Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-518/2020 12.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi ilə, X1 Azərbaycan Respublikası DİN-nin BDYPİ İX tağım inspektoru, polis serjantı, X8 tərəfindən barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN-nin BDYPİ İX tağım inspektoru, polis serjantı, X8 tərəfindən barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq X2 və Azərbaycan Respublikası DİN-nin BDYPİ İX tağım inspektoru, polis serjantı, X8 məhkəmə iclasına gəlməmişlər. Sədrlik edən X2 və Azərbaycan Respublikası DİN-nin BDYPİ İX tağım inspektoru, polis serjantı, X5 iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. X2 ərizəsində göstərmişdir ki, o,xx.xx.2020-ci il tarixdə Bakı-Qazax yolunun 404-cü kilometrliyində **-BS-*** nömrəli avtomobillə hərəkətdə olarkən İX tağımın YPX inspektoru X8 tərəfindən saxlanılmış, avtomobilin arxaya hərəkət işığının nasaz olmasını əsas gətirərək bunun 500-800 manat cəriməsi olduğunu bildirmiş və avtomobili Şəmkir rayon Polis Şöbəsinə aparmışdır. Əslində isə avtomobilin arxaya hərəkət işıqları işlək vəziyyətdə olmuşdur. Orada onu təxminən 2 saat yarım gözlətdikdən sonra İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən 30 manat cərimə olunduğunu bildirərək xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ona vermiş və avtomobilini ona qaytarmışdır. Halbuki, inzibati xəta hadisəsini bilavasitə aşkar etmiş şəxs (hazırkı halda polis serjantı X8) o vaxt inzibati tənbeh vermə haqqında qərar qəbul edə bilər ki, inzibai xəta törətmiş şəxs inzibati xəta hadisəsi ilə razılaşsın. O isə maşının arxa hərəkət siqnalında nasazlıq olmadığı üçün inzibati xəta hadisəsi ilə razılaşmamış və imzalamaq üçün ona protokol təqdim olunmamışdır. Bundan başqa protokol inspektor tərəfindən dərhal yerindəcə tərtib edilməmiş, təxminən 2 saat sonra polis şöbəsində tərtib edilmiş qərar ona təqdim edilmişdir. Göründüyü kimi, polis serjantı X8 mövcud olmayan inzibati xəta haqqında səlahiyyətli olmadığı halda barəmdə inzibati tənbeh vermə haqqında qərar qəbul etdiyi üçün həmin qərar ləğv edilməlidir. Avtomobilinin arxaya hərəkət işıq siqnalları işlək vəziyyətdə olduğundan barəsində İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə görə, yəni guya xarici işıq siqnalından düzgün istifadə etmədiyinə görə xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Halbuki tərəfindən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulması halı olmamışdır. Odur ki, mövcud olmayan İnzibati xəta haqqında barəmdə qərar qəbul edildiyindən həmin qərar ləğv edilməlidir. Ərizəsinin təmin edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 329.3cü maddəsində nəzərdə tutulmuş xətanı törədmişdir. Məhkəmə şikayətçinin izahatını dinlədikdən sonra iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayətçinin şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə-otuz manat məbləğində cərimə edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BDYPİ İX tağım inspektoru, polis serjantı, X5 xx.xx.2020-ci il tarixdə tərtib etdiyi İXP seriyalı ******* nömrəli protokolda və onun əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarında X4 Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törəddiyi qeyd edilsə də, X4 inzibati xəta haqqında protokolda qeyd edilmiş inzibati xətanı törətmədiyini göstərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 tərəfindən həmin xətanın mövcudluğu inkar edilmiş, həmin xətanın törədilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası DİN-nin BDYPİ İX tağım inspektoru, polis serjantı, X8 xx.xx.2020-ci il tarixdə tərtib etdiyi İXP seriyalı ******* nömrəli protokola istinad etməklə X3 Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsi ilə təqsirli bilərək, 30 manat məbləğində inzibati cərimə edilməsinə dair qərar qəbul etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi inkar edildiyindən, protokolda qeyd edilən inzibati xətanın törədilməsinin digər bir sübutla əsaslandırılması protokolu tərtib etmiş vəzifəli şəxsin üzərinə düşür. Lakin, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəmə iclasına gəlməməklə, həmçinin məhkəmə tərəfindən verilmiş sorğuya cavab verməmiş və tərəfindən məhkəməyə bununla bağlı heç bir sübut təqdim edilməmişdir. Buna görə də Azərbaycan Respublikası DİN-nin BDYPİ İX tağım inspektoru, polis serjantı, X8 tərəfindən X3 barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında qərar qanunsuz hesab edilərək ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası DİN-nin BDYPİ İX tağım inspektoru, polis serjantı, X8 tərəfindən X3 barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2020ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında qərar qanunsuz hesab edilərək ləğv edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-518/2020
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-518/2020
12.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver