Məhkəmə qərarları › İş №3(075)-520/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-520/2025

15.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-520/2025 15.08.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Cəfərova Şəfəq Natiq qızının sədrliyi, X4 oğlunun katibliyi, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X6 Vəkil Bürosunun (vəkili) Vəkil iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 08 avqust 2025-ci il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki Rayon Məhkəməsinin e-2(075)-328/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu Şəxs 640 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şəki Rayon Məhkəməsinin e-2(075)-2090/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu Şəxs 1489 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Hazırki tarixədək icra sənədləri üzrə borlcu Şəxs icra sənədləri üzrə ödəməli olduğu borcdan "xxxx" MMC-nin xeyrinə 350 manat ödəniş edib, "xxxx" MMC-nin xeyrinə heç bir ödəniş etməmişdir. Şəki Rayon Məhkəməsinin e- 2(075)-328/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 290 manat, Şəki Rayon Məhkəməsinin e-2(075)-2090/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 1523.89 manat olmaqla ümumilikdə 1813.89 manat məbləğində borc mövcuddur. Qeyd olunan icra sənədləri üzrə müvafiq olaraq xx.xx.2023-cü il tarixli vı xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin kpnüllü icrası üçün borclu Şəxs bildiriş göndərilmiş, lakin icra sənədləri üzrə tələb borclu tərəfindən könüllü icra edilmədiyi üçün dəfələrlə xəbərdarlıqlar edilmişdir. Lakin icra sənədləri üzər tələbin icrası tam şəkildə təmin edilməmişdir. xx.xx.2025-ci il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilən Şəxs verdiyi izahatında hal-hazırda borc məbləğini ödəyə bilməyəcəyini bildirmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, qalıq borcunu birdəfəlik ödəməyə maddi imkanı yoxdur. Məhkəmədən iş üzrə qanuni qərarın çıxarılmasını xahiş etmişdir. X6 Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün və icra məmurunun izahatları və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. İş materiallarına əlavə edilmiş; Şəki Rayon Məhkəməsinin e-2(075)-328/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, borclu Şəxs 640 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şəki Rayon Məhkəməsinin e-2(075)-2090/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, borclu Şəxs 1489 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Şəki Rayon Məhkəməsinin e-2(075)-328/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli borclunun axtarışı haqqında qərarlarından görünür ki, icra sənədi üzrə borclu Şəxs yaşadığı yer müəyyən edilmədiyi üçün onun barəsində axtarış elan edilmişdir. Borclunun adına tələbin yönəldilə biləcəyi əmlakının, bankda pul vəsaitinin olub olmaması barədə müvafiq orqanlara sorğular edilmiş, lakin borclunun adına tələbin yönəldilə biləcəyi əmlakı, bankda pul vəsaiti aşkar edilməmişdir. Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, X5 məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra vərəqənin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Şəxs iş üzrə təyin edilmiş 08 avqust 2025-ci il tarixli məhkəmə iclasında yaranmış borc üzrə ödəniş etmək üçün vaxt verilməsini məhkəmədən xahiş etmiş, məhkəmə onun xahişini nəzərə alaraq məhkəmə iclasını təxirə salmışdır. Lakin Şəxs məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə tərəfindən Şəxs qərarı ilə məhkəmə iclasına məcburi qaydada gətirilmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericilikin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikasını İXM- 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsi məqsədə uyğun hesab edilir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasinda olan inzibati cərimə tənbeh növünün Şəxs tətvbiq edilməsi onun qanunlara əməl edilməsi ruuhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 15 avqust 2025-ci il tarixdən, saat 11:30 radələrində Şəki şəhər-Rayon Polis şöbəsi tərəfindən saxlanılaraq müəyyən prosessual hərəkətlər həyata keçirilərək məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs 15 avqust 2025-ci il tarixdən, saat 11:30 radələrində Şəki şəhər-Rayon Polis şöbəsi tərəfindən saxlanıldığı üçün öz mülahizəsinə görə tərk edə bilməməsi və polis əməkdaşları tərəfindən müşayiət edilməsi bir daha təsdiq edir ki, Şəxs saxlanıldıqdan sərbəst olmamışdır. Bu baxımdan da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli Şəki şəhər-Rayon Polis şöbəsi tərəfindən saxlanıldığı vaxtdan, yəni 15 avqust 2025-ci il tarixdən, saat 11:30-dan hesablanmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 12 (on iki) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 15 avqust 2025-ci il tarixdən saat 11:30-dan hesab edilsin. Qərarın icrası Şəki Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Şəfəq Cəfərova AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004, Tel: 244-70-13, Faks: (024) 244-30-70 www.shakicourt.gov.az Elektron ünvan Cavab verərkən bizim nömrəyə istinad edin: İş № 3 (075)-520/2025 15 avqust 2025-ci il Şəki ŞRPŞ-nin rəisi, polis polkovniki cənab Elnur Həsənova İnzibati xəta edən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Şəki Rayon Məhkəməsinin 3 (075)-520/2025 nömrəli, 15 avqust 2025-ci il tarixli qərarı icra edilməsi üçün Sizə göndərilir. Qoşma: 1) Qərar-“ 04 “ vərəqə 2) Portaldan çıxarış Hakim Şəfəq Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar