Məhkəmə qərarları › İş №3(075)-522/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-522/2023

22.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-522/2023 22.06.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1980-ci il tarixdə Şəki rayonu, Suçma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sahələrarası Nəqliyyat və Kompleks mexaniki təminat idarəsində sürücü vəzifəsində işləyən, Şəki rayonu, Suçma kəndində pasport qeydiyyatında olmaqla, həmin kənddə yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs 07 yanvar 2023-cü il tarixdə hər hansı icazə sənədi olmadan “TO3“ markalı, 16 kalibrli, “20583” nömrəli qoşa lüləli yivsiz ov tüfəngini Vaz 2107 markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlaması səbəbindən inzibati qaydanı pozmuşdur. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki ŞRPŞ-dən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş Şəki ŞRPŞ-nə məlumat verilməsinə baxmayaraq, Şəki ŞRPŞ məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahat verərək bildirdi ki, onun barəsində 31 may 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 590.2 maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həqiqətən də protokolda qeyd olunan ov tüfəngi ona məxsusdur. Bir daha bu cür hərəkətlərə yol verməyəcəyinə söz verir. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Şəki ŞRPŞ-nin X2 rəisi vəzifəsini müvəqqəti icra edən, polis mayoru X1 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 31 may 2023-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati təsir tədbirlərinin görülməsi üçün xəta haqqında iş üzrə icraata başlanması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Şəki ŞRPŞ-nin Təhqiqat BölməsininTəhqiqatçısı, polis baş leytenantı Nica Nərimanlının cinayət işinin başlanmasının rəd edilməsi haqqında 25 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Şəki ŞRPŞ-də toplanmış HK-1/52 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilsin və Şəxs barəsində qanuni tədbir görülməsi üçün qərarın surəti şöbənin aidiyyatı üzrə xidmət sahəsinə göndərilsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Şəki ŞRPŞ-nin X2 sahə rəisi, polis baş leytenantı Cavid Əzizlinin inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 17 fevral 2023-cü il tarixli qərarından görünür ki, Şəxs yerinin müəyyən edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati təsir tədbirlərinin görülməsi üçün inzibati xəta haqqında iş üzrə icraata başlanması qərara alınmışdır. İş materiallarında olan Şəxs tərəfindən verilmiş 25 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Vaz 2107 markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxladığı “TO3“ markalı, 16 kalibrli, “20583” nömrəli qoşa lüləli yivsiz ov tüfəngini Şəki Rayon Prokurorluğuna aparılan araşdırma zərurəti ilə əlaqədar araşdırmaya təqdim etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, Şəxs qeyd olunan hərəkətləri məhkəmə iclasında verdiyi izahatı, Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf etməsini və əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi və silahın müsadirə edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində inzibati cərimə edilsin. İş üzrə Şəki şəhər-rayon Polis Şöbəsində saxlanılan “TO3“ markalı, 16 kalibrli, “20583” nömrəli qoşa lüləli yivsiz ov tüfəngi dövlət nəfinə müsadirə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar