Məhkəmə qərarları › İş №3(075)-521/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-521/2021

13.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-521/2021 13.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki rayon Məhkəməsinin hakimi İmanov Cahid Fehruz oğlu, X1 barəsində Şəki ŞRPŞ tərəfindən qəbul edilmiş qərarın onun üzərindən götürülməsi barədə şikayət ərizəsinə baxaraq, Müəyyən etdim: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş xətanın onun üzərindən götürülməsini xahiş etmişdir. X3 şikayət ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İXMnin 157-ci maddəsində nəzərdə tutulmuş xətanın onun üzərindən götürülməsini xahiş etsə də, şikayət ərizəsinə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu və onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı yox, Azərbaycan Respublikasının DİN-in Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı X5 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 31 iyul 2021-ci il tarixli qərarının surətini əlavə etmişdir. Buna görə də ərizəçiyə şikayət ərizəsinə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu və onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı əlavə etməklə həmin qərardan və yaxud Azərbaycan Respublikasının DİN-in Şəki ŞRPŞnin TB-nin təhqiqatçısı, polis leytenantı X5 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 31 iyul 2021-ci il tarixli qərarından şikayət verməsi tövsiyyə olunur. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizəçi X2 Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş xətanın onun üzərindən götürülməsi barədə şikayət ərizəsi geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 114, 134 və 135-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Ərizəçi X2 Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş xətanın onun üzərindən götürülməsi barədə şikayət ərizəsi geri qaytarılsın. Hakim Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar