Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-518/2023 25.09.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X10 iştirakları ilə xx xxxxxx 1994-cü il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN: xxxxxxx olan, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş 06 iyun 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki regional "Asan xidmət" mərkəzində notariat ofisinin 13039 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 257.50 manat məbləğində pul vəsaiti alınaraq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1545/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 1068,80 manat borc ve 30 manat dövlət rüsumu alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-2185/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu Şəxs cəmi 981 manat borc və 30 manat dövlət rüsumu alınaraq "xxxx" LTD MMCnin xeyrinə ödənilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-968/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixindən hesablanmaqla borclu Şəxs hər ay üçün sabit pul məbləğində 170 manat aliment tutularaq X2 ödənilməlidir. Sözügedən borclar borclu tərəfindən ödənilmədiyi üçün borcluya dəfələrlə rəsmi və şifahi xəbərdarlıqlar edilmiş və xəbərdarlığa baxmayaraq icra sənədləri üzrə tələbin icrası təmin edilməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol 05 iyun 2023-cü il tarixdə məhkəməyə daxil olmuş, Şəki Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 3(075)-518/2023 saylı qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilməsi qərar alınmışdır. Şəki Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 3(075)-518/2023 saylı qərarından tələbkar Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi X8 tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şökayəti iş materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 3(107)-177/2023 saylı qərarı ilə tələbkar Zərərçəkmiş şəxs MMC-nin şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 3(075)-518/2023 nömrəli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. İş materialları Şəki Rayon Məhkəməsinə daxil olmuş, iş üzrə məhkəmə baxış iclası 11 avqust 2023-cü il tarixə saat 10:00-a təyin edilmiş lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında iştirak etmədiyi üçün məhkəmə baxışı iclası 25 avqust 2023-cü il tarixə saat 11:30-a təyin edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 25 avqust 2023-cü il tarixdə saat 11:30-da keçirilən məhkəmə iclasında da iştirak etmədiyi üçün məhkəmə baxışı iclası 31 avqust 2023-cü il tarixə saat 12:20-ə təyin edilmişdir. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 31 avqust 2023-cü il tarixdə 12:20-də keçirilən məhkəmə iclasında iştirak etməmişdir. Buna görə də növbəti məhkəmə baxışı iclası 08 sentyabr 2023-cü il tarixə, saat 11:20-ə təyin edilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında iştirak etməmişdir. Şəki Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli, 3(075)-518/2023 saylı qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs aşkar edilənədək Şəki rayonu üzrə İcra və probasiya Şöbəsi tərəfindən tərtib olunmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair Şəki Rayon Məhkəməsinin icraatında olan 05 iyun 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən başlanmış iş üzrə icraatın dayandırılması, Şəxs inzibati qaydada tutulması və Şəki Rayon Məhkəməsinə gətirilməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 25 sentyabr 2023cü il tarixdə saat 10:00-da Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmiş, daha sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 16:00-da məhkəməyə gətirilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X7 məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki regional “Asan xidmət” mərkəzində notariat ofisinin 13039 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 257.50 manat məbləğində pul vəsaiti alınaraq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1545/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 1068,80 manat borc ve 30 manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs MMC-nin xeyrinə ödənilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 2185/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu Şəxs cəmi 981 manat borc və 30 manat dövlət rüsumu alınaraq "xxxx" LTD MMC-nin xeyrinə ödənilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-968/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixindən hesablanmaqla borclu Şəxs hər ay üçün sabit pul məbləğində 170 manat aliment tutularaq X2 ödənilməlidir. Qeyd olunan icra sənədiləri xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərində xx.xx.2022-ci il tarixlərində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və həmin tarixlərdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası üçün borclu Şəxs göndərilmişdir. Tərəflərindən borclu Şəxs əmlak və gəlir vəziyyətinin yoxlanılması, tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin, banklarda və digər kredit təşkilatlarında borclunun adına pul vəsaiti və digər sərvətlərin olub olmaması ilə bağlı Ədliyyə Nazirliyinin “Elekron İcra” informasiya sistemi vasitəsi ilə, banklara, müvafiq sorğular verilmiş, lakin tələbin yönəldilə biləcəyi hər hansı əmlak və ya gəlir aşkar edilməmişdir. Şəxs xx.xx.2022-cü il tarixində izahat verərək Şəki regional “Asan xidmət” mərkəzində notariat ofisinin 13039 saylı, xx.xx.2020-ci il tarixli, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1545/2021 saylı, xx.xx.2021-ci il tarixli, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-2185/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədləri üzrə tələbi icra edəcəyini bildirmiş və xx.xx.2022ci il tarixində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gələcəyinə dair iltizam vermiş, lakin iltizama əməl etməmişdir. İcra sənədi üzrə tələbkar X5 xx.xx.2022-ci il tarixli borclunun axtarışı haqqında ərizə ilə Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə müraciət edərək borclunun hazırda qeydiyyatda olduğu və daimi yaşadığı ünvanda olmadığı və hazırda Bakı Şəhərǝində yaşadığını bildirmiş və borclu barəsində axtarışın elan edilməsini xahiş etmişdir. Tərəflərindən xx.xx.2023-cü il tarixində borclunun ünvanına baxış keçirilmiş və borclunun həmin ünvanda olmadığı və yaşamadığı müəyyən edilmiş və borclunun olduğu yeri müəyyən etmək mümkün olmamışdır və borclunun axtarılması haqqında qərar qəbul edilərək icra edilməsi üçün Şəki şəhər-rayon Polis Şöbəsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixində borclu barəsində xtarış işi açılmışdır. Qeyd edilən icra sənədləri xx.xx.2023-cü il tarixli qərarla bir icraatda birləşdirilmişdir. Borclu xx.xx.2023cü il tarixində polis əməkdaşları tərəfindən gətirilmişdir. Borclu Şəxs xx.xx.2023-cü il tarixində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində izahat verərək hazırda icra sənədi üzrə aliment borcunu tam şəkildə ödəyə bilməyəcəyini və ancaq hissə-hissə ödəyə biləcəyini bildirmişdir. İcra sənədi üzrə tələbkar X12 rayonu üzrə İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək 2022-ci ilin noyabr ayından bu günədək hər-hansı bir aliment məbləğinin ödənilmədiyini bildirmişdir. Hazırda borclunun Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-968/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 1020 manat aliment borcu mövcuddur. Digər icra sənədləri üzrə isə borc məbləğlərindən hər hansı bir ödəniş etməmişdir. Borclu bugünədək qeyd edilən borc məbləğindən heç bir ödəniş etməmiş və nəticədə icra sənədi icra edilmədən qalmışdır. Bununla da icra sənədi üzrə tələbin icrası Şəxs tərəfindən qərəzli olaraq təmin edilməmişdir. Bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu gün üçün olan aliment borcu 1200 maant təşkil edir. Tələbkar Zərərçəkmiş şəxs MMC-nə 1068,80 manat məbləğdə borcu vardır, tələbkar "xxxx" LTD MMC-nə 1001 manat məbləğdə borcu vardır, tələbkar "xxxx" ASC-nə 257,50 manat məbləğdə borcu vardır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokolu müdafiə etmiş, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, borclu Şəxs 25 sentyabr 2023-cü il tarixdə saat 10:00-da polis əməkdaşları tərəfindən saxlanılmış, daha sonra Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmiş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 16:10-da məhkəməyə aparılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki regional “Asan xidmət” mərkəzində notariat ofisinin 13039 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən ondan cəmi 257.50 manat məbləğində pul vəsaiti alınaraq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1545/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən ondan cəmi 1068,80 manat borc və 30 manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs MMC-nin xeyrinə ödənilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 2185/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə ondan cəmi 981 manat borc və 30 manat dövlət rüsumu alınaraq "xxxx" LTD MMC-nin xeyrinə ödənilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-968/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixindən hesablanmaqla ondan hər ay üçün sabit pul məbləğində 170 manat aliment tutularaq X2 ödənilməlidir. Bildirmişdir ki, icra sənədlərində məlumatı vardır. Maddi imkanı aşağı olduğu üçün ödəniş edə bilməmişdir. Göstərmişdir ki, atasının səhhətində problemlər vardır. O, hal-hazıerda aliment borcundan 400 manat məbləğdə ödəniş edəcəkdir. Qalan banka olan borcunun bölünməsini xahiş edir. Qalan borclarını da hissə-hissə ödəyəcəkdir. Əlavə olaraq bildirdi ki, o, 25 sentyabr 2023-cü il tarixdə saat 10:00-da polis əməkdaşları tərəfindən saxlanılmış, daha sonra Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmiş və bundan sonra saat 16:00-da məhkəməyə aparılmışdır. Törətmiş olduğu əməlindən peşmandır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X1 Vasif Səbuhi oğlunun əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları, həmçinin işdə olan digər sənədlərlə təsdiq olundu. Belə ki, icra sənədi barədə məlumatı və imkanı olduğu halda qərəzli olaraq icra etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Bundan başqa məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dəfələrlə məhkəmə iclasının vaxtı və yeri barədə qəbərdar edilməsinə baxmayaraq mhkəmə iclaslarına gəlməmişdir. Bu səbəbdən məhkəmə iclasları təxirə salınmış, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qərəzli olaraq məhkəmə iclasına gəlməkdən yayındığından onun barəsində inzibati qaydada tutulma və məhkəmə iclasına məcburi qaydada gətirilmə tətəbiq edilmiş, bundan sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq İcra və probasiya Şöbəsinə gətirilmiş, daha sonra məhkəməyə gətirilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qərəzli olaraq məhkəmə iclaslarında iştirak etməkdən yayınmışdır. Şəxs barəsində başlanılmış inzibati xətaya dair işə məhkəmədə baxılan ərəfədə icra sənədlərində göstərilən borcundan hissə-hissə ödəniş etməsi onun maddi imkanı olduğu halda məsuliyyətdən yaxa qurtarmaq üçün qərəzli olaraq ödənişləri etməməsinə dəlaət edir. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 25 sentyabr 2023cü il tarixdə saat 10:00-da polis əməkdaşları tərəfindən saxlanılmış daha sonra məcburi qaydada polis əməkdaşları tərəfindən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına gətirilmiş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs 25 sentyabr 2023-cü il tarixdən, saat 10:00 radələrində polis əməkdaşları tərəfindən saxlanılması, daha sonra Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra sərbəst olmamışdır. Bu baxımdan da, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli 25 sentyabr 2023-cü il tarixdən, saat 10:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 25 sentyabr 2023-cü il tarixdən, saat 10:00-dan hesablansın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-518/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-518/2023
25.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver