Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-520/2024 10.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs 14 fevral 2024-cü il tarixdə Şəki rayon, Şəki kəndində yaşadığı evdə müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan qanunsuz mülki silahı saxladığı üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki ŞRPŞ-nin Sarıca PBdən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş Şəki ŞRPŞ-nin Sarıca PB-nə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazimi qaydada məlumat verilməsinə baxmayaraq, Şəki ŞRPŞ-nin Sarıca PB məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, Şəxs məhkəmə iclasına gəlməmişdir. İş materiallarına əlavə edilməklə tədqiq edilmiş; Azərbaycan Repsublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsinin 17/244 nömrəli, 18 mart 2024-cü il tarixli ekspert rəyinin nəticəsindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd 16 kalibrli, “İJ 18E” modelli, zavod üsulu ilə hazırlanmış, patronun uzunluğu 70 mm olan, “B 75333” nömrəli, daxili çaxmaqlı, yivsiz, təklülə ov tüfənginin nasaz vəziyyətdə olan odlu ov silahıdır. Şəki ŞRPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Ülvi Nəzərlinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, HK-1/37 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti şöbənin aidiyyatı üzrə xidmət sahəsinə göndərilməsi qərara alınmışdır. Şəxs izahatından görünür ki, o,təxminən 10 il bundan əvvəl vəfat edən babasından ona sənədsiz ov tüfəngi qaldığını, həmin sənədsiz ov tüfəngini evində saxladığını, xx.xx.2024-cü il tarixdə polis əməkdaşlarının evinə gəldiyini, silahı onlara verdiyini qeyd etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, Şəxs qeyd olunan hərəkətləri Şəki ŞRPŞ-nin Sarıca PB-dən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf etməsini və əməlindən peşman olması (İXM 32.1.1) məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi və silahın müsadirə edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində inzibati cərimə edilsin. İş üzrə Şəki şəhər-rayon Polis Şöbəsində saxlanılan 1 ədəd 16 kalibrli, “İJ 18E” modelli, zavod üsulu ilə hazırlanmış, patronun uzunluğu 70 mm olan, “B 75333” nömrəli, daxili çaxmaqlı, yivsiz, təklülə ov tüfəngi dövlət nəfinə müsadirə edilsin. Qərarın İcrası Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ceyhun Əhmədov
Məhkəmə qərarları › İş №3(075)-520/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-520/2024
10.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver