Məhkəmə qərarları › İş №3(075)-52/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-52/2022

24.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-52/2022 24.01.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşfiq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, X.X.1962-ci il tarixdə Ağdaş rayonu, Hacıallar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, hamiləliyi və himayəsində azyaşlı uşağı olmayan işləməyən, əlilliyi olmayan, məhkumluğu olmayan, Şəki rayonu, Kiçik Dəhnə kəndində yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə Şəki rayonu üzrə İcra şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şəki Rayon Məhkəməsinin 3(075)-585/2021 saylı, 12 noyabr 2021-ci il tarixli qərarı ilə təyin edilmiş 1500 manat cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyinə görə onun barəsində protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki rayonu üzrə İcra şöbəsi tərəfindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Şəki rayon Məhkəməsinin 3(075)-585/2021 saylı, 12 noyabr 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs AR İXM-nin 428.7.1-ci maddəsi ilə təqsirli bilinib 1500 manat cərimə olunmuşdur. İcra sənədi 25.11.2021-ci ildə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək icraata başlamaq haqqında qərar qəbul edilərək surəti bildirişlə bərabər borcluya göndərilmişdir. Lakin borclu tərəfindən könüllü verilmiş müddətdə, nə də inzibati cərimənin ödənilməsi üçün qanunla müəyyən olunmuş müddətdə cərimə ödənilməyərək icra sənədinin icrası təmin edilməmiş, cərimə məbləği ödənilməmiş qalmışdır. Eyni zamanda borcluya xəbərdarlıq göndərilmiş, xəbərdarlıqda icra sənədinin icrası tələb olunmuş, cəriməni ödəmədiyi halda barəsində AR İXM-nin 529.2-ci maddələri ilə protokol tərtib edilərək məhkəməyə göndəriləcəyi nəzərinə çatıdırlmışdır. Borclu cəriməni qanunla müəyyən olunmuş vaxtda ödəməmiş, həmçinin icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Eyni zamanda borclunun adına pul vəsaitlərinin və bank hesablarının olub-olmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olub-olmaması barədə isə müvafiq orqanlara sorğular göndərilmişdir. Lakin borclunun adına heç bir pul vəsaiti və daşınar, daşınmaz əmlak, təsərrüfatında mal-qara aşkar edilməmişdir. Borclu Şəxs 24.01.2022-ci il tarixdə şöbəyə gətirilmişdir. Şöbədə olarkən borclunun izahatı alınmış, borclu izahatında cərimə məbləğini imkanı olmadığı üçün ödəmədiyini, gələcəkdə ödəyəcəyini bildirmişdir. Göstərilənlərə əsasən borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokolu müdafiə edir. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəki rayon Məhkəməsinin 3(075)-585/2021 saylı, 12 noyabr 2021-ci il tarixli icra sənədinə əsasən ondan 1500 manat məbləğində inzibati cərimə alınaraq dövlət büdcəsinə ödənilməlidir. İcra sənədlərindən məlumatı vardır. İşləmədiyi üçün və maddi imkanının olmadığı üçün ona təyin edilmiş cəriməni ödəyə bilməmişdir. Bildirmişdir ki, onun hazırda tələb olunan cəriməni ödəməyə maddi imkanı yoxdur. Gələcəkdə işləyib cəriməni ödəyəcəkdir. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə 160 saatdan 240 saatadək ictimai işlər, işin hallarına görə və xəta törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə 3 ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni və dəbbə pulunu inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. İXM-nin 28.3-1-ci maddəsinə görə məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Beləliklə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatı və Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialla tam təsdiq edildi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirli bilinib onun barəsində inzibati qaydada 180 saat ictimai işlər tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar