Məhkəmə qərarları › İş №3(075)-523/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-523/2025

11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-523/2025 11.08.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Şəfəq Natiq qızının sədrliyi, X8 oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Baş X12 İdarəsinə bilavasitə tabe olan Yol-patrul Xidməti Alayı yol patrul xidməti inspektoru X4, X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin müdafiəçisi Şəki Regional Vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 2005-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Göyçay şəhəri, Xaqani küçəsi, ev 57-də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 334.1 və 342.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Şəki Şəhər-Rayon Polis Şöbəsinin X12 Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəki Şəhər-Rayon Polis Şöbəsinin X12 Bölməsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs 11 avqust 2025-ci il tarixdə saat 01:30-da “VAZ 21063” minik markalı ** BJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini eibarnamə olmadan idarə etməsi, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi, konstruksiyanın digər ünsürləri nasaz olan, nasazlığı aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı halına yol verdiyinə görə, Şəki Şəhər-Rayon Polis Şöbəsinin X12 Bölməsinin yol patrul xidməti inspektoru polis baş serjantı X7 tərəfindən onun barəsində Azərbaycan Respublikası İXMnin 332.1, 334.1 və 342.5-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaların törədilməsinə dair 11 avqust 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X7 izahatında bildirdi ki, 11 avqust 2025-ci il tarixdə saat 01:30-da “VAZ 21063” minik markalı ** BJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qarşıdan gəldiyini, bu zaman nəqliyyat vasitəsinin nasaz olmasını müşahidə etmiş, saxla əmri vermişdir. Bu zaman müəyyən etmişdir ki, həmin nəqliyyat vasitəsini idarə edən şəxs Şəxs müvafiq etibarnamə olmadan onu idarə etmişdir. Bununla yanaşı Şəxs sərxoş vəziyyətdə olması barədə onda şübhə yaranmış, bu səbəbdən müvafiq protokol əsasında Şəxs tibbi müayinəyə göndərmişdir. Tibbi müayinə zamanı şəxsin sərxoşluq vəziyyətinin müəyyən edildiyi aşkar edilmişdir. Bu əsaslarla Şəxs barəsində İXM-nin 332.1, 334.1 və 342.5-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid X5 bildirdi ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs onun oğludur. Onlar Göyçay rayonunda yaşayırlar. Hadisə baş verən vaxt oğlunun evə gəlmədiyi üçün onu axtarmağa başlamışlar. Onun oğlunun nəqliyyat vasitəsini icazəsiz olaraq sürməsindən xəbəri olmamışdır. Bir neçə saatdan sonra məlum olmuşdur ki, oğlu Məhəmməd sərxoş vəziyyətdə qohumlarına məxsus olan avotmobili sürmüş, onu Şəki rayonunda xidmətdə olan polis əməkdaşı saxlamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan 332.1, 334.1 və 342.5-ci maddələri ilə oğlu özünü İXM-nin inzibati xətanın törədilməsində təqsirli bilərək izahatında bildirdi ki, nəqliyyat vasitəsi qohumlarına məxsusdur, onu idarə etmək üçün etibarnamə əldə etməmişdir, törətdiyi əmələ görə səmimi peşmandır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında tərtib edilmiş İXP ******* saylı 11 avqust 2025-ci il tarixli Protolokdan görünür ki, YPX inspektoru tərəfindən “VAZ 21063” minik markalı ** BJ *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini Şəxs eibarnamə olmadan idarə etməsi, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi, konstruksiyanın digər ünsürləri nasaz olan, nasazlığı aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı halına yol verdiyinə görə onun barəsində Azərbaycan Respublikası İXM-nin 332.1, 334.1 və 342.5-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaların törədilməsinə dair protokol tərtib edilmişdir. “Alcovisior-Jupiter X” markalı alkotestr vasitəsi ilə 11 avqust 2025-ci il tarixli, 2305 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sərxoşluq müayinəsindən keçmiş və onda 0,35 promil sərxoş olması halı aşkar edilmiş və özünün dediyinə görə iki bakal pivə qəbul etmişdir. Avtonəqliyyat vasitəsinin saxlanca qəbul edilməsi barədə tərtib edilmiş 11 avqust 2025cii l tarixli aktdan görünür ki, Şəxs idarə etdiyi “VAZ 21063” minik markalı ** BJ *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini polis baş serjantı Anar Axlasov saxlanması üçün qəbul etmişdir. Şəxs Azərbaycan Respublikası DİN Baş DYP İdarəsinə yazdığı 11 avqust 2025-ci il tarixli izahatdan görünür ki, Şəxs nəqliyyat vasitəsini sürücülük vəsiqəsi, etibarnamə olmadan və sərxoş vəziyyətdə idarə etdiyini qeyd edərək, bir daha sərxoş vəziyyətdə avtomobil idarə etməyəcəyinə söz vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-cü maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Şəxs 11 avqust 2025-ci il tarixdə, saat 01:30-da “VAZ 21063” minik markalı ** BJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini spirtli içki qəbul etməs nəticəsində yaranmış sərxoşluq vəziyyətində idarə etmişdir. İnzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azad etmək üçün əsaslar məhkəmə baxışında müəyyən edilməmişdir. Məhkəmə Şəxs əməlini etiraf etməsini, əməlindən peşman olmasını (İXM 32.1.1) onun cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş əsas tənbeh kimi inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Məhkəmə onu da qeyd edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə yanaşı, həmçinin 332.1-ci və 342.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 332.1-ci və 342.5-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 342.5-ci maddələri ilə nəzərdə tutlmuş inzibati xətalara dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 342.5-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaya dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddələrdə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Şəki Şəhər-Rayon Polis Şöbəsinin X12 Bölməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 342.5-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Şəki Şəhər-Rayon Polis Şöbəsinin X12 Bölməsinə göndərilsin. Qərarın icrası Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Şəfəq Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar