Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-520/2020 25.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Şikayətçi: X1 iştirakı ilə, Şikayətçi X1 inzibati tənbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli, MN № ******* nömrəli qərarın ləğv olunması və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati tənbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli, MN № ******* nömrəli qərarın ləğv olunması və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi X4 məhkəmə iclası zamanı ərizəni müdafiə edərək izahatında göstərdi ki, o, Şəki şəhərində fəaliyyət göstərən "Ekonom" marketdə satıcı vəzifəsində işləyir. Karantin rejimində işə gedib-gəlmək və iş prosesi zamanı hərəkəti təmin etmək məqsədi ilə, müəyyən edilmiş qaydalara uyğun olaraq e-icazə.gov.az saytından rəsmi qeydiyyatdan keçməklə fəaliyyətinə davam etmişdir. xx xxxx 2020-ci il tarixdə, saat 08:35 -də işə gedərkən Şəki şəhəri ərazisində Şəki ŞRPŞ-nin əməkdaşları icazəsinin olub-olmadığını yoxlamaq məqsədi ilə sənədlərini tələb etmişlər. O da sənədlərini təqdim etmişdir. Polis əməkdaşları adının sistemdə olmadığını bildirərək, ona İXM-nin 211-ci maddəsi ilə protokol yazacaqlarını bildirmişlər. O isə bildirmişdir ki, icazəsi var, nə isə anlaşılmazlıq var. Gətirdiyi əsaslara baxmayaraq polis əməkdaşları protokol tərtib etmişlər. Protokolun surəti isə ona verilməmişdir. Həmin Polis əməkdaşları özlərini təqdim etməmişlər. Bu səbəbdən adlarını bilmirə. Bununla bağlı dərhal müvafiq orqanlara məlumat verməklə Şəki ŞRPŞ-nə də İXM- nin 53.0.2-ci və 105-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini də xahiş etmişdir. Tez bir zamanda icazə portalında icazəsi bərpa olunsa da, təəssüflər olsun ki, Şəki ŞRPŞ-nə ünvanladığı müraciətinə dair hər-hansı bir cavab gəlməmişdir. xx xxxxxx 2020-ci il tarixdə yaşadığı ünvana Şəki ŞRPŞ-dən xx xxxxxx 2020-ci il tarixli 189-18490-1220 nömrəli məktub gəlmişdir. Məktubda barəsində inzibati «ptotokol tərtib edilərək, 200 manat məbləğində cərimə» edilməyi qeyd edilmişdir. xx xxxx 2020-ci il tarixdən Şəki rayonu da daxil olmaqla bir çox inzibati-ərazi vahidlərində sərt karantin rejim qaydaları tətbiq edilməyə başlamışdır. Xüsusi karantin rejimi qaydalarının daha da səmərəli tətbiq edilməsi məqsədi ilə e-icazə.gov.az saytında yenilənmələr aparılan zamanı texniki səbəblərə görə, səhvən ölkə ərazisində fəaliyyət göstərən bütün özəl və dövlət müəssisələrində işləyən işçilərin icazələri portalda öz əksini tapmamışdır. Yəni, sistem üzərindən icazəsinin görsənməməsi ondan asılı olmamışdır. Bütün ölkəni əhatə edən bir səhv olmuşdur. O da bu səhvin qurbanı olmuşdur. Hesab edir ki, qeyd olunan qərar qanunsuz və əsassız olduğu üçün ləğv olunmalıdır. Şikayəti müdafiə edir. Şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Şəki ŞRPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Sədrlik edən hakim Şəki ŞRPŞ-nin nümayəndəsi iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X7 tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, MN-0626156 saylı inzibati tənbeh vermə haqqında qərarının təsdiq edilmiş surətindən görünür ki, X4 xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat cərimə olunmuşdur. İş materialına əlavə edilmiş “icaze.e-gov.az” portalından çıxarılmış icazələrin alınması və monitorinqi sistemindən arayışdan görünür ki, “Ekonom market”də satıcı vəzifəsində işləyən X2 xx xxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək xidməti icazə verilmişdir. İş materialına əlavə edilmiş əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X4 xx xxxx 2020-ci il tarixdə marketə satıcı vəzifəsinə təyin edilmişdir. Məhkəmə şikayətçinin izahatını dinlədikdən sonra iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayətçinin şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin məcəllənin 134.1.3-cü naddəinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İş materiallarından məlum olunur ki, X1 qızı xx xxxx 2020-ci il tarixdə marketə satıcı vəzifəsinə təyin edilməklə fəaliyyət göstərmək üçün icazəsi olmuş, verilən icazələr ləğv olunduğundan, ona yenidən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək fəaliyyət göstərmək üçün icazə verilmişdir. Ümumiyyətlə hamıya bəllidir ki, xx xxxx 2020-ci il tarixdə Respublikanın bəzi rayonlarında olduğu kimi Şəki şəhəri ərazisində karantin rejiminin müddəti uzadılarkən 5 və x xxxx 2020-ci il tarixlərində bütün hüquqi və fiziki şəxslərə verilmiş icazələr portalda dayandırılmış, lakin xx xxxx 2020-ci il tarixdən icazələr portala yerləşdirilmişdir. Göründüyü kimi X1 xx xxxx 2020-ci il tarixdən öncə və sonra üçün Şəki şəhəri üzrə fəaliyyət göstərmək üçün icazəsi olmuşdur. Lakin yalnız xx xxxx 2020-ci il tarixdə bütün hüquqi və fiziki şəxslərə, o cümlədən X3 verilmiş icazələr portalda dayandırılmış və X1 barəsində əsassız olaraq inzibati xətaya dair protokol tərtib edilmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN-0643589 nömrəli protokoldan və onun əsasında qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, MN-0626156 nömrəli inzibati tənbeh verilməsi haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X1 barəsində tərtib edilmiş tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN-0643589 nömrəli protokoldan və onun əsasında qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, MN-0626156 nömrəli inzibati tənbeh verilməsi haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-520/2020
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-520/2020
25.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver