Məhkəmə qərarları › İş №3(075)-522/2020

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-522/2020

23.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-522/2020 23.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi ilə, Ərizəçi X1 Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X3 tərəfindən barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X4 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X3 tərəfindən barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X4 və qərarından şikayət verilmiş Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X3 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakları olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş şikayətçi X4 məhkəmə iclası zamanı ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, o, Şəki şəhərində fəaliyyət göstərən “Ekonom” marketdə satıcı vəzifəsində işləyir. Karantin rejimində işə gedib-gəlmək və iş prosesi zamanı hərəkəti təmin etmək məqsədi ilə, müəyyən edilmiş qaydalara uyğun olaraq icaze.e-gov.az saytından rəsmi qeydiyyatdan keçməklə fəaliyyətinə davam etmişdir. xx xxxx 2020-ci il tarixdə, saat 08:30-da işə gedərkən Şəki şəhəri ərazisində Şəki ŞRPŞ-nin əməkdaşları icazəsinin olub-olmadığını yoxlamaq məqsədi ilə sənədlərini tələb etmişlər. O da sənədlərini təqdim etmişdir. Polis əməkdaşları adının sistemdə olmadığını bildirərək, ona İXM-nin 211-ci maddəsi ilə protokol yazacaqlarını bildirmişlər. O isə bildirmişdir ki, icazəsi var, nə isə anlaşılmazlıq var. Gətirdiyi əsaslara baxmayaraq polis əməkdaşları protokol tərtib etmişlər. Protokolun surəti isə ona verilməmişdir. Həmin polis əməkdaşları özlərini təqdim etmədiklərindən adlarını bilmir. Bununla bağlı dərhal müvafiq orqanlara məlumat verməklə Şəki ŞRPŞ-nə də İXM-nin 53.0.2-ci və 105-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini də xahiş etmişdir. Tez bir zamanda icazə portalında icazəsi bərpa olunsa da, təəssüflər olsun ki, Şəki ŞRPŞ-nə ünvanladığı müraciətinə dair hər hansı bir cavab gəlməmişdir. xx xxxxxx 2020-ci il tarixdə yaşadığı ünvana Şəki ŞRPŞ-dən xx xxxx 2020-ci il tarixli 189-16821- 1220 nömrəli məktub gəlmişdir. Məktubda barəsində «inzibati protokol tərtib edilərək 200 manat məbləğində cərimə edilməsi» qeyd edilmişdir. xx xxxx 2020-ci il tarixdən Şəki rayonu da daxil olmaqla bir çox inzibati-ərazi vahidlərində sərt karantin rejim qaydaları tətbiq edilməyə başlamışdır. Xüsusi karantin rejimi qaydalarının daha da səmərəli tətbiq edilməsi məqsədi ilə icaze.e-gov.az saytında yenilənmələr aparılan zamanı texniki səbəblərə görə, səhvən ölkə ərazisində fəaliyyət göstərən bütün özəl və dövlət müəssisələrində işləyən işçilərin icazələri portalda öz əksini tapmamışdır. Yəni, sistem üzərindən icazəsinin görünməməsi ondan asılı olmamış, bütün ölkəni əhatə edən bir səhv olmuşdur. O da bu səhvin qurbanı olmuşdur. Hesab edir ki, qeyd olunan qərar qanunsuz və əsassız olduğu üçün ləğv olunmalıdır. Şikayəti müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə olan Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X3 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının təsdiq edilmiş surətlərindən görünür ki, X4 xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat inzibati cərimə olunmuşdur. İş materialına əlavə edilmiş icaze.e-gov.az portalından çıxarılmış icazələrin alınması və monitorinqi sistemindən arayışdan görünür ki, “Ekonom market”də satıcı vəzifəsində işləyən X2 xx xxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək xidməti icazə verilmişdir. İş materialına əlavə edilmiş əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X4 xx xxxxx 2020-ci il tarixdə “Ekonom market”ə satıcı vəzifəsinə təyin edilmişdir. Məhkəmə şikayətçinin izahatını dinlədikdən sonra iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayətçinin şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 134.1.3-cü naddəinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın xx xxxx 2020-ci il tarixli qərarına əsasən koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 avqust saat 00:00-dək uzadılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın xx xxxx 2020-ci il tarixli qərarına əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 20 iyul saat 06:00-dək məhdudiyyətlər tətbiq edilmişdir. Bu müddətdə fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində şəxslərin hərəkəti icaze.e-gov.az portalında icazə aktivləşdirildikdən sonra mümkün olmuşdur. İş materiallarından məlum olunur ki, X4 xx xxxxx 2020-ci il tarixdə “Ekonom market”ə satıcı vəzifəsinə təyin edilməklə icazəsi olmuş və xx xxxx 2020 və xx xxxx 2020-ci il tarixlərdə verilən icazələr ləğv olunduğundan, ona yenidən 07 iyul -ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək fəaliyyət göstərmək üçün icazə verilmişdir. Ümumiyyətlə hamıya bəllidir ki, xx xxxx 2020-ci il tarixlərində Respublikanın bəzi rayonlarında olduğu kimi Şəki şəhərində karantin rejiminin müddəti uzadılarkən 5 və x xxxx 2020-ci il tarixlərində bütün hüquqi və fiziki şəxslərə verilmiş icazələr portalda dayandırılmış, lakin xx xxxx 2020-ci il tarixdən icazələr portala yerləşdirilmişdir. Göründüyü kimi X1 xx xxxx 2020-ci il tarixdən öncə və sonra üçün, yəni Şəki şəhəri üzrə fəaliyyət göstərmək üçün icazəsi olmuşdur. Lakin yalnız xx xxxx 2020-ci il tarixdə bütün hüquqi və fiziki şəxslərə, o cümlədən X2 verilmiş icazələr portalda dayandırılmış və X1 barəsində əsassız olaraq inzibati xətaya dair protokol tərtib edilmişdir. Buna görə də Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X3 tərəfindən X1 barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz hesab edilərək ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X3 tərəfindən X1 barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz hesab edilərək ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar