Məhkəmə qərarları › İş №3(075)-519/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-519/2023

23.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-519/2023 23.11.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin Hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş sənədlər baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri, Elnur Musayev tərəfindən qəbul edilmiş «İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə» xx.xx.2023-cü il tarixli Qərarda göstərilmişdir ki, hüquqi şəxs Şəxs MMC onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan direktoru X2 2022-ci ilin may ayından sentyabr ayınadək olan müddət ərzində Şəxs MMC-yə məxsus Şəxs klinikasının tibbi fəaliyyət göstərməsi üçün sertifikat almadan bu fəaliyyətlə məşğul olmuşdur. Bununla da Şəxs MMC lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflərin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 20 noyabr 2023-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, Türkiyə Respublikasında keçiriləcək X1 Konfransında iştirak edəcəyi üçün məhkəmə iclasında iştirak edə bilməyəcək. Odur ki, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi, məsuliyyət nəzərdə tutan İXM-nin 210.1-ci maddəsinin müddət keçməsini nəzərə alaraq xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə 02 iyun 2023-cü il tarixli qərardan görünür ki, hüquqi şəxs Şəxs MMC-nin barəsində İXM-nin 210.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Qax rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas Səxavət Əhmədli tərəfindən qəbul edilmiş materialın aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, 14 sentyabr 2022-ci il tarixdə Qax şəhəri ərazisində yerləşən Şəxs və “Frekans” özəl tibb müəssisələrinin lisenziyasız olaraq fəaliyyət göstərməsi barədə Azərbaycan Respublikası DTX-nin Qax rayon şöbəsindən Qax Rayon Prokurorluğuna daxil olmuş məlumat əsasında toplanmış 50C-22 saylı material əmələ hüquqi qiymət verilməsi üçün istintaq aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, ədliyyə müşaviri Ceyhun Nəsrullayev tərəfindən qəbul edilmiş 15 mart 2023cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs MMC-yə məxsus Qax şəhəri, H.Əliyev prospekti 29 ünvanında yerləşən Şəxs özəl tibb müəssisəsinin lisenziyasız fəaliyyət göstərməsi barədə Qax Rayon Prokurorluğunda toplanmış 50C-22 nömrəli material üzrə əməldə cinayət tərkibi müəyyən edilmədiyindən, cinayət işinin başlanması CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, mütəxəssiz tərəfindən müəyyən edilmiş 3256,50 manat məbləğində işsizlikdən sığrta, icbari tibbi sığorta və məcburi dövlət social sığorta haqları üzrə vergi ödəyicisinin şəxsi hesab vərəqəsində qeydiyyatda olduğu 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən müvafiq hesablama aparılması, Şəxs MMC-nin vəzifəli şəxslərinin İXM-nin 210.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmələri məsələsinə baxılması üçün toplanmış materialın Baş Prokurorluğa göndərilməsi qərara alınmışdır. Həmçinin 15 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın məzmununda qeyd edilmişdir ki, Baş idarənin Audit şöbəsinin **********635800 nömrəli cavab məktubunda Şəxs MMC-yə məxsus Qax şəhəri, H.Əliyev prospekti 29 ünvanda yerləşən Şəxs özəl tibb müəssisəsinin lisenziyasız fəaliyyət göstərməsi barədə Qax rayon prokurorluğunda toplanmış 50C-22 nömrəli material üzrə gəlir və xərcləri təsdiq edən sənədlər olmadığından əldə edilmiş qanunsuz gəlirin məbləğini müəyyən edilməsinin mümkün olmadığı, eləcə də Şəxs özəl tibb müəssisəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə 13 (on üç) nəfər şəxsin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilməsi nəticəsində 3256,50 manat məbləğində işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının ödənilməkdən yayındırılması aşkar olunduğu göstərilmişdir. DTX-nin Qax Rayon Şöbəsi tərəfindən Qax Rayon Prokurorluğuna ünvanlanmış 07 sentyabr 2022-ci il tarixli, 1738 saylı məktubdan görünür ki, Qax şəhəri, H.Əliyev prospekti 293 a ünvanında yerləşən Şəxs və ünvan 3kans” özəl klinikaları lisenziyasız fəaliyyət göstərir. «Lisenziyalar və icazələr haqqında» Azərbaycan Respublikasının xx.xx.2016-cı il tarixli 176-VQ nömrəli Qanununa 1 nömrəli əlavədən görünür ki, Lisenziya tələb olunan fəaliyyət növlərinin sıyahısında (sıra nömrəsi 2) «Özəl tibb fəaliyyəti» göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 206 nömrəli qərarından görünür ki, «Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərinin 2-ci siyahısında (sıra nömrəsi 2.1) «Terapiya», (sıra nömrəsi 2.1.1) “Terapevtik”, (sıra nömrəsi 2.2) “Kardiologiya”, (sıra nömrəsi 2.2.1) “Kardioloji”, (sıra nömrəsi 2.5) “Endokrinologiya”, (sıra nömrəsi 2.5.1) “Endokrinoloji”, (sıra nömrəsi 2.24) “Stomatologiya”, (sıra nömrəsi 2.24.1) “Terapevtik stomatoloji”, (sıra nömrəsi 2.24.3) “ortopedik stomatoloji”, (sıra nömrəsi 2.27) “Şüa diaqnostikası”, (sıra nömrəsi 2.27.5) “Ultrasəs müayinəsi”, (sıra nömrəsi 2.34) “Laboratoriya”, (sıra nömrəsi 2.34.1) “Klinik” və (sıra nömrəsi 2.34.2) “Klinik-biokimyəvi” xidmətlər qeyd edilmişdir. Yuxarıda qeyd olunan qanunvericilik normalarından görünür ki, terapiya, terapevtik, kardiologiya, kardioloji, endokrinologiya, endokrinoloji, stomatologiya, terapevtik stomatoloji, ortopedik stomatoloji, şüa diaqnostikası, ultrasəs müayinəsi, laboratoriya, klinik və klinik-biokimyəvi fəaliyyət özəl tibbi fəaliyyət hesab olunur və həmin fəaliyyət növü ilə məşğul olmaq üçün mütləq qaydada lisenziya alınması tələb olunur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, Şəxs MMC lisenziya tələb olunan tibbi fəaliyyət növü ilə müvafiq lisenziya almadan məşğul olmuşdur və beləliklə hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapır. Bununla belə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta uzanan xəta olmaqla, qanunvericiliyə uyğun olaraq xüsusi lisenziya almadan özəl tibbi fəaliyyətlə məşğul olması ilə inzibati xəta əməli törədilməyə başlayır və inzibati xəta əməlin aşkar edildiyi vaxt törədilmiş (başa çatmış) sayılır. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2018-ci il tarixli Qərarında qeyd edilir ki, «Uzanan hüquqpozuntuları» (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. «Uzanan hüquqpozuntusu»nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. «Uzanan hüquqpozuntuları»nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda - qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmçinin, İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Məhkəmə hesab edir ki, Şəxs MMC-yə istinad olunan İXM-in 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əhalinin sanitariya-gigiyena və sanitariya epidemioloji salamatlığı qaydaları əleyhinə olan inzibati xəta olmaqla, həmin xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddəti İXM-in 38.1-ci maddəsinə əsasən dörd aydır. Eyni zamanda məhkəmə qeyd edir ki, İXM-in 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta uzanan xəta hesab olunduğundan, həmin inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti inzibati xətanın aşkar edildiyi, yəni cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunduğu 15 mart 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Odur ki, qeyd edilən qanunvericilik normalarına əsaslanaraq məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 210.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar