxılmağa hazırlanması haqqında QƏRARDAD 16 mart 2021-ci il Gəncə şəhəri Mən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi X1 Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Gəncə şəhər Baş Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Gəncə şəhər Baş Polis İdarəsinin DYPŞ-də protokol tərtib edilərək Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə material Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilmişdir. İş üzrə toplanmış materialları araşdıraraq hesab edirəm ki, tərtib olunmuş protokol və materiallar səlahiyyəti olan şəxslər tərəfindən düzgün tərtib olunmuşdur və natamam deyildir. Bu məsələnin baxılması hakimin səlahiyyətinə aiddir. İnzibati iş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə aiddir. İşin baxılmasını istisna edən hallar, İXM-in 53-cü maddəsində nəzərdə tutuluş hallar mövcud deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, qərara aldım: İnzibati xəta haqqında material baxılması üçün icraata qəbul edilsin. İşə xx.xx.2021-ci il tarixdə, saat 10:30-da baxılsın. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının məhkəmə iclasında iştirak etmələri təmin edilsin. İşin düzgün və vaxtında həll edilməsinə yönəlmiş digər hərəkətlər edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar