Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-516/2020 10.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, xx xxxxxx 1988-ci il tarixdə Şəki rayonu, Baş Göynük kəndində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, Şəki şəhəri, Ş.Axundova küçəsi, 1/9 ünvanında qeydiyyatda olan X1 haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Şəki Şəhər-Rayon Polis Şöbəsi tərəfindən verilmiş ******* saylı, xx.xx.2019-cu ıl tarixli icra sənədinə əsasən borclu Şəxs 150 manat inzibatı cərimə alınaraq dövlət bücəsinə ödənilməlidir. Qeyd edilən material üzrə X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahat verərək göstərdi ki, Şəki Şəhər-Rayon Polis Şöbəsi tərəfindən verilmiş ******* saylı xx.xx.2019-cu ıl tarixli icra sənədinə əsasən borclu Şəxs 150 manat inzibatı cərimə alınaraq dövlət bücəsinə ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2019-cu il tarixli qərarla icraata başlanılmış və tələbi icra etməyi üçün borcluya 10 gün könüllü müddət verilmişdir. Lakin borclu tərəfindən könüllü icra müddəti ərzində tələbin icrası təmin edilməmiş və çağrışa münasibət bildirilməmişdir. Borclunun adına pul vəsaitlərinin və bank hesablarının olubolmaması barədə bank və kredit təşkilatlarına əmlakının olub-olmaması barədə isə müvafiq orqanlara sorğular göndərilmişdir. Lakin borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı gəlir və əmlak aşkar edilməmişdir. xx.xx.2020-ci il tarixdə borcluya xəbərdarlıq məktubu göndərilmiş, borcunu ödəməyi və Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə gəlməyi tələb edilmişdir. Borclu xx.xx.2020-ci il tarixdə çağrışa gəlmişdir. Borclu xx.xx.2020-ci il tarixli izahatında borcunu tam ödəyə bilməyəcəyini və yalnız ayda 10 manat ödəyə biləcəyini bildirmişdir. Borclu xx.xx.2020-ci il tarixdə iltizam verərək xx.xx.2020-ci il tarixdə icra sənədinin icrası ilə əlaqədar olaıaq Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə gələcəyini bildirmişdir. Lakin borclu indiyədək keçən müddətdə nə izahatında dediklərinə, nə də verdiyi iltizama əməl etmişdir. Borclu barəsində xx.xx.2020-ci il tarixdə “borclunun məcburi gətirilməsi haqqında” qərar qəbul edilmiş və ünvanına göndərilərək Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə gəlməli olduğu, əks təqdirdə barəsində məcburi gətirilməsi barədə məhkəməyə təqdimat veriləcəyi bildirilmişdir. Lakin, borclu bu çağrışada münasibət bildirməmişdir. Tərəfindən xx.xx.2020-ci il tarixdə borclu barəsində məhkəməyə borclunun məcburi gətirilməsi barədə təqdimat verilmişdir. xx.xx.2020-ci il tarixdə məhkəmə tərəfindən borclunun məcburi gətirilməsi barədə təqdimata baxılması üçün təyin edilmiş prosesə borclu gəlmiş və məhkəmə zalından icra məmuruna təhvil verilmişdir. Borclu xx.xx.2020-ci il tarixli izahatında borcunu tam ödəyə bilməyəcəyini ancaq vaxt verilsə sabahkı tarixə 50-60 manat ödəyəcəyini, ayın sonuna da borcunu bağlayacağını, lakin evə gedərkən birdən başına bir iş gələr, nəsə olar ona görə ödəyə bilməz deyərək bütün bu dediklərinə dəqiq əməl edəcəyinə söz verə bilmədiyini bilirmişdir. Borclu indiyədək borcunu ödəməməyinin səbəbini imkansızlıqla, işsizliklə əlaqələndirmiş, çağrışlara gəlməməyində isə səhvi olduğunu etiraf etmişdir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki Şəhər-Rayon Polis Şöbəsi tərəfindən verilmiş ******* saylı xx.xx.2019-cu ıl tarixli icra sənədinə əsasən ondan 150 manat inzibatı cərimə alınaraq dövlət bücəsinə ödənilməlidir. Lakin maddi imkanı olmadığından o, cəriməni ödəyə bilməmişdir. Bundan sonra da cəriməni ödəməsi mümkünsüzdür. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səllahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə 160 saatdan 240 saatadək ictimai işlər tətbiq olunur. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Beləliklə, X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialla tam təsdiq edildi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirli bilinib onun barəsində inzibati qaydada 200 (iki yüz) saat ictimai işlər tətbiq edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-516/2020
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-516/2020
10.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver