Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-518/2021 08.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxx 1961-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əlilliyi olmayan, Şəki şəhəri, M.Məmmədov küçəsi 13 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə protokolda göstərilir ki, Şəki Apelyasiya Məhkəməsi tərəfindən verilmiş 2(107)-2322/2018 nömrəli, 24.10.2018-ci tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 154000 manat borc və 30 manat dövlət rüsumu alınaraq tələbkar X1 xeyrimə ödənilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki Apelyasiya Məhkəməsi tərəfindən verilmiş 2(107)-2322/2018 nömrəli, 24.10.2018-ci tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 154000 manat borc və 30 manat dövlət rüsumu alınaraq tələbkar X1 xeyrimə ödənilməlidir. Qeyd edilən icra sənədi 24.04.2019-cu il tarixində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası haqqında müvafiq bildirişlə birlikdə borclu Şəxs göndərilmişdir. Lakin borclu Şəxs könüllü icra müddəti ərzində icra sənədi üzrə tələbi icra etməmişdir.İcra sənədinin icrası ilə əlaqədar olaraq borclu Şəxs əmlak vəziyyətinin və gəlirlərinin müəyyən edilməsi məqsədi ilə müvafiq sorğular verilmiş və sorğulara alınan cavablara əsasən icra sənədi üzrə tələbin yönəldilə biləcəyi hər-hansı əmlak, banklarda pul vəsaiti və gəlirlər aşkar edilməmişdir.Tələbkarın ərizəsinə əsasən «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 17.1.10-cu maddəsi rəhbər tutularaq tərəfimizdən icra sənədi üzrə icraat 08.07.2019-cu il tarixli qərarla dayandırılmış, 27.08.2020-ci il tarixində isə tələbkarın ərizəsinə əsasən icra sənədi üzrə icraat «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 19.2-ci maddəsi rəhbər tutularaq təzələnmişdir.Borclu Şəxs olduğu yeri müəyyən etmək mümkün olmadığı üçün 27.01.2021 -ci il tarixində borclunun axtarılması barədə qərar qəbul edilərək icra edilməsi üçün Şəki şəhər-rayon Polis Şöbəsinə göndərilmişdir. Şəki şəhər-rayon Polis Şöbəsi tərəfindən borclu barəsində 05.02.2021-ci il tarixində 820746 saylı axtarış işi açılmışdır.08.10.2021-ci il tarixində polis əməkdaşları tərəfindən məcburi qaydada Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilən borclu Şəxs verdiyi izahatında hal-hazırda mövcud olan 152030 manat borcunu tam oalraq ödəyə bilməyəcəyini bildirmiş, icra sənədi üzrə borc məbləğindən 1000 manat ödəniş etmiş, çağırış üzrə gəlməməsi barədə isə heç bir üzürlü səbəb göstərə bilməmişdir. Bildirmişdir ki, borclu bu gün də tələbkara əlavə olaraq 2000 manat olmaqla cəmi 3000 manat ödəniş etmişdir. Göstərilənlərə əsasən borclu barəsində qanuni qərar verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Apelyasiya Məhkəməsi tərəfindən verilmiş 2(107)- 2322/2018 nömrəli, 24.10.2018-ci tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 154000 manat borc və 30 manat dövlət rüsumu alınaraq tələbkar X1 xeyrimə ödənilməlidir. İcra sənədindən xəbəri var. İcra sənədinin icrasından yayınmır. Göstərmişdir ki, borcundan bu yaxınlarda 3000 manat ödəmiş, qalan borcunu isə əgər məhkəmə ona 6 ay müddət verərsə çalışıb ödəyəcəkdir. Bildirmişdir ki, ağır şəkər xəstəsidir. Həmçinin prostatında bəd xassəli şiş var, böyük olduğundan həkimlər onu əməliyyat etməmişlər. Bundan başqa damar genişlənməsindən də əziyyət çəkir, həmin xəstəlik üzrə bir neçə dəfə əməliyyat olmuşdur. Bütün bunları nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi izahat verərək göstərdi ki, Şəxs qərəzli olaraq icra sənədlərindən yayınmır. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları və digər sənədlərlə təsdiq olundu. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şərh edilənlərə əsasən məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-518/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-518/2021
08.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver