Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-525/2023 13.06.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məhkəmə iclas katibi Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Şəki rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7, tələbkar X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə xx xxxxx 1976-cı il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin 05 avqust 2016-cı il tarixli, 2(075)-5486/2016 saylı icra sənədinə əsasən borcu Şəxs hər ay 80 manat sabit pul məbləğində aliment alınaraq X3 ödənilməlidir. Borclu Şəxs qeyd edilən icra sənədi üzrə borcunu tam ödmədiyi üçün Şəki rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X11, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Məhkəmə iclasında iştirak edən Şəki rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X11 bildirdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 05 avqust 2016-cı il tarixli, 2(075)-5486/2016 saylı icra sənədinə əsasən X1 hər ay bir uşaq üçün 80 manat sabit pul məbləğində aliment alınaraq X3 ödənilməlidir. İcra sənədi 19 sentyabr 2016-cı ildə Şəki rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borcluya göndərilmişdir. Lakin borclu tərəfindən könüllü icra müddəti ərzində tələbin icrası təmin edilməmiş, nəticədə 930 manat aliment borcu yaranmışdır. Həmçinin borclu dəfələrlə icra şöbəsinə çağırılmış, izahatı alınmış, xəbərdarlıqlar edilmiş, yaranmış aliment borcunun ödənilməsi tələb edilmiş, lakin borclu aliment borcunun ödənilməsi ilə bağlı icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Eyni zamanda borclunun adına pul vəsaitlərinin və bank hesablarının olubolmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olub-olmaması barədə isə müvafiq orqanlara sorğular göndərilmişdir. Lakin borclunun adına heç bir pul vəsaiti və əmlak aşkar edilməmişdir. Hal-hazırda isə borclunun 580 manat aliment borcu vardır. Borclu izahatlarında aliment borcunun yaranması səbəbi kimi maddi imkansızlığı ilə əlaqələndirmiş, 580 manat aliment borcunu ayda müəyyən hissələrlə ödəyəcəyini bildirir. Borclu Şəxs qeyri-rəsmi olaraq Şəki şəhərində yerləşən “Ləziz” restoranında ofisiant işləyir, deməsinə görə ayda 300 manat əmək haqqı alır. Ona görə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati həbs tənbeh tədbiri görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Şəki Rayon Məhkəməsinin 05 avqust 2016-cı il tarixli, 2(075)-5486/2016 saylı icra sənədinə əsəsən borc məbləğindən ödənişlər etmiş və hazırda 580 manat aliment borcu qalmışdır. Belə ki, o, aylıq alimenti ödəyir. Hazır ki, borc pandemiya vaxtı yaranmışdır. Maddi imkanı aşağı olduğundan sözügedən məbləği birdəfəlik ödəyə bilmir. Lakin hissə-hissə olmaqla borcunu ödəyir. Eyni zamanda qalan borcundan hazırda 200 manatını ödəməyə hazırdır. Qalan borcunu isə ayın axırına kimi tam ödəyəcəkdir. Ona görə də, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X5 bildirmişdir ki, Şəxs aylıq alimentin məbləğini ödəsə də, hazırda 580 manat aliment borcu yaranmışdır. Məbləğin tam ödənilməsini xahiş edir və hissə-hissə ödənilməsini qəbul etmir. Ona görə də, iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 05 avqust 2016-cı il tarixli, 2(075)-5486/2016 saylı icra vərəqəsindən görünür ki, borclu Şəxs alınaraq X3 ödənilən alimentin miqdarı artırılaraq 80 manat müəyyən edilməlidir. İş materiallarına əlavə edilmiş Şəki rayon İcra və Probasiya Şöbəsinin 19 sentyabr 2016-cı il tarixli icraata başlamaq haqqında qərarından və borcluya ünvanlanmış həmin tarixli bildirişdən görünür ki, Şəki Rayon Məhkəməsinin 05 avqust 2016-cı il tarixli, 2(075)- 5486/2016 saylı icra sənədinin könüllü icrası üçün borcluya 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş Şəki rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş 13 iyun 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd olunmuşdur. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzə təqdim edilmiş sənədlərə hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material üzrə icraata xitam verilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmin Qanunun 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclu tərəfindən üzrsüz səbəbdən icra olunmaması halında və ya icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi halında təqsirkar şəxslərə münasibətdə yaranır, hazırkı iş üzrə icra sənədləri isə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi hesab edilmədiyindən hazırkı halda borclu Şəxs barəsində inzibati xəta haqqında protokol icra məmurunun qanuni tələbinə əməl edilməməsi əsası ilə tərtib edilə bilərdi. Ancaq icra məmuru tərəfindən borclu Şəxs barəsində hansı əsasla protokol tərtib edildiyi hazırki işin materiallarında öz əksini tapmamışdır. Lakin məhkəmə iclasında Şəxs icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsi müəyyən edilmədi. Həmçinin məhkəmə iclası zamanı Şəxs, borc məbləğindən 200 manat da ödəniş etmiş və icra məmuru qəbz yazaraq həmin məbləği tələbkara vermək üçün qəbul etmişdir. Göründüyü kimi, Şəki Rayon Məhkəməsinin 05 avqust 2016-cı il tarixli, 2(075)- 5486/2016 saylı icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul olunduğu vaxtdan hazırkı vaxtadək Şəxs 380 manat borcu qalmışdır. Şəxs icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsi müəyyən edilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi hazırkı işdə Şəxs tərəfindən qeyd edilən inzibati xətaların törədilməsi istisna edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-525/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-525/2023
13.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver