Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-520/2021 21.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə, xx xxxxx 1954-cü ildə Dağıstan Muxtar Respublikası, Rutul kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Qax rayonu, Üzümlü kəndində qeydiyyatda olan, hazırda Şəki rayonunun Küdürlü kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPX Alayından daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs 03.10.2021-ci il tarixdə at arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə, zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması halına (hallarına) yol vermişdir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPX Alayına məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPX Alayının nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. İş materiallarına əlavə edilmiş 03.10.2021-ci il tarixli, İXP-4230143 saylı protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 03.10.2021ci il tarixdə Şəki rayonu ərazisində mal-qaranı yollardan xüsusi olaraq ayrılmayan yerlərdən keçirərək, zərərçəkmiş şəxsə maddi zərər vurduğuna görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, 05.10.2021-ci il tarixdə, saat 18:00 radələrində özünə məxsus qoyun sürüsünü otlaq sahəsindən evə apararkən apararkən, asvalt örtüklü dayanacağdan keçirərkən Şəki rayonu istiqamətinə hərəkət edən “Mercedes” markalı, **- OP-*** dövlət nömrə nişanlı avtomobil yüksək surətlə gələrək qoyun sürüsünü vurmuşdur. Nəticədə həmin sürüdən 6 qoyun ölmüş, 2-si isə ölümcül yaralanmışdır. Bununla da ona maddi zərər dəymişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və onları Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPX Alayının YPX postuna gətirmişlər. Orada ona 80 manat məbləğində cərimə olunacağı bildirilmiş və o barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu imzalamışdır. Qanuna müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı, həmçinin Şəki ŞRPŞ-dən daxil olmuş materialla təsdiq olundu. Belə ki, işdə olan zərərçəkmiş şəxs X1 05.10.2021-ci il tarixli izahatından görünür ki, 05.10.2021-ci il tarixində etibarnamə ilə idarə etdiyi “Mercedes” markalı, **-OP-*** dövlət nömrə nişanlı avtomobil ilə Mingəçevir şəhərindən Şəki şəhərinə gedərkən Şəki giriş yolunun ikinci kilometirində saat 18:08 radələrində Küdürlü kəndinin yol ayrıcında avtobus dayanacağının arxasından qəflətən qoyun sürüsü, sahibi sürünün arxasında olmaqla yolun hərəkət hissəsinə çıxmış və o, bütün imkanlardan istifadə etsə də, məsafə yaxın olduğundan, yağmurlu hava şəraitində avtomobili saxlaya bilməmiş, həmin qoyun sürüsündən 6 baş qoyunu vurmuş və qoyunlar tələf olmuşdur. Hadisə baş verən zaman xəsarət alan olmamış, lakin avtomobilinə maddi ziyan dəymişdir. Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinə əsasən, bu Məcəllənin 338.4- 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, Şəxs 03.10.2021-ci il tarixdə saat 18:00 radələrində, qoyunları yollardan xüsusi olaraq ayrılmayan yerlərdən keçirərkən həmin qoyunlar X2 məxsus avtomobilə çırpılmış və nəticədə X2 maddi zərər dəymişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi vardır. Bu səbəbdən də məhkəmə Şəxsna Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinib, 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-520/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-520/2021
21.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver