Məhkəmə qərarları › İş №3(075)-519/2020

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-519/2020

25.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-519/2020 25.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) NuriyevRahibPənah oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs: Şəxs iştirakı ilə, xx xxxxx 1973-cü il tarixdə Şəki rayonu Qozlubulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəki rayonu Qozlubulaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Şəki şəhər-rayon Polis Şöbəsinin Sarıca Polis Bölməsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN eTDİ: Şəxs xx xxxx 2020-ci il tarixdə müvafiq icra hakimiyyəti tərəfindən xüsusi icazə almadan mülki ov silahını və döyüş sursatını daşımışdır. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki ŞRPŞ-nin Sarıca PB-nin Sarıca PB-dən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş Şəki ŞRPŞ-nin Sarıca PB-nə məlumat verilməsinə baxmayaraq Şəki ŞRPŞ-nin Sarıca PB-nin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, xx xxxx 2020-ci il tarixdə, saat 23:00 radələrində Qönçə ilə aralarında ailə-məişət zəminində mübahisə baş vermişdir. Buna səbəb Qönçənin onun durğuzması olmuş, o, yüngül dərəcəli sərxoş olduğundan buna əsəbiləşmişdir. Bundan sonra aralarında söz mübahisəsi yaranmış, daha sonra yatmışdır. Səhəri gün Qönçə Nurəliyeva Şəki ŞRPŞ-nin Sarıca PB-nə gedərək ondan şikayət etmiş, guya ona tüfəng doğrultduğunu, ölümlə hədələdiyini bildirmişdir. Onu izahatının alınması üçün polis şöbəsinə dəvət etmiş, evində olan ona məxsus ov tüfənginin sənədlərini tələb etmişlər. O isə silahın sənədləri olmadığını, silahın ona mərhum atasından qaldığını və silahı gəzdirməkdə heç bir məqsədi olmadığını bildirmişdir. Barəsində cinayət işi açılmış, əməlində cinayət tərkibi olmadığı üçün xx xxxxxx 2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Əməlindən peşmandır. Bir daha bu cür hərəkətlərə yol verməyəcəyinə söz verir. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı ödənişlə alınmaqla və ya müsadirə edilməklə 80 manatdan 100 manatadək miqdarda cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf etməsini və əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi və silahın müsadirə edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində cərimə edilsin. İş üzrə Şəki şəhər-rayon Polis Şöbəsində saxlanılan 01 (bir) ədəd 48991 nömrəli, 16 kalibrli, TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli ov tüfəngi dövlət nəfinə müsadirə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar