Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-52/2021 19.01.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X1, Şəki ŞRPŞ-nin İTB-nin, polis sahə rəisi, polis baş leytenantı X2 iştirakı ilə, xx xxx 1977-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Şəki şəhəri, Qoxmuq STF, 4/4 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ- dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə Protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 23:55 radələrində, Şəki şəhəri, S.Rəhman küçəsində ucadan səs-küy salaraq, polisin qanuni tələbinə qəsdən tabe olmamış və beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin İTB-nin, polis sahə rəisi, polis baş leytenantı X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 23:55 radələrində, Şəki şəhəri, S.Rəhman küçəsində ucadan səs-küy salaraq, ictimai qaydanı pozmuş, onu nizam-intizama dəvət edən polisin qanuni tələbinə qəsdən tabe olmamış və beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki, ilk qurduğu ailəsi dağılmış, yəni həyat yoldaşından boşanmış və 14 yaşında bir övladı var. Bundan sonra ikinci dəfə ailə qurmuşdur. O, xx.xx.2021-ci il tarixdə axşam radələrində 0,7 lirlik araq almış və yaşadığı evdə qəbul etmişdir. Daha sonra isə yaxın zamanlarda vəfat etmiş atası yadına düşmüş və atasının qəbrinə baş çəkmək üçün “Qax dayanacağı” adlanan ərazidə yerləşən qəbirstanlığa getmişdir. Orada atasının məzarının başında olarkən biraz kövrəlmiş, daha sonra isə qəbristandan çıxaraq üzü bazar istiqamətinə getmişdir. Bundan sonra nə baş verdiyini isə tam olaraq xatırlamır. Ola bilsin ki, küçədə ucadan səs-küy salmış və polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Etdiyi hər bir əməldən peşmandır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X4 izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən səmimi peşmanlıq çəkməsini nəzərə alaraq qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan şahidlər X6 və X3 izahatlarında bildirmişlər ki, Şəxs xx.xx.2021-ci il tarixdə gecə saatlarında Şəki şəhəri, S.Rəhman küçəsində “Gənclik” restoranının yaxınlığında ücadan ünvansız nalayiq söyüşlər söyməsini görmüş, ondan söyüş söyməməsini tələb etmiş və nizam intizama dəvət etmişlər. Lakin Şəxs onların tələblərinə tabe olmamış və öz qərəzli hərəkətlərini davam etdirmişdir. Buna görə də onu Şəki ŞRPŞ-nə gətirmişlər. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı, və Şəki ŞRPŞ-dən daxil olmuş materialla tam təsdiq edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-52/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-52/2021
19.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver