Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-520/2023 18.07.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, X15 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında qərar qəbul edilən şəxs X5 iştirakları ilə X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən barəsində qəbul edilmiş 25 may 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində X15 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən qəbul edilmiş 25 may 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X10 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Şəki-Zaqatala regional şöbəsinin 25 may 2023-cü il tarixli, ******* nömrəli qərarın əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 3500 (üç min beş yüz) manat məbləğində cərimə olunmaqla, barəsində inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Hesab edir ki, qərar ona rəsmi qaydada xx.xx.2023-cü il tarixdə təqdim edildiyindən İXMdə nəzərdə tutulmuş şikayət müddətini ötürməmişdir. Hesab edir ki, qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin 01 fevral 2023-cü il tarixli 20-k nömrəli əmri ilə X1 Bədəlov adına şəhər Folklor evi, Cəfərabad kənd Diyarşünaslıq klubu və X21 klubunda fəaliyyət göstərən Rəqs dərnəyinin rəhbəri kimi işə götürülmüşdür. X13 Bədəlov adına şəhər Folklor evində Cəfərəbad kənd Diyarşünaslıq klubunda “Rəqs” dərnəyinin rəhbəri olaraq 2022-ci ilin noyabr ayından və X21 klubunda isə 2023-cü ilin fevral ayından çalışır. Üç müəssisədən dərnək müddəti ərzində toplanan vəsait M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzindən 620 manat X16 İdarəsinin bank hesabına köçürülmüşdür. Ümumilikdə rəqs dərnəyi dövründə 880 manat vəsait toplanmışdır. Toplanmış vəsaitdən akt şəklində dərnək rəhbərinə 260 manat nağd formasında ödənilmişdir. Ümumi məbləğin (880 manat) 50 (əlli) faizi dərnək rəhbərinə nağd vasitəsi ilə ödənilən məbləğ və qanunvericiliyə uyğun tutulmalar nəzərə alınmaqla Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən xüsusi vəsaitlə bağlı smeta 2023-cü ilin may ayında təsdiq olunandan sonra qalıq məbləğ müvafiq olaraq Nurəli Ramazanova ödənilib. Göstərmişdir ki, 2023-cü ilin fevral ayının 1dən həmin dərnəklərlə müqavilə bağlanılmışdır. Əmək müqaviləsi bağlanana qədər isə yığılmış vəsaitin təfərrüatlarını sənədləşdirmişlər. Müvafiq məsələ ilə bağlı dərnək rəhbəri Nurəli Ramazanov tərəfindən X9 şikayət olunmuşdur. X8 Şəki-Zaqatala Regional şöbəsindən X16 İdarəsinə 26 aprel 2023-cü il tarixli, 3-17-5/2-14181/2023 nömrəli məktubuna əsasən Nurəli Ramazanova aid sənədlərin təsdiq olunmuş surətləri tələb olunmuşdur. Tələb olunan sənədlərin (dərnəklərin tabelləri, ödənişlə bağlı tərtib olunmuş aktlar, ödəmə qəbzləri, dərnəklərin yoxlanılması vəziyyəti ilə bağlı aktlar, dərnək jurnalları Nurəli Ramazanovun əmək müqaviləsi, işə qəbul əmri) surətləri verilmişdir. X14 adına şəhər Folklor evinin, X21 və Cəfərabad kənd Diyarşünaslıq klublarının rəhbərləri X8 Şəki-Zaqatala Regional şöbəsinə dəvət olunaraq müzakirə olunan məsələ ilə bağlı izahatları alınmışdır. Bildirmişdir ki, M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin seminar-müşavirələrində dərnəklərin fəaliyyəti ilə bağlı dəfələrlə deyilib ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən xüsusi vəsaitlə bağlı smeta hələ təsdiq olunmayıb. Mərkəzin tabeliyində fəaliyyət göstərən Nurəddin Bədəlov adına şəhər Folklor evi, Cəfərabad kənd Diyarşünaslıq klubu bu sözlərinə məhəl qoymadan 2022-ci ilin noyabrında “Rəqs” dərnəyinin rəhəbri kimi Nurəli Ramazanovu əmək müqaviləsiz işlədiblər. Mərkəz tərəfindən dəfələrlə deməklərinə baxmayaraq “Rəqs” dərnəyi fəaliyyətini dayandırmamışdır. Lakin nə qərarda, nə də qərar üzrə tərtib edilmiş protokolda ondan asılı olmayan səbəblərdən onun konkret hansı inzibati xətanı törətdiyi göstərilməmiş, formal olaraq İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qeyd olunmuşdur. Lakin inzibati tənbeh tətbiq edilərkən yuxarıda qeyd olunan halların heç biri məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmamışdır. Göründüyü kimi, səlahiyyətli orqan barəsində inzibati tənbeh tətbiq edərkən yuxarıda qeyd olunan, halları nəzərə almamış, məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq inzibatı tənbehin aşağı həddini tətbiq etməmişdir. Odur ki, 25 may 2023-cü il tarixli, MN ******* saylı qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında izahat verən X2 ərizəni müdafiə edərək təmin edilməsini, rəhbərlik tərəfində ona şifahi olaraq dərnəklərin açılmasına icazə verildiyindən rəsmi olaraq mərkəzdən icazə almamış dərnək işlətmişdir. Ona görə də, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Şəki- Zaqatala regional şöbəsi tərəfindən barəsində qəbul edilmiş 25 may 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin nümayəndəsi X11 bildirmişdir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilən şəxs X10 mərkəzdən icazə almamış dərnək işlətmişdir. Yanvar ayında həmin dərnəyə əmək müaviləsi ilə Nurəli Ramazanovu işə qəbul etmişdir. Lakin pul yığıb maaşları verə bilmədiyi üçün hazırki dördə Dərnəyi bağlanmışdır. Əgər pulu ver bilmirdi sə, oktyabr, noyabr aylarında həmin dərnəyi bağlaya bilərdi. Şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən zəruriliyi nəzərə alınaraq 25 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın, həmçinin həmin qərarın qəbul olunmasına əsas olmuş sənədlər X15 Xidmətinin Şəki-Zaqatala regional şöbəsidən tələb olunaraq araşdırılmışdır. İş materiallarında olan X15 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən qəbul edilmiş 25 may 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3500 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan X6 tərəfindən yazılmış 31 mart 2023-cü il tarixli ərizədən görünür ki, X6 həmin ərizəsində 2022-ci ilin noyabr ayından 01 aprel 2023-cü il tarixədək Nurəddin Bədəlov adına şəhər Folklor evi, Cəfərabad kənd Diyarşünaslıq klubu və X21 klubunda fəaliyyət göstərən Rəqs dərnəyinin rəhbəri kimi işləsə də, bu günədək ona çatacaq əmək haqqını ala bilmədiyi, həmçinin dəfələrlə təhqir olunduğu üçün dərnəyi buraxdığını qeyd etmişdir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. X2 şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayətin ərizəsinə əlavə etməmiş və o, məhkəmə icraatı zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 49-cu maddəsinin 1-2-ci hissəsinə əsasən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 49-cu maddəsinin 3-cü hissəsinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. İş materiallarından göründüyü kimi X3 Ramazanovu 2022-ci ilin noyabr ayından xx.xx.2023-cü il tarixədək M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin tabeliyində olan klublarda əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Bu hal X6 tərəfindən X15 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinə ünvanladığı ərizəsində də öz əksini tapır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X5 şikayət ərizəsi iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci mаddəsinə əsasən inzibаti xətа hаqqındа iş üzrə qərаrdаn verilən şikаyət və yа prоtest bаxıldıqdа, qərarın dəyişdirilmədən, şikayət və protestin isə təmin edilmədən saxlanılması haqqında qərаr qəbul edilir. Beləliklə məhkəmə, X2nun şikayətinin dəlilləri ilə razılaşmır və ona görə də, onun şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən qəbul edilmiş 25 may 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-520/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-520/2023
18.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver