Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-522/2025 12.08.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, Səmədova Gülsüm Nəsir qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs İsmayılova (Hümmətova) Günel İlqar qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Şəki rayonu, Oxud kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx olan, evli, orta təhsilli, "xxxx" MMC-də fəhlə işləyən, Şəki rayonu, Oxud kəndində ünvanında qeydiyyatda olmaqla, Qax rayonu, Tasmalı kəndində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Şəki Rayon Məhkəməsinin 2(075)-179/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədini icra etmədiyinə və icra məmurunun qanuni tələblərinə əməl etməkdən qərəzli olaraq boyun qaçırdığına görə Şəki Rayon İcra və Probasiya Şöbəsi tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İştirak etdiyi məhkəmə iclası zamanı Şəki rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 izahatında göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-179/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 160 (yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment Şəxs X3 xeyrinə tutulmalıdır. İcra sənədinin icrası ilə əlaqədar müəyyən icra hərəkətləri edilmiş, sorğular verilmiş, cavablar alınmışdır. Borcluya “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin tələbləri izah edilmiş və icra sənədinin icrası tələb olunmuş, əks halda barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Borclunun hazırda 3480 manat aliment borcu vardır. İmkanı olmadığını bildirir. qərəzli olaraq təmin edilməmişdir. Göstərilənlərə əsasən borclu Azərbaycan Respublikası Azərbaycan Respublikasının İXMin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Buna görə də onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs İsmayılova (Hümmətova) Günel İlqar qızı məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, borclu borcundan bu gün 1000 (min) manat ödəmişdir. O, borclunun həbs və ya cərimələnməsini istəmir. O, qalan borcunun ödənilməsini tələb edir. Bunun nəzərə alınmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, uzun müddət işsiz qalmış, səhhətində problemlər yaranmışdır. Borcu ona görə yığılmışdır. Hazırda 1000 (min) manat ödəmişdir. Qalan borcunu da qısa vaxtda ödəməyə çalışacaqdır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X9 məhkəmə iclasında şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2025-ci il tarixli MN ******* protokoldan görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-179/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icra tələbi yerinə yetirmədiyinə görə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Aliment borcu 3480 manat təşkil edir. - Şəki Rayon Məhkəməsinin 2(075)-179/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 160 (yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment Şəxs X3 xeyrinə tutulmalıdır. - Elektron Məhkəmə İnformasiya Sistemində Şəxs məlumatlarından görünür ki, o "xxxx" MMC-də fəhlə vəzifəsində çalışır və 400 manat əmək haqqı alır. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunan maddənin dispozisiyasından görünür ki, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət yaradır. Göründüyü kimi qanunvericilik icra sənədindəki tələbin məhz üzrsüz səbəbdən icra edilməməsi nəzərdə tutulmuşdur ki, bu halın mövcudluğu inzibati məsuliyyətə səbəb olur. Hazırki işin hallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində Şəki Rayon Məhkəməsinin 2(075)-179/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə tələbin icrasından üzürsüz və qərəzli olaraq yayınması halları olmamışdır. Belə ki, Şəxs daimi iş yeri olduğu halda icra məmuru tərəfindən məcburi icra tədbirləri həyata keçirilməmişdir. Həmçinin, Şəxs borcundan 1000 (min) manat ödəniş etmişdir. Həmin Məcəllənin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə araşdırması zamanı Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan xətanın olması müəyyən edilmədi. Bu əsasla məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərvanə Məmmədova
Məhkəmə qərarları › İş №3(075)-522/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-522/2025
12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver