Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-519/2024 12.08.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Protokol tərtib edən şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin X3 nümayəndəsi X11, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəki rayonu Kiçik Bələdiyyəsinin nümayəndəsi X9 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin X3 baş əmək müfəttişi X17 tərəfindən tərtib edilmiş 27 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs Şəxs tərəfindən 27 iyun 2024-cü il tarixdə İXM-nin 469.2-ci maddəsinin tələbləri pozulmuşdur. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin X4ndən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib edən şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin X3 nümayəndəsi X17 izahat verərək göstərmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin birinci hissəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Bu məqsədlə “Əmək müqaviləsi bildirişi” alt sistemi vasitəsilə icbari sığorta müqaviləsi bağlamayan və ya hüquqi qüvvəsi olmayan icbari sığorta müqavilələri üzrə işə götürənlərə müvafiq xəbərdarlıq edilmişdir. Müvafiq dövlət orqanlarının elektron informasiya sistemləri ilə “Əmək müqaviləsi bildirişi” alt sisteminin müqayisəli təhlilləri nəticəsində tərəflərindən bir neçə işçi ilə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanılmadığı və əməllərində inzibati xəta əlamətlərinin olması müəyyən edilmişdir. Belə ki, Şəxsndən daxil olan sənədlərə əsasən aparılan araşdırma zamanı məlum olmuşdur ki, işçilər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 225-ci maddəsinin tələbi pozularaq araşdırma aparılan tarixədək istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmamışlar. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə inzibati protokol tərtib edilərək Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X13 izahat verərək göstərmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində X14 Xidməti X3 əməkdaşları Şəki rayonu Kiçik Dəhnə kənd bələdiyyəsinə gəlmişlər və bələdiyyədə yoxlama aparmışlar. Yoxlama zamanı onun sədri olduğu Şəki rayonu Kiçik Dəhnə kənd bələdiyyəsinin barəsində hüquqi şəxs qismində və onun barəsində vəzifəli şəxs qismində ayrı-ayrılıqda inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Qeyd edilən inzibati xəta haqqında protokolların tərtib edilməsinə əsas olaraq Şəki rayonu Kiçik Dəhnə kənd bələdiyyəsinin işçilərinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasının təmin edilməməsi olmuşdur. Halbuki, artıq Şəki rayonu Kiçik Dəhnə kənd bələdiyyəsinin işçilərinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin edilmişdir. Həmçinin, bir xətanın baş verməsi əsas göstərilməsinə baxmayaraq vəzifəli şəxs kimi onun, hüquqi şəxs kimi isə Şəki rayonu Kiçik Dəhnə kənd bələdiyyəsinin barəsində ayrı-ayrılıqda inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Bu isə həm onun, həmçinin də bələdiyyənin vəziyyətini ağarlaşdıran hal kimi hesab edilməlidir. Bundan başqa Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində X14 Xidməti X2 və bələdiyyəni ayrı şəxslər kimi nəzərdə tutaraq onun və bələdiyyənin barəsində ayrı-ayrılıqda inzibati araşdırmalar aparsa da, onun və bələdiyyənin barəsində aparılmış inzibati araşdırma ilə bağlı ona və bələdiyyəyə ayrı-ayrılıqda lazımi məlumatlar verilməmiş, bununla bağlı ayrı-ayrılıqda dəvət məktubları onlara göndərilməmişdir. Bu isə vəzifəli şəxs olaraq onun, hüquqi şəxs olaraq isə bələdiyyənin hüquqlarının pozulması ilə nəticələnmişdir. Yəni, o və bələdiyyə barəsində aparılmış inzibati araşdırma barədə ayrı-ayrılqda ətraflı məlumat əldə edə bilməmişlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində X14 Xidməti X4 onun və bələdiyyənin barəsində ayrı-ayrılıqda apardığı inzibati araşdırma üzrə ona və bələdiyyəyə ayrı-ayrılıqda hansı məlumatları verməsini sübut etməlidir, bununla bağlı ona və bələdiyyəyə ayrı-ayrılıqda göndərdiyi məlumatlara dair bildirişlərə dair poçt sənədlərini məhkəməyə təqdim etməlidir. Onun və bələdiyyənin barəsində inzibati araşdırma ayrı-ayrılıqda aparılmışdır. Göründüyü kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində X14 Xidməti X4 tərəfindən inzibati araşdırma aparılarkən onun və bələdiyyənin iştirakı lazımi qaydada təmin edilməmiş, bununla da prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Göründüyü kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində X14 Xidməti X3 nümayəndələri qarşılarına qoyulmuş planı doldurmaq üçün ondan və bələdiyyədən mükəmməl olaraq istifadə etmişlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində X14 Xidməti Şəki-X1suz hərəkətləri nəticəsində hüquqları pozulduğundan məhkəməyə müraciət etməli olmuşdur. Eyni zamanda Azərbaycan Respublikası İXM-nin müvafiq maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Ümumiyyətlə, bələdiyyənin və onun hərəkətlərində hazırkı inzibati xəta haqqında protokolda nəzərdə tutulmuş xətanı törətməmişlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində X14 Xidməti X4 tərəfindən Şəki rayonu Kiçik Dəhnə kənd bələdiyyəsinin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu əsaslı hesab etmir. Odur ki, Şəki rayonu Kiçik Dəhnə kənd bələdiyyəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə olan inzibati məsuliyyətdən azad edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin X3 baş əmək müfəttişi X17 tərəfindən tərtib edilmiş 27 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Əmək Məcəlləsinin tələbləri pozularaq Şəxs işçilərini xx.xx.2024-cü il tarixədək istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək fəaliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin edilməmişdir. Sığortasız statuslu ƏMB üzrə məlumatlardan görünür ki, Şəxs işçilərini xx.xx.2024-cü il tarixədək istehsalatda bədbəxt hadisələr və peşə xəstəliləri nəticəsində peşə əmək fəaliyyətinin itirilməsi hallarından icbari sığortalamamışdır. Poçt göndərişlərinin izlənməsi barədə məlumatlardan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin X4 tərəfindən Şəxsnə ünvanlanmış məktub xx.xx.2024-cü il tarixdə çatdırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin X4 tərəfindən Şəxsnə ünvanlanmış 12 may 2024-cü il tarixli, 3-17-5/2- 37615/2024 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin birinci hissəsinə əsasən işə götürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Altsistem vasitəsi ilə aparılan təhlillər zamanı Şəxs işçiləri tərəflərindən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta edilməsi məqsədilə müvafiq müqavilənin bağlanılmadığı müəyyən edilmişdir. Bu barədə Şəxsnə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun; 3-cü maddəsinə əsasən hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər (“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş orqanlarda qulluq keçən hərbi və ya xüsusi rütbəsi olan şəxslər, məhkəmə hakimləri, habelə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla); məcburi dövlət sosial sığortasına cəlb olunması nəzərdə tutulan seçkili ödənişli vəzifələrdə işləyənlər (Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları istisna olmaqla); istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlər; müəssisələrdə işə cəlb edilən hərbi qulluqçular; təbii fəlakətlərin qarşısının alınmasına və nəticələrinin aradan qaldırılmasına, habelə hərbi və fövqəladə vəziyyət rejimində işlərin yerinə yetirilməsinə cəlb edilən şəxslər; fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər bu Qanunun əsasında bağlanılan icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar. 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri; dövlət orqanları; hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər; seçkili orqanlar; fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər bu Qanuna əsasən icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi daşıyırlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. Həmin Məcəllənin 225-ci maddəsinin 2-ci bəndinə əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətlər müvafiq qanunvericiliklə tənzimlənir. Məhkəmə, tərtib edilmiş inzibati xəta haqqında protokolu nəzərdən keçirib, iş materiallarına və tərəflərin izahatlarına hüquqi qiymət verərək hesab edir ki, Şəki rayonu Kiçik Bələdiyyəsi Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və bu səbəbdən də Şəki rayonu Kiçik Bələdiyyəsinə həmin maddədə nəzərdə tutulmuş cərimə inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə iclasında tərəflərin vermiş olduğu izahatları və iş materiallarında olan sənədlərdən də, müəyyən edildi ki, Şəxs işçiləri istehsalatda bədbəxt hadisələr və peşə xətəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmalı olduqları halda sığortalanmamış, bundan başqa Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin X4 tərəfindən də, xəbərdarlıq edilməsinə baxmayaraq bələdiyyə işçilərini müəyyən edilmiş müddətə icbari sığortasını həyata keçirilməmişdir. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və digər diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-in 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilib, 5000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə də, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikasının İXM-in 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 5000 (beş min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-519/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-519/2024
12.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver